Əziz Qadin.Net-lilər və kulinariya həvəskarları!
Bu gündən başlayaraq saytımızın mətbəx rubrikasında həm də, "Şef - Master" bölməsi aktiv olacaq.
Bu bölmədə təqdim olunanan foto reseptlər, mətbəx rubrikasındakı digər reseptlərdən peşekar təqdimatı ilə seçiləcək.
Yəni təqdim olunan foto reseptlər,sıradan fotolar olmayıb,xüsusi hazırlıq kursu keçmiş kulinariya fotoqrafları tərəfindən peşekarlıqla çəkilmiş foto reseptlər olacaq.
İlk Şef - Master foto reseptini sizlər üçün bir mətbəx jurnalından əvvəlcə skyner,sonra photoshop işi və tərcümə ilə birlikdə hazırladım.Düzdür,bir qədər vaxt aparan iş oldu,amma Qadin.Net xanımlarına qurbandır Təki,gözəl nə varsa,hamısını öyrənsinlər
İndi isə keçək Şef - Master foto reseptinə:
Vəsaitlər:
250 qr marqarin (otaq istisində ərinmiş)
250 qr şəkər
330 qr bəhməz (təxminən 1 su stəkanı + 1/3 su stekanı)
4 ədəd yumurta (otaq istisində gözlədilmiş)
1250 qr un (8 su stəkanı)
1 ç.q. qabartma tozu
1ç.q. toz zəncəfil
1ç.q. darçın
1ç.q. toz mixək
Bəzəmək üçün:
Şəkər və ya parça şokaladlar
Royal İcing üçün:
2 su stəkanı pudra şəkəri
2 ədəd yumurta ağı
3-4 damcı limon suyu
Hazırlanması:
Şəkər və yağ dərin bir qabda çirpıcı ilə ıəkər əriyənə qədər çırpılır.
Bəhməz və yumurtaları qatıb çırpmağa davam edirik.
Başqa bir qabda 1,5 stəkan un,duz və digər ədviyyatları qarışdırırıq.
Sonra bunu bəhməzli qarışıma əlavə edib çırpın.
Qalan unu da yavaş-yavaş əlavə edərək xəmir halına gətirək.
Xəmiri strec neylona sarıyıb soyuducunun buzluğunda 30 dəqiqə gözlədirik.
Xəmir yayacağınız dəzgaha və ya xəmir masasına un səpib xəmiri bir barmaq yarısı qədər yayaq.
Yaydığımız xəmirdən ev qəlibi ilə kəsərək,ya da sadəcə bıçaqla ev formasında kəsərək kənarlarını kəsib(evin yan və ön divarlarını da kəsin) yağlı kağız qoyulmuş soba listinə qoyaq.
Əvvəlcədən isidilmiş 170 dərəcə istilikdə bişirilir.
Royal icing vəsaitlərini bir qaba alıb mikserlə sürətlə çırpın.Əgər sulu alınarsa,çox az pudra şəkəri əlavə edə bilərsiniz.
Sobadan çıxarılmış peçenyələrin soyumasını gözləyək.
Kremi sıxma qabına və ya yağlı kağızdan düzəltdiyiniz sıxma torbasına boşaldıb istifadəyə başlaya bilərsiniz.
Peçenye evimizi düz bir yerdə yapışdıraq.
Bəzəmə şəkərləri və şokaladları royal icinglə birlikdə evimizin üstünə yapışdıraraq istədiyimiz kimi bəzəyək.
Əziz Qadin.Net-lilər,əminəm ki,belə bir bəzəkli peçenye uşaqlarınızın ad günü və ya xüsusi günlərində onlara əvəzolunmaz bir sürpriz olacaq.
Zamanı və həvəsi olanlar hazırlamaqdan çəkinməsinlər.
Nuş olsun!
XƏBƏR LENTİ
Dünya bazarında neftin qiyməti
Paytaxt avtobuslarında yeni sistem
I Avropa Oyunları tarixə qızıl hərflərlə yazılacaq
Bədəni və zehni rahatladan üsullar
İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz
Hadisenin bacısı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Təmr haqqında gələn xəbərlər
Geyimə uyğun çanta
Vanqanın dedikləri gerçəkləşir?
26 il Qubadlısız...
Sinoptiklər xəbərdarlıq edirlər: Azərbaycanda temperatur yüksələcək, ancaq...
Kürəyə taxılan çantalar
Yer üçün təhlükə: sentyabrın 1-də...
Azərbaycanlı tələbələrdən BMT-yə mesaj
Bakıda yağış gözlənilir
Qoşulmama hərəkatı Azərbaycanla həmrəy olduğunu açıqladı
Muncuqdan bilərziklər
Seçkiyə hazırıqmı?
Merkel və Sarkisyan görüşdü
Vyetnamda qalan mərmilərin məişətdə istifadəsi
Yapon rəssamın 3D heyvanları
Ebola virusunu aşkar edən alim: “Yeni ölümcül xəstəlik yaranacaq”
Google əvəz axtarır
Rədd edilən eşq
Məhkəmədən Demetə pis xəbər
Daha bir yüksək rütbəli işğalçı məhv edildi - RƏSMİ
Instagram-da yeni funksiya
Kimlərin təqaüdü artıq olacaq?
Diş itkisinin qarşısını necə almalı?
Dişlərə zərər verən qidalar
Dəb dünyasının yeni rəngi: Neon
Qalmaqallı prezident bu ölkəyə gedir
Azərbaycanlıların yaşadığı yataqxanaya hücum olub
Azerbaijan Fashion Week 2017/2018 keçiriləcək
Buxağın sallanma səbəbləri
Mövlud Çavuşoğlu Bakıya gəlir
ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”
Komendant saatında saxlanılan şəxsləri nə gözləyir? - VİDEO
“Yoluxmuş şəxslərin evlərini tərk etməsi düzgün deyil” - AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxma ən çox bu ərazilərdədir - SİYAHI
“Facebook” ikinci xəbər lenti yaratmayacaq
Prezident əsgərlərə hədik payladı
Əsgərlərimiz Türkiyəyə gedir
Orta məktəblər və bağçalarda qidalanmaya ciddi nəzarət ediləcək
Fındıq qabığındakı möcüzə
Göydən düşən balıq qəzaya səbəb oldu
Bakıdan sərt addım: Alman səfir nazirliyə çağırıldı
Qarabağda müharibə faciəyə səbəb ola bilər
Azərbaycanda insan ömrünün uzadılması ilə məşğul olacaqlar
BÜRCLƏR bizə nə vəd edir? - 12 MAY
- ŞƏRHLƏR