İqtisadçı ekspert Mahmud Abasquliyev dəyişikliyi xülasə edərək bildirib ki, xidmət müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər bunlardan ibarətdir:
• müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması;
• müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
• bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;
• birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;
• əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə təmin olunması;
• xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;
• istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;
• müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;
• qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında bir metrdən az olmamasının təmin edilməsi;
• qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin iki metrdən az olmamasının təmin edilməsi;
• zalların və otaqların mütəmadi havalandırılması.
Bu qaydaların pozulmasına görə cərimələrin tətbiq edilir. Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək cərimələnir. Bu qaydalara ciddi şəkildə riayət edilərsə, koronavirus pandemiaysının yayılmasının qarşısını ciddi şəkildə almış olarıq. Hər şey öz əlimizdədir. Unutmayaq ki, koronavirus alacağımız tədbirlərdən güclü deyildir. Koronavirusa birlikdə qalib gələk!