Əziz Qadin.Netlilər, sizləri, ailənizi, bütün sevdiklərinizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm! Sizlərə can sağlığı, xoşbəxtlik, sevinc dolu bir il arzu edirəm. Qoy, bu yeni il hər kəsi sevindirsin, ölkəmizi, xalqımızı, ailəmizi, dostlarımıza səadət gətirsin!
Hər bir bayramın atributu, adət-ənənələri olduğu kimi “Yeni il” bayramının da öz atributları var. Bunlardan biri, hətta əvəzedilməzi bir çox evlərdə bəzədilən küknar (yolka) ağacıdır. Küknar ağaclarını demək olar, əksəriyyətimiz qururuq, müxtəlif oyuncaqlarla, zərlərlə, işıqlarla bəzəyirik. Yəqin ki, bir Qadin.Net ailəsinin üzvü kimi hər birimizə digər Qadın.Netli-nin yeni il hazırlıqları və bəzədilmə işləri maraqlı gələr. Gəlin, tanış olaq.
Ro-Xe-Sa
Əvvəlcə hər birinizin qarşıdan gələn Bayramınızı təbrik edirəm, 2015-ci il hamı üçün uğurlu olsun. Amin!
Mən küknar ağacımızı bəzəməyə başlayanda evdə qarmaqarışıqlıq olur, o ora dartır, bu bura dartır zərleri, oyuncaqları , arada özüm də qoşuluram onlara , bir də baxıram ki, ev nə günə düşüb, elə ki, deyirəm gəlin, indi kömək edin təmizləyək , inanın elə sakitçilik olur ki, biri planşeti götürüb otağına girir, biri də dərs hazırlamaq adı ilə bir köşəyə çəkilir. Mənə də elə bu lazımdır da, sakitcə bəzəməyə başlayıram, əl-ayağa toxunan olmur. Çox bəzəkli xoşlamıram, balaca küknar ağacımız da var, o usaqların otağındadir . O ağac bayrama kimi 20 dəfə sökülür yığılır, hər dəfə də bir neçə oyuncaq yoxa çıxır.
Aysun Məmmədova
13 ildi İsraildə yaşayıram və bu 13 ildə 2 dəfə yeni ildə Bakıda olmuşam. Bu 13 il ərzində ilk dəfə küknar ağacı bəzədim. Düzdür, balacadır, çünki həm uşaqlar üçün etdim ki, maraqlı olsun, həm də özüm yolkanı çox sevirəm. Səhər saat 6-da təkcə özüm qurdum. Yeni ili evdə keçirəcəyik, çunki burda yeni il qeyd etmirlər. Yoldaşım da Yeni il qeyd edilməsi tərəftarı olmadığı üçün hamımız evdə olacayıq. Küknar ağacını 4 manata almışam, oyuncaqlarına da hardasa 4 manata yaxın pul vermişəm. Ümumən, bu kasıb küknarımız mənə 8 manata başa gəlib. Yeni il bayramınızı təbrik edirəm və arzu edirəm ki, bu il hamımıza düşərli olsun, İnşAllah.
Azrena
Hamını bu gözəl bayram münasibətiə təbrik edirəm. Qoy, 2015-ci il hər kəs üçün düşərli olsun. Arzuların gerçəkləşdiyi bir il olsun, Amin. Küknar ağacını özüm qurmuşam. Arzu edirəm, gələn il mənə də düşərli olsun, öz evimdə quraşdırım, İnşallah. Evi bəzəməyə isə atamla anam kömək edib, səbirsizliklə bacımın uşaqlarını gözləyirik. Onları yolka şənliyinə aparacayıq, İnşallah. Hər kəsə bir daha gözəl bir il arzu edirəm!
MİRİyeva
Əvvəl hərkəsin yeni ilini təbrik edirəm! Qoy, 2015-ci il hamınıza düşərli olsun, uğur gətirsin. Sevgi, yaxşı dostlar, sağlam ailə arzu edirəm. Bu küknar ağacını artıq neçə ildir ki, yoldaşım qızıma alıb, hər ildə ona görə ikimiz bəzəyirik. Saramın ürək formasında olan hər şeydən xoşu gəlir, ona görə də oyuncaqlarını da özü bəyənib alıb. Bu il də küknar ağacını mən və Sara bəzədi.
Yeni ili öz ailəmlə evdə qeyd edəcəm, İnşallah. 2014-cü il bizə uğur gətirdi, Muradım dünyaya gəldi, artıq yeni ili dördümüz qeyd edəcəyik. İnşAllah arzusunda olan hərkəsə yeni ildə qismət olsun. Amin.
QWEN
Küknar ağacını bir həftə olar ki, köməkliklə qurmuşuq. Oyuncaqları yoxdur, yəni küknar elədir ki, oyuncağa ehtiyacı yoxdur. Xırda , işıq saçan ulduzları var. Qızım gündə bir 10 dəfə ulduzları çıxarıb mənə verir ki, yerinə taxım. Evi bir az sadə şarlar və zərlərlə bəzəmişik. Bayramı da evimizdə qeyd etməyi planlayırıq, İnşallah.
Hamıya sevinc dolu bayramlar arzu edirəm!

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR