Keks üçün:
3 yumurta
1.5 st. şəkər
1 st. naringi suyu
0.5 st. yağ
1 x. q. naringi qabığı sousu
2.5 st. un
1 vanil
1 qabartma tozu
1 silmə çay qaşığı soda
Naringi sousu üçün:
1 st. naringi suyu
1 dolu ç.q. nişasta
2 x. q. şəkər
Naringi qabığı sousunun hazırlanması:
Təxminən 1,5 kq. qalın qabıq naringinin qabıqlarını ətçəkən maşında (doğrayıcı robotla da ola bilər) çəkirik.
Sonra üzərinə 1 st. şəkər əlavə edib mikserlə və ya elə doğrayıcı robotla şəkər əriyib qabıqlara hopanadək qarışdırırıq.
Daha sonra hazırladığımız sousu bir şüşə qaba yığıb qapağını bərk bağlayırıq. İstədiyimiz qədər soyuducuda saxlaya bilərik.Şirniyyatlar hazırlayanda sousdan sadəcə bir qaşıq əlavə etməklə gözəl ətir qatmış olarıq bişintilərimizə.
Keksin hazırlanması:
Əvvəl naringilərin şirəsini sıxırıq.
Naringiləri enləməsinə iki yerə bölürük və şirəsini sıxırıq.
Yumurta və şəkəri qabarana qədər çalırıq.
Vanil,naringi qabığı sousu,naringi suyu və yağı əlavə edib qarışdırırıq.
Un,soda və qabartma tozunu da əlavə edib 1 dəqiqə qarışdırırıq.
Listi yağlayıb, unlayırıq və keks xəmirini listə tökürük. Əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyuruq. Keks qabarmağa başlayanda sobanın dərəcəsini azaldırıq ki,içi yaxşı bişsin.
Naringi sousunun hazırlanması:
Naringi suyu,nişasta və şəkəri kiçik bir qazana töküb vam odda qaynayıb qatılaşana kimi bişiririk.
Hazır halı belə qatı olmalıdı.Bir kənara qoyuruq ki,keks bişənə qədər ilıqlaşsın.
Keks bişdikdən sonra dilimləyib sousu üzərinə qaşıqla yayırıq.
Keksimiz hazırdı. İstər ilıq,istər soyuq halda servis etmək olar.
P.S. mən naringi qabığı sousunu saxlayım deyə çox hazırladım. Siz istəsəniz bir naringini çəkib,üzərinə bir qaşıq şəkər əlavə etməklə də hazırlaya bilərsiz.Lakin keks üçün naringilərin suyunu sıxdıqdan sonra qabıqlar çıxmış olacaq və atmayıb sousunuzu hazırlaya bilərsiz bol-bol :).Qabıqları çəkməmişdən əvvəl içində olan naringinin pərdələrini təmizləyin,çünki onlar acı dad verər sousa.
Birdə keks bişənə qədər hazırladığımız naringi suyu sousu çox soyumuş olsa,biraz ilıqlaşdırıb sonra keksin üzərinə yayın ki,yaxşı yayılsın.
Ümid edirəm hazırlayacaqsınız. Çox dadlı və yeməyə doymayacağınız bir keks olacaq əmin olun :) İndidən hər kəsə Nuş olsun!
XƏBƏR LENTİ
HAVA necə olacaq? -2 APREL
Quşlar necə uçur, uçuş texnikaları nələrdir?
Dünyada ən böyük çəhrayı brilyant SATIŞA ÇIXARILDI - 20 milyon dollara
Fəsil üzrə balıq seçimi
Uşağınız diş fırçalamağı xoşlamırsa
Uşaqlar üçün təhlükəli nağıllar...
“Jet sosyete” serialı final edir
Həyatımın bir anından dosta məktub
30 ilə 145 diplom alan hindistanlı
İslanmış qurabiyələr (foto resept)
Fərqli dizaynda tortlar
Saç botoksu
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Redd. "Hayat kaçık bir uykudur" albomu (2012)
Pəhrizsiz və idmansız arıqlayın
Bu şirkət yeni işçi axtarır - Maaş 100 min dollar
50 yaşından yuxarı qadınlar üçün makiyaj
Günün qoroskopu - 18.11.2013
Fironun klonu necə xilas oldu?
Əgər prezident olsaydım...
Nəqliyyatda 21 faiz ucuzlaşma? - RƏSMİ
Sırma Markova
Fatih Terim: "Ölüm qrupuna düşmək istəmirik"
Empatiya ürək-damar xəstəlikləri yaradır - TƏHLÜKƏ
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Bergüzar Korel Məhkəmədə Bacısına Uduzdu-SƏBƏB
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Nəhəng uzunqulaq-FOTO
Prezident İlham Əliyev ötən gecəki aksiyadan danışdı-VİDEO
“Mançester Yunayted” Bakıya gəlir
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Hava haqqında - 20.09.2013
Kontrasepsiya metodları və istifadəsi
Ramazan ayının 4 bərəkətli xüsusiyyəti
“Miss BumBum”-2018 seçildi-FOTO
Zövqlü saatlar
Ebru Gündeşin "O səs Türkiyə"də qazanacağı məbləğ açıqlandı
Facebook telefonunuza virus yayır
Darçınlı bulkalar (foto resept)
Daha bir ölkə başçısı İrəvana getməyəcək
Bulvarda 9 WİFİ nöqtəsi quraşdırılıb
Fincanlar
Azərbaycanda koronavirusa yoluxmanın artmasının əsas səbəbi açıqlandı - RƏSMİ
Kapitalizmin toxuna bilmədiyi ölkə
Şeyma Subaşı yeni FOTOsunu paylaşdı-FOTO
Keşnişin faydaları
Hamı savaşa hazır olacaq
Ev satanlara bəd xəbər
İnternetdə necə qorunaq?
Badamlı, portağallı peçenye (foto resept)
- ŞƏRHLƏR