
Əvvəllər sellofan torbalardan istifadə bugünkü kimi geniş yayılmamışdı. Çox vaxt qənaətcil qadınlar bu cür torbaları yuyur, təmizləyir və təkrar istifadə edirdilər. Bu gün isə bəlkə də hər evdə bu cür torbalardan kifayət qədərdir. Bu torbalardan isə müxtəlif məqsədlərlə istifadə edirlər. Kimisi qida, dərman saxlayır, kimisi isə içinə zibil yığır. Mütəxəssislər bildirirlər ki, hər gün məişətdə istifadə etdiyimiz, eləcə də istənilən market və ticarət obyektlərində əvəzsiz olan sellofan paketlər sağlamlığımız üçün olduqca zərərlidir.
Paytaxtda fəaliyyət göstərən super marketlərdən birinin satıcısı Fuad Vəliyevin sözlərinə görə, alıcılar özləri malları sellofan torbaya qoymağı tələb edirlər. Dediyinə görə, ümumiyyətlə, sellofan qablaşdırmada olan ərzaqlar alıcıları daha çox cəlb edir. "Belə ki, sellofanın üzərində rəngli reklam şəkilləri və mala aid müəyyən yazılar verilir".
İstehlakçı Xədicə Ələkbərova isə hesab edir ki, sellofan paketlərdə ərzaq saxlamaq çox rahatdır: "Bu cür paketlərdə ərzaq daha təmiz qalır. Sellofan paket ərzağı ətraf mühitin mənfi təsirindən qoruyur, ərzaq təmiz qalır".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, sellofan torbalar pulsuzdur: "Sellofan torbaların pulsuz olması bir tərəfdən istehlakçılara xeyirdi. Digər tərəfdən isə bu, ətraf mühitin intensiv çirklənməsinə, istehlakçıların tədricən zəhərlənməsinə gətirib çıxarır" deyən AİB sədri əhalini belə torbalardan az istifadə etməyə çağırır. Onun dediyinə görə, 8 ay əvvəl İqtisadi İnkişaf Nazirliyinin yanında qablaşdırmaya dair ayrıca komissiya yaradılıb.
Hüseynov bildirib ki, sellofan paketlər, təhlükəli streç-filinlərin əksəriyyəti polivenil xlordan hazırlanır: "Onlar hətta 50-40 ildə torpaqda həll olmur və ətraf mühiti çirkləndirir. İnsanlar da təbii ki, bundan zəhərlənməyə məruz qalırlar".
Həmsöhbətimizin bildirdiyinə görə, bir sıra ölkələrdə sellafon torbaların istifadəsindən imtina edilsə də, Azərbaycanda bu hələ də qalmaqdadır.
AİB sədri deyib ki, kağız və parça torbaların istehsalı baha başa gəldiyindən ticarət obyektləri sellofan qablaşdırmaya üstünlük verir. Polietilen torbalar orqanizm üçün zərərlidir: "Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edir".
Qara rəngli sellofan torbaların daha təhlükəli olduğunu deyən müsahibimiz bu cür torbalarda qida saxlamağı məsləhət görmür: "Qara və digər rəngli torbalar zibillərin təkrar emalından alınır. Zibilin əridilməsi nəticəsində əldə olunan plastik rənglənir və ondan müxtəlif ölçüdə torbalar hazırlanır. Bəzi torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa da keçir. Ərzaq vasitəsilə isə orqanizmə daxil olur".
Şəffaf torbalar isə çox nazik olduğundan içərisinə isti çörək və ya digər isti ərzaq qoyduqda əriyir, qırışır və ərzaqla reaksiyaya girir. AİB sədrinin sözlərinə görə, ucuz başa gəldiyi üçün insanlar sellofanlarda ərzaqlarını daşımağa üstünlük versələr də, bu insan orqanizmi üçün zərərlidir.
E.Hüseynov vurğulayıb ki, bu torbalardan imtina etmək üçün gərək onların alternativi olsun: "Təəssüf ki, Azərbaycanda alternativ paket istehsalı ilə məşğul olan müəssisələr yoxdur".
Həkim Orxan Həsənov isə hesab edir ki, sellofan qablaşdırma, daha çox üzərində verilən rəngli reklamlar və yazılara, ümumiyyətlə rənginə görə daha zərərli olur: "Belə ki, rəng ərzaqlara da keçə bilər. Bununla yanaşı sellofan qablaşdırmada istifadə olunan yapışqan da tərkibindəki kimyəvi maddələrə görə təhlükəlidir. Sellofan tərkibindəki bakteriyalara görə də səhhətimizə ziyan vurur" deyən Həsənov əlavə edib ki, nisbətən təhlükəsiz plastik qablaşdırma isə polietilen hesab olunur: "Lakin polietilenin də tərkibində toksik maddələr var. Bu cür materialla əlaqədə olan qida isə ciyərə mənfi təsir göstərir. Bu səbəbdən də yaxşı olar ki, ərzağı qida saxlamaq üçün nəzərdə tutulan polietilen paketlərdə saxlasınlar. Belə ki, bu cür paketlərdə toksik maddələr minimal dərəcədədir".
Ekoloq Samir Qafarov isə bildirib ki, sellofan paketlər ətraf mühiti çirkləndirir: "Bu cür paketlər 60 ildən sonra çürüməyə başlayır. Statistikaya görə isə iri şəhər sakinlərindən hər biri hər ay təxminən 24 sellofan paket istifadə edir. Bu paketlər birdəfəlik istifadə üçün nəzərdə tutulduğuna görə tez-tez zibilliyə atılır. Onların yandırılması zamanı isə havaya zərərli maddələr xaric olunur. Külək vasitəsilə ətrafa yayılan zərərli maddələr isə sağlamlığımıza zərər verir"
XƏBƏR LENTİ
Rusiyalı vergi üçün üç çuval pul ödədi
Amnesty İnternational İsraili biabır etdi
Məşhur cütlük boşandı
Azərbaycanın balı, şərabı, narının fəth edəcəyi yeni ÖLKƏLƏR
Gülşən sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
"Recep İvedik" Ebru Gündeşi yamsıladı-VİDEO
Temperatur 40 dərəcəyə çatacaq
Təbii ağrıkəsici olan 5 qida
Qaraciyər və öd kisəsini təmizləyən üsul
Çində koronavirusa yoluxmuş şəxslərə robotlar qulluq edir
Xəyanət nədən yaranır?
45 yaşlı vəkil Zuzana Slovakiyanın prezidenti seçildi
Xəz-dəri geyimləri - dünən və bu gün
Paltarların ömrünü necə uzatmalı?
Sobada toyuq budu (foto resept)
“Gün keçdi” filmi (1971) haqqında
Nazirlik xəbərdarlıq etdi: İçməli sudan...
Manikürdə retro təsiri: Şəffaf dırnaqlar
Ayaqqabıları geyimlə necə uyğunlaşdırmalı?
Dubayda polisləri robot patrullar əvəzləyəcək
Sabahın HAVAsı
Bu saatda siferblat yoxdur
Azərbaycanlı gənc Türkiyədə səs yarışmasında QALİB OLDU-VİDEO
İlham Əliyev marketdə - FOTO
Premyer Liqamız Avropada 29-cu yerdədir
İrəvan sülhdən imtina edir
Yeni nəsil istehlak vərdişlərimiz
Şokoladlı peçenye (foto resept)
Abituriyentlərin DİQQƏTİNƏ: keçid ballarında yanlışlıq
Azərbaycan məktəblərində idman zalları və kitabxanadan istifadə edilməyəcək
Gözəl görünmək üçün... ölməyə dəyərmi?
Bu gün qəbul imtahanları keçirilir
Necə edək ki, şadlıq evlərində aldanmayaq?
"Ən Yaxşı Youtuber" nominantı gəlinlik geyindi-FOTO
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Payızın trend manikür modelləri
TƏBİB-dən koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA
Sarkisyan Qarabağla bağlı şərt qoydu
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Lütfəli Abdullayev
Kənan "Selena"sı haqqında danışdı-FOTO
Bakıda binalar yeni materiallarla üzlənir
Qeyri-adi ixtiralar
QAT ermənilərin qatıldığı konfransı dağıtmağa cəhd etdi
İllər üzrə 2018-nin PROQNOZU: İt ilində bizi nə gözləyir?
Michael Grab
Ozan Güvən həbs olunacaq?
Koronavirusa yoluxan hamilə qadın sağaldı-FOTO
Dünya bazarında neftin qiyməti
Ballı-qozlu kamamber pendiri (foto resept)














