Keks üçün:
3 yumurta
1.5 st. şəkər
1 st. naringi suyu
0.5 st. yağ
1 x. q. naringi qabığı sousu
2.5 st. un
1 vanil
1 qabartma tozu
1 silmə çay qaşığı soda
Naringi sousu üçün:
1 st. naringi suyu
1 dolu ç.q. nişasta
2 x. q. şəkər
Naringi qabığı sousunun hazırlanması:
Təxminən 1,5 kq. qalın qabıq naringinin qabıqlarını ətçəkən maşında (doğrayıcı robotla da ola bilər) çəkirik.
Sonra üzərinə 1 st. şəkər əlavə edib mikserlə və ya elə doğrayıcı robotla şəkər əriyib qabıqlara hopanadək qarışdırırıq.
Daha sonra hazırladığımız sousu bir şüşə qaba yığıb qapağını bərk bağlayırıq. İstədiyimiz qədər soyuducuda saxlaya bilərik.Şirniyyatlar hazırlayanda sousdan sadəcə bir qaşıq əlavə etməklə gözəl ətir qatmış olarıq bişintilərimizə.
Keksin hazırlanması:
Əvvəl naringilərin şirəsini sıxırıq.
Naringiləri enləməsinə iki yerə bölürük və şirəsini sıxırıq.
Yumurta və şəkəri qabarana qədər çalırıq.
Vanil,naringi qabığı sousu,naringi suyu və yağı əlavə edib qarışdırırıq.
Un,soda və qabartma tozunu da əlavə edib 1 dəqiqə qarışdırırıq.
Listi yağlayıb, unlayırıq və keks xəmirini listə tökürük. Əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyuruq. Keks qabarmağa başlayanda sobanın dərəcəsini azaldırıq ki,içi yaxşı bişsin.
Naringi sousunun hazırlanması:
Naringi suyu,nişasta və şəkəri kiçik bir qazana töküb vam odda qaynayıb qatılaşana kimi bişiririk.
Hazır halı belə qatı olmalıdı.Bir kənara qoyuruq ki,keks bişənə qədər ilıqlaşsın.
Keks bişdikdən sonra dilimləyib sousu üzərinə qaşıqla yayırıq.
Keksimiz hazırdı. İstər ilıq,istər soyuq halda servis etmək olar.
P.S. mən naringi qabığı sousunu saxlayım deyə çox hazırladım. Siz istəsəniz bir naringini çəkib,üzərinə bir qaşıq şəkər əlavə etməklə də hazırlaya bilərsiz.Lakin keks üçün naringilərin suyunu sıxdıqdan sonra qabıqlar çıxmış olacaq və atmayıb sousunuzu hazırlaya bilərsiz bol-bol :).Qabıqları çəkməmişdən əvvəl içində olan naringinin pərdələrini təmizləyin,çünki onlar acı dad verər sousa.
Birdə keks bişənə qədər hazırladığımız naringi suyu sousu çox soyumuş olsa,biraz ilıqlaşdırıb sonra keksin üzərinə yayın ki,yaxşı yayılsın.
Ümid edirəm hazırlayacaqsınız. Çox dadlı və yeməyə doymayacağınız bir keks olacaq əmin olun :) İndidən hər kəsə Nuş olsun!
XƏBƏR LENTİ
Xəzər dənizi sürətlə quruyur
"İntimissimi"dən alt geyimlər
Bengü qarnını gizlədir - FOTO
Ağıllı şəhərlərin sayı artacaq
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Gəlin saç düzümü və makiyajı
Cemli piroq (foto resept)
Aeroportda pasport əvəzinə selfi göstərmək qəbul olunacaq
Qədim Pompeyin qalıqları
Gülben Ergenin keçmiş yoldaşı AÇIQLAMA verdi
Maraqlı mətbəx əşyaları
Mövsüm keçidlərində immuniteti gücləndirən ərzaqlar
Hindistan qozlu şokoladlı tort (foto resept)
İxtisas seçimi üçün SON GÜN
Atatürk köşkündə gizli sığınacaq tapıldı-FOTO
Toyuq ətli salat (foto resept)
Qarğıdalı piroqu (foto resept)
Azərbaycanda zəlzələ
Soğan suyu ilə arıqlamaq
Ölkələrə görə insanlar
Mehriban Əliyeva: "Təşəkkürlər Azərbaycan!"
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
Kiçik bananlı kekslər (foto-resept)
Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR
Yas mərasimlərinin keçirilməsi qaydası açıqlandı- RƏSMİ/VİDEO
Bella Hadidin makiyaj sirləri
Qaşlar niyə tökülür?
700 bal toplayan qəzalı məktəbin şagirdi
Limonlu suyun möcüzəvi faydası
"Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı"
Qoz yarpağının faydası nədir?
Məşhur aktrisadan Gözlənilməz Addım
Şəfalı bitkilər
Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir
Duzdan istifadə etmədən ləziz yeməklər hazırlayın
SOS: Çaylarda sel təhlükəsi
Azərbaycanda milli ödəniş sistemi yaradılacaq
AMEA-nın "Alimlər şəhərciyi"ndə kimlər mənzil ala bilər?
Sonuncu buraxılış imtahanı keçirilir
Piylərə zərbə
Üç rəngli dondurma (foto resept)
Alişan ata oldu-FOTO
Urmiya gölü niyə quruyur?
Ana südü yetərsizliyi ömrü azaldır
Saç tökülməsinə qarşı maska
Avtomobillər üçün uşaq oturacağının əhəmiyyəti
"Şaban"-ın oğlu evləndi-FOTO
Üç ölçülü rəsmlər
Bakıda 27 dərəcə isti olacaq
- ŞƏRHLƏR