Avtomobillərdə uşaq oturacaqlarının istifadə edilməsinin səbəbi avtomobilin içində olan uşağın qəza zamanında oturduğu yerdən çıxmasının qarşısını almaqdır. Əgər buna diqqət edilməsə, uşaq qəza zamanı maşının iç səthinə şiddətlə dəyə bilər. Bunun nəticələrini tam olaraq əvvəldən düşünmək mümkün olmasa da, ən azından ağır şəkildə yaralanmadan qorumaq mümkündür. Bir uşaq oturacağı istifadə edilməsi halında isə xüsusilə bu yaralanma şiddətini azaltmaq mümkün olduğu kimi, bəzi hallarda tamamilə qabağını almaq mümkündür. Uşağ oturacaqları körpələr üçün ayrı, yeriməyə təzə başlamış usaqlar üçün ayrı, kiçik məktəbli uşaqlar üçün ayrı olmaq üzrə üç qrupa ayrıla bilər. Bütün uşağlar üçün boy və çəkilərinə uyğun böyüklükdə oturacaq, ya da yüksəldici seçilməlidir. Əks halda, təhlükəsizlik kəməri bağlamaq fayda verməyəcək.
Avtomobil qəzalarında həyatını itirən hər 100 insandan 15-nin uşaq olduğunu unutmaq olmaz. Yaralanmalarda da bu rəqəm eynidir. Türkiyədə yol qəzalrında yaralanan, ya da həyatını itirənlərin 30 %-i 0-14 yaş arası uşaqlardır. Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, qərbi Avropa ölkələrində yol qəzalarına məruz qalan hər 100 uşaqdan 3-ü həyatını itirir.
Qısaca, avtomobilimizdə uşaqların təhlükəsiz səfər etmələri üçün uşaq avtooturacağı lazımdır. Amma uşaq oturacağının tam mənasıyla etibarlı olması üçün modelinə, montajına, uşağın oturacağa oturma və bağlanma şəklinə dair bir sıra məqama diqqət yetirməyiniz lazımdır. İndi sırayla bunları və çox edilən bəzi səhvləri nəzərdən keçirək.
Uşaq oturacağında keyfiyyət vacibdirmi?
Oturacağı alanda tək düşündüyünüz məsələ təhlükəsiz olmasıdır. Oturacağın uşağınızın yaşına, boyuna və çəkisinə görə olmasına diqqət edin. Məhsulun iç quruluşu zərbə əmici köpüklə örtülü olmalıdır, çünki qəza anında körpənizin kürəyi və başının arxa hissəsi oturacağa müxtəlif istiqamətlərdən dəyəcək. Oturacağın parçasının tərlətməyəcək və yuyula biləcək formada olmasına da diqqət yetirin.
Uşaq oturacağı üçün ən uyğun yer haradır?
Uşaq oturacağı üçün ən etibarlı yer arxa kresloda, yan hava yastıqlarından uzaqda olan bir yerdir. Hava yastığı şişəndə uşağınızın başının olduğu yerə bərabər gəlir və bu, ciddi və ya ölümcül bir zədəyə səbəb ola bilər. Uşaq oturacağını qapıların yanına qoymaq yerinə arxa oturacağın ortasına yerləşdirin.
Uşaq oturacağı necə quraşdırılır?
Uşağınızı ilk dəfə oturacağa oturdursunuzsa, özünüzü sıxmayın. Əsəbiləşmədən səbrlə öyrəşməsini gözləyin. Oturacağı avtomobilə bağlamazdan əvvəl istehsalçının və avtomobil istifadə təlimatlarındakı uşaq oturacağı ilə əlaqədər hissəni yaxşı oxuyun. Oturacağı doğru istiqamətdə möhkəmcə bağladığınıza əmin olun, oturacaq doğru bağlanıbsa önə, arxaya və yanlara doğru 2.5 sm-dən çox hərəkət etməməlidir. Səfər əvvəli uşağın oturacağı möhkəmcə bağlı olub-olmadığını yoxlayın. Əgər varsa İSOFİX (Beynəlxalq Standartlar Təşkilatı FİX) daxili keçid nöqtələrindən istifadə edin.
Uşaq oturacağı istifadə edərkən nələrə diqqət edilməlidir?
Soyuq havalarda oturacaqda oturarkən uşağınıza qalın olmayan geyim və papaq geyindirin, qalın geyimlər kəmərin bədənə yaxşı təmasına mane olur və qəza zamanında uşaq aradan sürüşə bilər. Kəmərləri etibarlı şəkildə bağlayın və istilətməsi üçün uşağınızın üzərinə bir ədyal örtün.
Avtomobillərdə uşaq oturacağının istifadəsinin əhəmiyyəti
Uşağınızı ön və ya arxa oturacaqda qucağınızda saxlamayın. Təhlükəsizlik kəmərini taxmış olsanız da toqquşma zamanı qucağınızdan atılan kiçik bir uşağın tonlarla ağırlığa çatacağını və onu tutmağa imkanınız ola bilməyəcəyini unutmayın. Əgər təhlükəsizlik kəməri taxmırsınızsa, vəziyyət daha da dəhşətli ola bilər. Önə şiddətlə dəymiş uşağı bir də siz onlarla tona çatmış ağırlığınızla əzəcəksiniz. Yol qəzaları yalnız uzun yollarda deyil, şəhər içində də olur. 30 kilometrlə gedərkən başqa bir avtomobillə toqquşa bilərsiniz. Faciəvi nəticələrdən qaçmaq üçün hər zaman tədarüklü olun.
Uşaq oturacağı hansı istiqamətdə quraşdırılmalıdır?
Aparılan araşdırmalar zamanı məlum olub ki, uşaq oturacağında dik oturmaq kiçik və yeni doğulmuş körpələrdə tənəffüsü çətinləşdirir, qandakı oksigen səviyyəsinin düşməsinə gətirib çıxarır. Çünki bu mövqe döş qəfəsi üzərində təzyiq əmələ gətirə bilər. Səyahət əsnasında uşağınızı bu oturacaqda uzun müddət dik oturtmayın. Oturacağı uşağınızın başının boş qalmayacağı şəkildə seçin və boyun yastığı kimi aksesuarlardan istifadə etməyin.
Hansı yaşda hansı uşaq oturacağı istifadə olunmalıdır?
1 yaşına qədər (13 kq-a qədər) körpələr üçün hazrlanmış olan ana qucağı modeli arxa oturacağa körpənin üzü arxaya baxacaq şəkildə quraşdırılmalıdır.
4 yaşından sonra isə (15-36 kq arası) boy və çəki olaraq hərəkətli oturacaqları istifadə edə bilməyən və hələ təklükəsizlik kəmərini də istifadə etməyə hazır olmayanlar üçün isə yüksəldici oturacaqlar istifadə olunmalıdır. Təhlükəsizlik kəməri ancaq 12 yaşından sonra taxılmalıdır.
Uşaq oturacağı barəsində bilməyiniz lazım olanlar:
* Oturacağın uşağınızın yaşına uyğun olmasına diqqət yetirin.
* Oturacağı avtomobilə doğru şəkildə quraşdırmaq üçün istifadə təlimatını yaxşıca oxuyun.
* Alacağınız oturacağın avtomobilinizin oturacağına uyğun olub-olmadığını yoxlayın.
* Oturacağınızın test edilmiş və standartlara uyğun olmasına diqqət yetirin.
* Hər bir avtomobil səfərindən əvvəl oturacağın yaxşı bir şəkildə yerləşib-yerləşmədiyinə əmin olun.
* 6 ildən çox işlənmiş oturacağı dəyişdirin. 10 ildən çox işlənmişləri istifadə etməyin.
* Maşın hərəkət edərkən körpənizi oturacaqdan çıxarmağa çalışmayın.
* Ən az 1 yaşına qədər və 9 kq-a çatana qədər körpənizi üzü arxaya dönük şəkildə 45 dərəcəlik bucaqla oturdun.
* 5 nöqtə kəmər sistemi ən yaxşı qorunmanı təmin edir, çünki kəmərlər körpəni həm çiyinlərindən, həm də ombasından tutacaq şəkildə bağlanır.
* Kəmər ən yaxşı qorumanı təmin etmək üçün rahat şəkildə dayanmalıdır ki, körpənizi çox sıxmasın.
* Uşaq oturacaqda özünü yaxşı və rahat hiss etməlidir. Çünki uşaq narahat olarsa, narahatlığını sürücüyə də ötürər.
* Uşaq təhlükəsizlik oturacağının montajı asan olmalı və mövcud vasitə kəmərləri ilə istifadə edilməlidir.
* Oturacaq qisa məsafəli yollarda belə istifadə olunmalıdır.
XƏBƏR LENTİ
Saç uzadan 2 maska
Zəfəran maskası
2100-cü ildə Çin əhalisi azalacaq
Hamiləlik psixologiyası
Pensiyaçılara ŞAD XƏBƏR
Zakir Həsənovdan tapşırıq: Dərhal zərbə endirilsin
Tolgahan oğlu ilə seriala çəkildi-FOTO
Quzu qovurmalı-balqabaqlı plov (foto-resept)
222 kiloqramdan 96-a düşən qızı heç kim tanımadı - FOTO
Balın möcüzəsi
Qadın.Net-lilər üçün avatarlar
Kıvanç Tatlıtuğ yeni ev alır
“Facebook” Trampın koronavirusla bağlı paylaşımını sildi
Məşhurlar evdə
"Əməliyyat zamanı Qurani-Kərim yanımda idi"
UZİ-dən eşitdiyi səs qadını heyrətləndirdi-FOTO
Azərbaycan müharibə anonsu verdi
Günün qoroskopu: Pozitiv gündür!
Azərbaycandakı pensiyaçılara bayram müjdəsi
Kraliçanın ləl-cəvahiratı satışda: 2 milyonluq boyunbağı
Prezident İbrahim Məmmədovla bağlı sərəncam verdi
Son 25 ilin ən yaxşı rejissorları seçilib
Qadınlar və kişilər: kim qazanır, kim yorulur?
10 Noyabr - Azərbaycanda ZƏFƏR GÜNÜ
Marshmallovlu tart (foto resept)
Hazal Kaya alış-veriş mərkəzində problem yaşadı - FOTO
Keçmişdən gələn romantik trend
Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü: 379 yeni yoluxma - RƏSMİ
Ətə bükülmüş duzlu xiyar (foto resept)
Azərbaycanda builki yanvarı "ən isti yanvar" hesab etmək olarmı?
HAVA Xəbərdarlığı edildi
Çində mobil istifadəçilərin sayı 1,185 milyarda çatıb
Bədən ölçünüzə uyğun paltar seçimi
“Qalatasaray” daha bir kubok qazandı
İspanaqlı keks (foto resept)
Dəbli ofis mebelləri
Torpaq sürətlə bahalaşır
Sarı saç modelləri kimlərə yaraşır?
Günün qoroskopu:Stressdən uzaq olun
Dubayda dünyada ən iri günəş elektrik stansiyası tikilir
Rənglərin mənaları və təsirləri
İnsanlarla başıayaqlıların ortaq cəhəti
200 gözü olan yeganə canlı-FOTO
HAVA necə olacaq?-6 dekabr
Alla Puqaçova hər oxuduğu mahnı üçün 1 milyon alırmış?
Bu qadınlar fillərə jaket və şalvarlar toxuyurlar - FOTO
“Taxt oyunları”nda yeni əjdaha - FOTO
Azərbaycanda hava xəbərdarlığı - qar gəlir
Estetik əməliyyat olunmadığını dedi lağa qoyuldu-FOTO
81 yaşlı aktrisa həbs edildi-SƏBƏB















- ŞƏRHLƏR