Bakıda öz işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub. Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməkdir. Konqresin əsas mövzusu "Tibbi hüquq, bioetika və multikulturalizm"dir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən DTHA təsisçilərindən biri və hazırkı prezidenti, professor Tomas Noquçi konqresin əhəmiyyətini vurğulayıb. Bakıda keçirilən növbəti tədbirin yüksək səviyyəli təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə və təşkilatçılara öz minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurumun yaranma tarixi barədə geniş məlumat verən professor təşkilatın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirləri barədə danışıb. T.Noquçi hazırda dünyada tibb və tibbi ekspertiza sahəsində geniş islahatların baş verdiyini vurğulayıb.
Tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatı və fəxri diplomu ilə təltif olunub. Mehriban xanım Əliyeva postsovet məkanında evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sülh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təmini və təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.
Mükafat və fəxri diplom Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmaq üçün səhiyyə naziri Oqtay Şirəliyevə təqdim edilib.
Konqresdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev dünyanın 15 ölkəsində tədris olunan Azərbaycanın multikulturalizm modeli barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin dinc şəraitdə yaşamasına və bunun bir dünya modelinə çevrilməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də erməni işğalı altındadır. Həmçinin nazir hazırda dünyanın bir çox ölkələrinin müharibələrə məruz qaldığını vurğulayıb.
Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verən nazir qeyd edib ki, bugünkü tədbirin mövzuları tibb işçiləri üçün çox əhəmiyyətlidir. "Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edir", - deyən O.Şirəliyev tibb işçiləri ilə pasiyentlər arasında qarşılıqlı səmimiyyət və güvən hissinin vacibliyini qeyd edib.
Sonra konqres işini mövzu ətrafında məruzələrlə davam etdirib.
Bakı konqresində dünyanın aparıcı universitetlərinin professor-müəllim heyətinin 130-dan çox məruzəsi dinləniləcək, 100-ə yaxın poster təqdim olunacaq. Konqresin elmi proqramına təqribən 275 tezis daxil edilib. Məruzələrin tezisləri beynəlxalq "Tibb və hüquq" elmi jurnalında nəşr olunacaq.
Qeyd edək ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. Qurum UNESCO, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi