Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların baş verməsi ehtimalını artırır. Yol polisi bunu nəzərə alaraq sürücüləri maksimum şəkildə fərdi avtomobillərin istismarından imtina etməyə və ictimai nəqliyyat vasitələrindən istifadə etməyə çağırıb.
Onun sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də yollarda çoxlu sayda avtomobilin hərəkəti müşahidə edilir:
"Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki, sürücülər mövsümi şinlərdən, imkan çərçivəsində zəncirlə təchiz edilmiş təkərlərdən istifadə etməlidirlər, təkərlərin təzyiqi normadan aşağı olmalıdır. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməli, avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə etməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanmasını və onların aydın şəkildə görünməsini təmin etməlidirlər".
Bölmə rəisi həmçinin qeyd edib ki, piyadalar da səkilərlə hərəkət etməli, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçməli, yeraltı və yerüstü keçidlərlə hərəkət etməli, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət etməlidirlər.
V.Əsədov bir daha bəyan edib ki, sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, "Yol hərəkəti haqqında" Qanunun tələblərinə ciddi əməl etməlidirlər. Əks təqdirdə onlar kimliyindən asılı olmayaraq yol polisi tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Qeyd edək ki, ölkə ərazisində yanvarın 30-dan başlayan şaxtalı, qarlı hava şəraitinin həftənin sonunadək davam edəcəyi gözlənilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
MN əsir götürülmüş erməni komandirin üzərindən çıxan əşyaları təqdim etdi - FOTO
Kirli paltar
Mila Yavoviçin qızı aktrisalığa başladı-FOTO
Sevən kişinin xüsusiyyətləri
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Gizlənməyi bacaran heyvanlar
Yerə təhlükə yaxınlaşır
Nüsret milyonluq avtomobil aldı
Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Azərbaycanda yağış yağacaq
DİQQƏT! Ölkədə sağlamlıq üçün təhlükəli məktəbli formaları satılır
Dünyanın ən bahalıları
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Həyat nə deməkdir?
Duman açıqlaması
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Qadınların münasibətlərdəki 5 problemi
Tünd rəngli dodaq boyasından istifadə qaydaları
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Təhlükəli silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
Ece Seçkin boyunun kiçikliyindən danışdı-FOTO
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Quantanamo həbsxanası bağlanacaq?
Buraxılış imtahanları təxirə salındı
Bu ilin dəbi - narıncı
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Samsung Vyetnama köçür
Sizcə burada hansısınız?
İŞİD Həzrət Abbas məscidini havaya uçurdu
Toy tortları
Modest Musorqski
Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.
Hava haqqında
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Dilan Çiçək və Burak Dəniz eyni serialda - FOTO
Sahibkarlar üçün “ASAN xidmət”
Hər yaşa uyğun dəriyə qulluq qaydaları
Evin kimyəvi havasını təmizləyən bitkilər
3 il sonra...
Özünü brendləşdir
Sürətli saç uzatma
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Hava haqqında
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Hər kəs "Eurovision-2020"-nin aparıcısından danışır-SƏBƏB
Bakının məşhur dairəsi dəyişdirilir
Hadisenin FOTOsu hər kəsi GÜLDÜRDÜ
- ŞƏRHLƏR