Tərkibi:
25 diametrlik qab üçün
Qozlu korj üçün:
Yumurta - 1 ədəd
Şəkər tozu - 0,5 st.
Xama - 5 x/q
Un - 1 st.
Nişasta - 1 x/q
Qoz - 0,5 st.
Qabartma tozu - 1 paçka
Xaş-xaşlı korj üçün:
Yumurta - 1 ədəd
Şəkər tozu - 0,5 st.
Xama - 5 x/q
Un - 1 st.
Nişasta - 1 x/q.
Xaş-xaş - 0,5 st.
Qabartma tozu - 1 paçka
Ərikli korj üçün:
Yumurta - 1 ədəd
Şəkər tozu - 0,5 st.
Xama - 5 x/q
Un - 1 st.
Nişasta - 1 x/q
Ərik qurusu - 0,5 st.
Qabartma tozu - 1 paçka
Krem
Kərə yağı - 200qr
Qatılaşdırılmış süd - 1 qutu
Hazırlanması:
Tort üçün 3 müxtəlif qatqılı korj hazırlanır. İlk öncə məmulatları hazırlayırıq:
Qoz doğranılır, ərik qurusu yuyulur. Qaynar suda 15-20 dəq saxlanıldıqdan sonra suyu süzərək qurudub xırda doğrayırıq.
Xaş-xaş isti suda yuyulur və 15-20 dəqiqə odun üzərində bişirilir. Köpükləri yığılır.
Daha sonra tənziflə suyu süzülüb odun üzərində tavada qurudulur.
Qozlu korju hazır etmək üçün bir qaba yumurta və şəkər tozunu əlavə edib miksrelə çalırıq.
Xama və qabartma tozunu əlavə edib, yenə qarışdırırıq.
Un və nişastanı ələkdən keçirib qarışdırırq. Xamalı yumurtalı məhlulun üzərinə unu əlavə edərək qarışdırıq. Xəmir xama qatılığında olmalıdır.
Daha sonra qozu da əlavə edib yaxşı qarışdırıb yağlanıb unlanmış soba qabına tökürük. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15-20 dəq bişiririk.
Xaş-xaş və ərik qurusu qatılmış korju da eyni qayda ilə hazırlayıb bişiririk.
Yağı qatılaşdırılmış süd ilə çalıb krem hazırlayırıq. Korjlar soyuduqdan sonra aralarına krem çəkib hazırlayırıq.
Üzərini istədiyiniz formada bəzəyə bilərsiniz. (Mən şokaladlı qlazur etdim.)
Hazır tortu soyuduca 2-3 saat saxlayıb süfrəyə veririk.
Nuş olsun!