Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.
Qərargahdan daxil olan məlumatda bildirilir ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib.
Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib.
Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkarlanıb.
Eyni zamanda, həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub. Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilib, onun vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilib. Bütün səylərə baxmayaraq, həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşib, çoxsaylı orqan çatışmazlığı inkişaf edib, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilmiş, onlar karantinə götürülüb.
“Diqqətə çatdırmaq istəyirik ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus (COVID-19) xəstəliyinin dünyada yayılmasının pandemiya xarakteri aldığını elan edib. 12 mart tarixinə olan məlumata görə, dünyada 129.185 nəfər koronavirusa yoluxub və bu xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, aviareysləri təxirə salır.
Tərəfimizdən əvvəllər də bəyan edildiyi kimi, ürək-damar, eləcə də xroniki xəstəlikləri olanlar, yuxarı yaş kateqoriyasına aid şəxslər virusa qarşı profilaktik tədbirləri daha da gücləndirməlidir.
Bir daha vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və operativ qərargahın virusa qarşı profilaktik tədbirlər çərçivəsindəki tövsiyələrinə ciddi riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa, tibbi-profilaktik və dezinfeksiya qaydalarına əməl etməyə çağırırıq”, - deyə məlumatda bildirilir
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Anadangəlmə üzü olmayan uşaq əməliyyat olundu-FOTO
Çox düşünmə xəstəliyi
Tehranda hotellərin QİYMƏTLƏRİ
Facebook-da daha bir yenilik
Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı
“Skype”da rus dilinə tərcümə funksiyası yaradıldı
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
95 yaşlı qazi koronavirusa qalib gəldi
"Baku World Challenge" yarışında iştirak edəcək avtomobillər nümayiş etdirilib
Xəyanət edən kişilərdə müşahidə edilən davranışlar
Oskar - 2012
Bakıdakı toz-dumanı nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Azərbaycanda xarici pasportların verilməsində yenilik
Tuba da “Netflix”lə müqavilə bağladı
Selelüti yox edən şalvar
Günün qoroskopu: ünsiyyət üçün əla gündür
Alma piroqu (foto resept)
Sezonun trendi: XXL köynəklər
2018 gəlinlik kolleksiyası
Alimlər pendirin faydasını sübut etdilər
Qat-qat xəmirli sarmal kökələr (foto resept)
Dırnaqlarda yeni trend - "Kürü manikür"
Xərçəng xəstəsinin arzusu xəstəxanada REALLAŞDI
Çində uşaq bağçasında oynanılan oyun hər kəsi heyrətə gətirdi - VİDEO
Xarço-Gürcü mətbəxi (foto resept)
"Whatsapp" bizə nə hazırlayır?
Etirafım
Koronavirusla mübarizə üçün ən effektiv çay
Təbii yol ilə kirpik uzatma maskası
Gül kələmli alfredo (foto resept)
"WhatsApp" bombanı partlatdı
Uşaqların 1-ci sinfə hazırlığı ilə bağlı yeni qanun
"Timsah göz yaşları"
İki stəkan südün gücü
Azad olduğunuz çəkini geri qaytarmayın
Saçın tökülməsinə qarşı maska
Əlil və şəhid ailələrinə xoş xəbər
Nanə çayının faydaları
Başqasının göz yaşını əlinlə silmə
Avtobuslarla bağlı yeni qadağa
Martda çox isti olacaq
Müxtəlif ərzaq mallarının qarşılıqlı əvəz olunması
Dırnaqlardakı saralmanı aradan qaldıran üsullar
Lotereyada 273 milyon dollar uddu
Avropa Birliyinin həsəd aparılacaq Ermənistan sevgisi
Azərbaycan Ordusunun toplardan erməniləri atəşə tutması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
Sağlam dırnaqlara sahib olaq
İŞİD Bağdada girdi: 1000 ölü
DİQQƏT! Ət satışı qadağan edildi
Rusiyada qız eyvandan insanlara pul səpdi - VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]