Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) xəbərdarlıq edib ki, yaxın zamanlarda supermarketlərdə və digər alqı-satqı gerçəkləşən məkanlarda plastik torbalar pullu olacaq. Nazirlikdən bu qərarın ekologiyanı qorumaq məqsədi ilə tətbiq ediləcəyi bildirilib.
Maraqlıdır, əgər sellofan torbalar pullu olacaqsa, onlar nə ilə əvəzlənəcək? Sellofanların pullu olmasının vətəndaşlara nə kimi müsbət və mənfi təsiri olacaq?
Qadin.Net bildirir ki, Sputnik Azərbaycan sözügedən prosesə başlandıqdan sonra yaranacaq bu kimi sualların cavablarını ekspertlərdən soruşub.
İqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, Azərbaycanda bütün topdan və pərakəndə satış məntəqələrində, ticarət obyektlərində alış-veriş zamanı plastik torbalardan istifadə olunur: "Vətəndaş aldığı məhsulları istədiyi qədər sellofan paketə doldurub gedir. Ukrayna və Rusiyada sellofan paketlər pulla alıcıya təklif edilir. Vətəndaş də ancaq lazım olan qədər sellofan alır".
Mütəxəssisin sözlərinə görə, plastik torbalar pullu olanda vətəndaş paketi tullamır və dəfələrlə ondan istifadə edir: "Belə olan halda plastik paketlərin tullantıları azalır və ekologiyaya da xeyirli olur".
"Bu qərar qüvvəyə minəndə artıq yanaşma dəyişəcək. Avropa ölkələrində sağlamlığı nəzərə alaraq kağız paketlərdən istifadə edirlər. Bu, qidanın saxlanması üçün daha məqsədəuyğundur. Kağız paketlər də pullu olmalıdır. Əks halda alıcılar kağız paketlərə də qənaət etməyəcəklər. Kağız tullantı eroziyaya tez uğrayır və tez məhv olur. Amma sellofanların məhv olması üçün yüz illər lazımdır" - deyə ekspert əlavə edib.
F.İbrahimovun fikrincə, bu qərar tətbiq ediləndə vətəndaşlar düşünəcəklər ki, satıcılar daha çox pul qazanmaq üçün sellofanları pullu satırlar: "Amma bu, bir müddət sonra normal qarşılanacaq. Dünyada tətbiq olunan bir qanundur və normal qarşılamaq lazımdır".
"SSRİ dövründə vətəndaşlar 10 qəpiyə kağız torbalar alırdılar, ya da zənbillərlə dükana gəlirdilər. Türkiyə sərhədləri açılandan sonra bizə sellofanların pulsuz paylanması anlayışı gəldi. Düşünürəm ki, bu qanunun bizə xeyirli olacaq" - müsahibimiz vurğulayıb.
"O ki, qaldı geyim mağazalarına, bu qanun tətbiq edilmir. Onsuz bu mağazalar kağız torbalardan istifadə edir. Onlar pullu olmaz. Vətəndaşlar əksər hallarda belə paketləri küçəyə atmır, uzun müddət istifadə edirlər" - deyə o, əlavə edib.
Ekoloq Müslüm Qurbanov da bu qərarı doğru addım kimi qiymətləndirib: "Nazirlik gec də olsa, qərar verdi. İnsanlar torbalardan istifadə qaydalarına riayət etmirdilər. Az məhsul alsalar belə, az qala, hər məhsulu bir torbaya yığırdılar. Bu da plastik torbaların daha çox zibilə çevrilməsinə səbəb olurdu. Bu məhsullar da təbiətə atılanda məhv olmur, yandırmaq isə atmosferə böyük ziyan vura bilər".
Ekoloq düşünür ki, bu cür polimer materialların torbalar, şirə qabları kimi istifadə edilməsi üçün əvvəlcədən müəyyən mexanizm işlənməli idi: "Məsələn, plastik qablardan suların, şirələrin qablaşdırılmasında da istifadə edilir. Onları yenidən emala cəlb etmək üçün firmaya təhvil vermək olardı".
"Kağız torbalardan istifadə yaxşıdır. Amma ağacların kəsilməsi məsələsi də gündəmdədir və ekologiyaya ziyan vurmamaq lazımdır. Buna görə də vətəndaşlar qənaət etməyi bacarmalıdır" - deyə M.Qurbanov qeyd edib.
XƏBƏR LENTİ
Naxçıvanla sərhəddə ölənlərin sayı 14-ə çatdı
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Bakı bulvarında möhtəşəm yenilik
Bakıda söküntü doqquzmərtəbəli binalara da çatdı
Qar yağacaq, külək əsəcək
Yağlı üz üçün təbii maskalar
Adrina və Metin evlənirlər-FOTO
Gümüş xərçəngə qarşı effektiv vasitədir
EMİN: "Seçim qarşısında qalsam, biznesi seçərdim"
Göbələkli taco (foto-resept)
Saç uzadan soğan suyu
"Ufak Tefek Cinayetler"in yeni mövsüm fraqmanı yayımlandı-VİDEO
Məşhur müğənnidən qəribə açıqlama
Ahmet Kayanın həyatı film olur
Əsrarəngiz Sankt-Peterburq
Sərdar dünən boşandığı xanımını həkimə apardı
Bu adaya yalnız 21 yaşından böyüklər buraxılır - FOTO
Bavariya mətbəxindən sobada toyuq (foto resept)
Foqts: "Pul heç vaxt mənim üçün önəmli olmayıb"
Daha bir dərman preparatının satışına QADAДћA
Biskrem (foto-resept)
Məşhur türk aktrisaları illər sonra İLK DƏFƏ-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-18
Məşhur rusiyalı müğənni Zemfirada koronavirus aşkarlanıb
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
2021-ci ilə qədər Covid19-la bağlı genişmiqyaslı peyvəndlənmə olmayacaq
Dişləri ağartmağın təbii yolları
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Azərbaycanda koronavirusdan daha doqquz nəfər öldü: 391 yeni yoluxma - FOTO
Kartofun içində bişmiş yumurta (foto-resept)
Tərxun limonadı(foto resept)
Demet Akalının Azərbaycanla bağlı paylaşımı Diqqət Çəkdi-FOTO
"Neftçi"nin yeni baş məşqçisinin adı bəlli oldu
Növbəli işin zərəri
Tatlısəsdən duyğusal paylaşım-FOTO
Tarix dərslikləri tariximizə güzgü tuturmu?
Quranı cırıb "konfetti" düzəldən qadın cəzalandırıldı
“Yalnızlığın bal ayı” Polşada
Britni Spirs Məhkəməlik oldu-SƏBƏB
Azərbaycana avtomobil idxalı artıb
Lənkəran ləvəngisi və toyuq budlu ləvəngi
Qida formasında bijuteriyalar
Sərt karantin günlərində ev heyvanlarını gəzdirmək olar? - AÇIQLAMA
Dində evliliyin 5 meyarı
1 milyonluq büstqalteri o geyinəcək - FOTO
BRIT Awards: yaxşıların yaxşıları seçildi-SİYAHI
Birinci xanımdan nümunəvi qış stili - FOTO
"Quş qripi" qayıdır
Ev üsulu limonad (foto-resept)