
Texniki alətlərə kişilər qədər qadınlar da maraq göstərirlərTəbii ki, saç düzləşdiricilər, epilyatorlar, ütü fenləri və s. kimi texniki əşyaların qiyməti elə də ucuz olmur. 30 manatdan başlayan qiymətlərlə satılan bu əşyaların ən az 3 il ömrü olması da məhsulu alan tərəfindən bilinir. Elə buna görə də, bu texnikalara verilən pul bəzən illərlə işləyəcək fikrinə aldanıb verilir. Nəticə olaraq alınan əşya ya düzgün işləmir, ya tez bir zamanda xarab olur, ya da istifadəsinin çətinliyindən şikayətlənən alıcı əşyanı bir daha işlətmir.
Qadınlar kişilərlə müqayisədə texniki əşyaların özəlliklərinə daha az fikir verdiklərindən elə ən çox aldanan da məhz xanımlar olurlar. İnternet üzərindən satış dəbə minəndən, demək olar ki, xanımlar bu cür alış-verişə daha çox maraq göstərirlər. Məsələn, elə sosial şəbəkələrdə minlərlə alış-veriş səhifələri var ki, burda texniki alətlərdən geyimlərə, kosmetikadan çantaya kimi istənilən məhsulu sifariş etmək mümkündür. Buradan əldə edilən malların keyfiyyətinə zəmanət verilmir. Çünki adı üstündə - onlayn satışdır və gətirilən məhsul bəyənilmədiyi, işlədilmədiyi, eləcə də hətta 2 gün sonra xarab olduğu halda dəyişdirilməsi və geri qaytarılması mümkün olmur. Maraqlıdır ki, hətta bu cür şərtlərlə belə alış-verişə maraq böyükdür. Əksəriyyəti isə cavan nəsildir.
Əzizə Kərimova sosial şəbəkə üzərindən onlayn alış-veriş etdiyini, razı qalmadığını deyir. Onun sözlərinə görə, alınan alətin orijinal mağaza alətləri ilə eyni qiymət olması insanı çaşdırır. Bir anlıq satıcılar insanın sanki gipnyz edirlər, özün də istəmədən məhsulu sifariş etmiş olursan. Sonra isə artıq gec olur: "Onlayn satış ilə səhifələrin birindən epilyator almışam. 30 manata olan epilyator elə o firmanın özündə də həmin qiymətədir. Şəkildə görüb bəyəndim, haranın istehsalı olmasını soruşdum. Qarşı tərəf mal haqqında məlumat verib 1 aya gələcəyini, gələnə kimi az-az pulundan ödəniş edə bilinəcəyini, gələn məhsulun hara olmasından asılı olmayaraq ünvana çatdırılacağını, özlərinin də bu məhsuldan istifadə etdiklərini bildirdilər. Qısacası sifariş etdim. Az-az mal gələnə kimi ödənişini də edib bitirdim, lakin epilyator mənə gəldiyi gündən cəmi 1 ay normal işlədi. Sonra dişləri aralandı və bir-bir sıradan çıxdı. Bu cür malı düzəltdirmək də mümkün deyil, xarab oldu, atmalısan. Xarab olandan sonra zəmanətli mal almağın nə demək olduğunu bildim, amma çox gec idi".
Onlayn alış-verişlə məşğul olan səhifələrdən birinə baş çəkirik. Burda istənilən növ texnikanın reklamı var. Üstəlik, hər məhsulun üzərində də haranın istehsalı olduğu qeyd olunur. Onlayn alış-verişlə məşğul olan Simran Əliyev deyir ki, məhsulun keyfiyyəti onun hansı firma olduğu ilə ölçülməməlidir. Hətta Çin istehsalı olan elə məhsul ola bilər ki, o orijinal firmanınkından daha keyfiyyətli olsun. Bu, bir az da bəxt məsələsidir: "Satıcının heç bir günahı yoxdur ki, satdığı məhsul xarab olur, ya sıradan çıxır. Biz heç kimi aldatmırıq. Məhsulun hara istehsalı olduğunu və zəmanət vermədiyimizi də deyirik. Zəmanətli mallar da sıradan çıxa bilir. Hər hansı bir fenin, epilyatorun üstündə 3 il zəmanət verilməsi o demək deyil ki, o, 3 il dayanmadan işləyəcək və əla keyfiyyətlidir. Ola bilər ki, hətta brend mallar da 2 gündən sonra sıradan çıxsın, bunu 10 il dəqiq işlədəcəyəm deyərək hər hansı bir mala güvənmək olmaz. Üstəlik, biz özümüz də gələn texniki əşyaları yoxlayıb müştəriyə çatdırırıq. Əgər müştəri alanda razı qalıb, 2 gün sonra istəmirəm deyirsə, bunu artıq geri götürə bilmirik. Çünki biz fərdi işləyirik, firma deyilik ki, bir malı digər malla dəyişdirə bilək".
Usta-texnik Abbas Vəliyevin sözlərinə görə, hər hansı bir kiçik məişət əşyası alarkən onun zəmanətli olmasına diqqət yetirmək lazımdır. Zəmanət verilən əşya da xarab ola bilir, amma nəzərə almaq lazımdır ki, əgər bir şirkət öz malına 1 il, 3 il zəmanət verirsə, bu o deməkdir ki, istehsal etdiyi əşyanın dözümlülüyünə əmindir. Ən pis halda isə məhsulu ikinci eyni məhsul ilə dəyişmə imkanı verir: "Əvvəla, zəmanət tələb etmək lazımdır. Zəmanəti olan əşyanı nə üçün istədiyinizi aydınlaşdırıb daha sonra seçim etmək lazımdır. Məsələn, xanım yeni alınan saç fenini gətirib kifayət qədər isti olmadığını, saçları düzləşdirmədiyini deyir və biz baxırıq ki, fendə spiral sayı azdır və gücü zəifdir. Fen saçları sadəcə yüngül qurutmaq üçündür. Belə əşyanı düzəltmək mümkün deyil, çünki o xarab sayılmır. Əgər fen alınacaqsa, o, mütləq elə alınan yerdə yoxlanılmalı, istiliyi qane etdikdən sonra alınmalıdır. Eləcə də epilyatorlar ən az 5 dəqiqə istifadəyə hazır işlədilməlidir. Bu zaman müşahidə edin ki, bütün dişləri işləyir, zəiflik yoxdur. Əldən isə texniki əşyalar almaq qəti məsləhət deyil. Bu cür əşyalar tez xarab ola, yana, hətta, əldə partlaya bilər. Bu cür malları almaq pul itkisi, eləcə də böyük riskdir".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bürclərə görə dərin bağlar quran 5 cütlük
ABŞ-da afroamerikalılar üçün ayrıca şəhər tikilir
Oğlu Barış Manço ilə bağlı inanılmaz SİRLƏRİ AÇDI
Azərbaycanda qaçqın və siyasi sığınacaq alan şəxslərin işləməsi asanlaşdı
Bella HAMİLƏ olduğunu dedi inanmadılar-FOTO
Sinan Özenin yeni doğulan qızı iki dəfə əməliyyat olundu
Ukraynada qadınlar da hərbi xidmətə çağırıla bilər
Ətsiz xoşbəxlik olar?
Hacı Nurandan üzücü xəbər
Günün ulduz falı
Dərsliklər satışda
Azərbaycan əhalisinin sayı açıqlandı
Koronavirus xəstəsindən ŞOK Addım-FOTO
Hava haqqında - 13.01.2014
Daha gözəl göz makiyajı üçün tövsiyələr
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Məmməd Arazın yubileyi münasibəti ilə tədbir keçirilib
Bakıda elə isti olacaq ki...
Cem Yılmazın keçmiş xanımı diqqət çəkdi-FOTO
İsti havada sərinlədən qidalar
Ramin Bayramlıdan koronavirus testləri ilə bağlı MÜHÜM AÇIQLAMA
Plan yerləri dolan universitetlər açıqlandı - RƏSMİ
Danışan balinalar - VİDEO
Nüsret Kann film festivalında-FOTO
Eksklüziv Porsche 911 Turbo S
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 139 yeni yoluxma
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
Atadan evlilik dərsi
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bu sezonun trendi: Saçaqlı
Qadın Yaponiya tarixində ilkə imza atdı
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Burada artıq 2020-ci ildir
ABŞ 2 gizli dosyeni açdı: Koronavirus belə yayıldı – Şok gəlişmə
Azərbaycan coğrafiyasının inkişaf tarixi-2
Dünyanın ən qorxunc yerləri
Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz
Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” - FOTO
"Azərbaycan Dəmir Yolları" yeni tədris ili ilə əlaqədar vaqonların sayını artırır
Sabahın HAVAsı
Britaniyanın nüfuzlu jurnalında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirildi
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
Hava haqqında
Qələbə günü Azərbaycanda hava necə olacaq?
Arıqladan yay meyvələri
Evdə masaj
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Selena Gomez sevənlərini kədərləndirdi
Üzdəki sızanaqlara qarşı maskalar
İlham Əliyev onları təltif etdi - SİYAHI














