
Paytaxt Bakıda isə metro keçidləri, yaşayış binalarının əhatəsində kifayət qədər yanacaqdoldurma məntəqələri (YDM) var. Demək olar ki, hər il həmin YDM-lərin şəhərin mərkəzindən, yaşayış binalarının yaxınlığından başqa əraziyə köçürülməsi ilə bağlı məsələ qaldırılsa da, problem olduğu kimi qalır.
Sənaye müəssisələri Qaradağa köçürüləcəkNizami rayonunda yerləşən “Azərneftyağ” İstehsalat Birliyi və Bakı Neftayırma Zavodu da potensial təhlükə mənbəyinə çevrilib. Çünki son dövrlər zavodların ətrafında tikintilərin sayı çoxalıb. Ayrı-ayrı vətəndaşlar zavodun ərazisinə yaxın, boru kəmərlərinin mühafizə zolağını pozaraq yaşayış evləri tikiblər. Dövlət Neft Şirkəti (ARDNŞ) isə hələ ötən il “NZS” və Keşlə qəsəbəsində neft borularının mühafizə zolağında tikilən ev sahiblərini məhkəməyə verib. Təkcə “NZS” qəsəbəsində 167 evin köçürülməsi ilə bağlı ARDNŞ tərəfindən iddia qaldırılıb.
“NZS” və Keşlənin bəzi yerlərindəki neft quyuları isə ərazidə ekologiyanı çirkləndirməklə yanaşı, orada yaşayanların sağlamlığı üçün ciddi təhlükəyə çevrilib.
Ötən il iyunun 27-də “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması” haqqında sərəncam imzalansa da, bu istiqamətdə hər hansı bir iş görülməyib.
2011 “Turizm ili”ndə paytaxtda iri sənaye müəssisələrinin şəhərdən kənara köçürüləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Köçürüləcək müəssisələrin yerində isə park və yaşıllıq zolaqlarının salınacağı deyilirdi. Nəhəng zavodların köçürüləcəyi yerin Qaradağ rayonu olduğu deyilir.
Təhlükəli YDM-lər
Bakıda kifayət qədər təhlükəli, hər an partlaya biləcək yanacaqdoldurma məntəqələri var. Üstəlik, onların yaşayış binalarının əhatəsində yerləşməsi vəziyyətin olduqca ciddi olmasından xəbər verir. Hər hansı bir kiçik səhv bu YDM-lərdə böyük partlayışlara səbəb ola bilər.
Təhlükəli YDM-lərdən biri metronun “Gənclik” stansiyası yaxınlığındakı “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsidir. Bu YDM həm də adamların sıx hərəkət etdiyi ərazidə tikilib. Üstəlik, obyektin bir addımlığında “McDonalds” restoranı fəaliyyət göstərir. Burada da kiçik bir partlayış böyük insan tələfatına səbəb ola bilər.
Metroya yaxın digər yanacaqdoldurma məntəqəsi isə “ABU-petrol”dur. Bu yanacaqdoldurma məntəqəsi də “Gənclik” metrosunun ventilyasiyası şaxtasının yaxınlığında yerləşir. “ABU-petrol”un dörd tərəfi, demək olar ki, yaşayış binaları ilə əhatələnib. Odlar Yurdu Universiteti də adıçəkilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. Bu ərazi həm də tələbələrin sıx olduğu yerdir.
Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində, metronun “20 Yanvar” stansiyası yaxınlığında, metro tuneli üzərində yerləşən “H-PETROL” da təhlükəli yanacaqdoldurma məntəqəsi sırasındadır. Metronun tunel xəttinin üstündə yerləşməklə yanaşı, ətrafında həm iaşə obyektləri, kababxana, həm də çoxsaylı yaşayış binaları yerləşir. Bu ərazi adamların çox sıx olduğu yerdir. Burada da kiçik partlayış dağıntılara və çoxsaylı insan tələfatına səbəb ola bilər.
Metronun “Əhmədli” stansiyası yaxınlığında “İST” yanacaqdoldurma məntəqəsi də uyğunsuz yerdə tikilib. Burada da ətraf yaşayış binası ilə əhatə olunub. Həm də metroya yaxın, tunel xəttinin üstündən keçir. “İST”nin bir məntəqəsi də “Gənclik” metrosunun tunelinin üstünə düşür. O məntəqə həm də yaşayış kompleksinə bitişikdir.
Yasamal rayonu ərazisində, metronun “İnşaatçılar” stansiyası yaxınlığında “Günəş-petrol” yerləşir. Bu yanacaqdoldurma məntəqəsi də təhlükə mənbəyidir. Ondan bir az aralıda isə “Azpetrol”un daha bir yanacaqdoldurma stansiyası yerləşir.
Ekspertlər isə hesab edirlər ki, potensial təhlükə mənbəyi olan bu tip obyektlər şəhərdən kənarda yerləşməlidir. Üstəlik, hər ay həmin müəssisələrdə yoxlamalar aparılmalı, ekologiyaya vurduğu ziyan hesablanmalıdır. İnsan sağlığı üçün havaya buraxdıqları qaz normadan artıq olduqda isə həmin zavodlar mütləq bağlanmalıdır. Eyni zamanda şəhərin mərkəzindəki YMD-lərdə ən üst səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilməlidir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hülya Avşar efirlərə qayıdır?
Qan yaddaşımız
Telefondan necə istifadə etməyiniz xarakterinizdən xəbər verir
Dünya əhalisinin yarısı yox olsa, nə baş verər?
Prezidentlərin təkbətək görüşü
Cennifer Lopezin yeni obrazı - FOTO
Azərbaycanda digər şəhərlərin ictimai nəqliyyatında da ödəniş kartları tətbiq ediləcək
Pensiyaçılara Bakı 2015 müjdəsi
Yeni məktəbin sənədlərinin itməsi şagirdləri soyuqda qoyub
Yadplanetlilər Türkiyəni basdı
Metroda başqalarının telefonuna boylananlar, DİQQƏTLİ OLUN!
"Ona 6 dəfə evlilik təklifi etdim" - Kənan Doğulu
Mənzillər ucuzlaşıb, torpaq isə...
Əllərinizi tez-tez yumaqla xəstəliklərdən qorunun
Zövqlü donlar
Koreya mətbəxindən " Bibimbap" (foto resept)
"Neftçi"nin prezidenti istefa verəcək?
Meqan Markl 24 saata 53 min xərclədi-FOTO
Qozlu, xaş-xaşlı rulet (foto resept)
Qayınanasının zəngindən sonra milyonçu olmağa qərar verdi-FOTO
Anri Kartye Bressonun sərgisi keçiriləcək
Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ
Dünyanın ən gözəl qızı başına gələnləri ETİRAF etdi
Tənhalığın səbəbi tapıldı
Məlumatları milyon il saxlaya bilən disk yaradıldı
İmmun sistemini gücləndirən 10 meyvə
Bir həftədə 27 milyon insan izlədi
Qiyamət bunkeri
Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
Bakıda 27 dərəcə isti olacaq
Buyurun, söz sizindir - "Bizim Tarla" Kompot məhsulu
Sobada pendirli makaron (foto resept)
Gözəllik inciləri
Havalar isti keçəcək!
Atalar və oğullar savaşına yeni baxış
Yeni filmi üçün “Boeing 747”-ni partlatdı
Məryəm Üzərlidən gözlənilməz etiraf
Moskva növbəti dəfə İrəvana kömək etməkdən imtina etdi - RF XİN-in rəsmi cavabı
Sus, düz otur, hamı bizə baxır...
Təqiyyənin dində yeri
Saçlarınızı sarı rəngə boyamadan əvvəl bunları oxuyun
Soya souslu can əti (foto resept)
23 dildə sevirəm səni
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
Avokadolu salat (foto-resept)
Xronologiya
Məşhurlar 10 il əvvəl
Ölkədəki sürüşmə sahələrində vəziyyət - TƏHLÜKƏ VARMI?
Şeyma Subaşıdan imtina etdilər-SƏBƏB
Qışda hamilə olan qadınlara bunlar olmaz














