Keks üçün:
3 yumurta
1.5 st. şəkər
1 st. naringi suyu
0.5 st. yağ
1 x. q. naringi qabığı sousu
2.5 st. un
1 vanil
1 qabartma tozu
1 silmə çay qaşığı soda
Naringi sousu üçün:
1 st. naringi suyu
1 dolu ç.q. nişasta
2 x. q. şəkər
Naringi qabığı sousunun hazırlanması:
Təxminən 1,5 kq. qalın qabıq naringinin qabıqlarını ətçəkən maşında (doğrayıcı robotla da ola bilər) çəkirik.
Sonra üzərinə 1 st. şəkər əlavə edib mikserlə və ya elə doğrayıcı robotla şəkər əriyib qabıqlara hopanadək qarışdırırıq.
Daha sonra hazırladığımız sousu bir şüşə qaba yığıb qapağını bərk bağlayırıq. İstədiyimiz qədər soyuducuda saxlaya bilərik.Şirniyyatlar hazırlayanda sousdan sadəcə bir qaşıq əlavə etməklə gözəl ətir qatmış olarıq bişintilərimizə.
Keksin hazırlanması:
Əvvəl naringilərin şirəsini sıxırıq.
Naringiləri enləməsinə iki yerə bölürük və şirəsini sıxırıq.
Yumurta və şəkəri qabarana qədər çalırıq.
Vanil,naringi qabığı sousu,naringi suyu və yağı əlavə edib qarışdırırıq.
Un,soda və qabartma tozunu da əlavə edib 1 dəqiqə qarışdırırıq.
Listi yağlayıb, unlayırıq və keks xəmirini listə tökürük. Əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyuruq. Keks qabarmağa başlayanda sobanın dərəcəsini azaldırıq ki,içi yaxşı bişsin.
Naringi sousunun hazırlanması:
Naringi suyu,nişasta və şəkəri kiçik bir qazana töküb vam odda qaynayıb qatılaşana kimi bişiririk.
Hazır halı belə qatı olmalıdı.Bir kənara qoyuruq ki,keks bişənə qədər ilıqlaşsın.
Keks bişdikdən sonra dilimləyib sousu üzərinə qaşıqla yayırıq.
Keksimiz hazırdı. İstər ilıq,istər soyuq halda servis etmək olar.
P.S. mən naringi qabığı sousunu saxlayım deyə çox hazırladım. Siz istəsəniz bir naringini çəkib,üzərinə bir qaşıq şəkər əlavə etməklə də hazırlaya bilərsiz.Lakin keks üçün naringilərin suyunu sıxdıqdan sonra qabıqlar çıxmış olacaq və atmayıb sousunuzu hazırlaya bilərsiz bol-bol :).Qabıqları çəkməmişdən əvvəl içində olan naringinin pərdələrini təmizləyin,çünki onlar acı dad verər sousa.
Birdə keks bişənə qədər hazırladığımız naringi suyu sousu çox soyumuş olsa,biraz ilıqlaşdırıb sonra keksin üzərinə yayın ki,yaxşı yayılsın.
Ümid edirəm hazırlayacaqsınız. Çox dadlı və yeməyə doymayacağınız bir keks olacaq əmin olun :) İndidən hər kəsə Nuş olsun!
XƏBƏR LENTİ
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
Saç üçün maskalar
Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndi - VİDEO
Dünyanın ən canlı varlığı
Uşaq ensiklopediyası (11)
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
Dünyanın ən gözəl Universitet kitabxanaları
Qarpızın faydaları
Son dövrün trendi: yığılmış saç düzümləri
8 nüvəli planşetofon hazırlanır
HAVA necə olacaq?- 22 MART
Kotlet və konfet kansleri xilas etdi
Cardi B geyimi ilə diqqət çəkdi-FOTO
Aleyna Tilki anasına 3 milyonluq ev aldı
Bakı metrosundə yenə problem yarandı
Meşə divləri
68 illik xoşbəxt nikahın sirri
Tuba bu dəfə Kənanla tərəf müqabili olacaq
Ana bətnində mübarizə
Yaşamaq eşqini artıran şüurun 30 təlimi
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Makiyajı təmizləməyin 4 təbii yolu
Şərqin böyük şəhərləri sular altında qalacaq
"Crumble" (foto-resept)
3 aya 24 kiloqram arıqladan qarışım
Sinoptiklərdən Azərbaycan üçün hava müjdəsi
Messi, Neymar və Suaresdən möhtəşəm göstərici!
"Çukur" cəzalandırıldı-SƏBƏB
Cinayətkarların axtarışında "ağıllı" eynəkdən istifadə ediləcək
Ebru Gündeş 25 milyonluq villasından köçür-SƏBƏB
Balıqçıların əşyaları hərraca çıxarılır
ABŞ - İran danışıqları başlayıb
Ürək sağlamlığını qoruyan qidalar
Naftalanda qeyri-adi layihə
Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?
Şəfalı otlar
Saxta texniki alət hətta partlaya bilər
Az maaşla pul yığmaq üçün 9 faydalı məsləhət
Podiumda gözlənilməz hadisə-FOTO
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (3)
İki gündür ölkəni silkələyən xəbərə rəsmi açıqlama
Göz yummaq
Gəlinlik səbətləri
Sibel Can 49 yaşını belə qeyd etdi - FOTO
Ailənin övlad dərdi: problem kimdədir?
Məşhur cütlük göz qamaşdırdı-FOTO
Günün qoroskopu: Maraqlı təkliflər olacaq
Meyvə satan qız dünyanın ən varlı gəlinlərindən olacaq-FOTO
Demet əri ilə barışdı
Toyqabağı arıqlamaq istəyirsiz?
- ŞƏRHLƏR