
Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinə 72 gün qalır. İlk dəfə həyata keçiriləcək bu beynəlxalq idman bayramının möhtəşəm baş tutması üçün bütün lazımi tədbirlər görülür. Ancaq I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilməyən “Amnesty İnternational”, “Human Rights Watch” kimi təşkilatlar, “Azadlıq” radiosu və onların “əlaltıları” növbəti dəfə ölkəmizə qarşı “qara piar” kampaniyasına başlayıblar. Qarşılarına qoyduqları məqsəd isə 3 il əvvəl olduğu kimi, beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinə əngəl törətməkdir, onun nüfuzuna xələl gətirməkdir.
Bu təşkilatların Azərbaycanın artan inkişafına, dünyada yüksələn nüfuzuna, imicinə kölgə salmaq üçün əl atmadıqları çirkin oyunlar qalmayıb. Martın 19-da Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi olaraq toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki, Azərbaycanın müstəqil siyasəti heç də hamıya xoş gəlmir. Belə olan halda ölkəmizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Prezident vurğulamışdır ki, Avropa Oyunları ilə bağlı kampaniya da sadəcə olaraq bir bəhanədir. Sanki bəzi xarici qüvvələr var ki, bunu Azərbaycana çox görürlər.
Bəli, Azərbaycanın uğurlarına heç zaman sevinməyən qüvvələr daim çirkin kampaniyalarını davam etdiriblər. Bu günlərdə onların sırasına Böyük Britaniyanın www.insidethegames.biz saytı da qoşulub. Saytın yaydığı yalan məlumata görə, guya əsl Avropa Oyunları 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək. Ancaq Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu məlumatın yalan olduğunu açıqlayaraq bir daha sübut etdi ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müaviniRövşən Rzayev deyir ki, ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi beynəlxalq QHT-lərin erməni lobbisinin maliyyə dəstəyi ilə hərəkət etdikləri sirr deyil. Ermənistanla işbirliyində olan, işğalçı ölkənin tərəfini saxlayan bu qurumlar daim Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirsələr də, bütün cəhdləri boşa çıxıb: “Onlar başa düşməlidirlər ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətdir və Azərbaycan bu kimi beynəlxalq tədbirlərin keçirilməsində öndə gedən ölkədir. Ona görə bu tədbirlər Azərbaycanda keçirilir ki, ölkəmiz özünü etibarlı tərəfdaş kimi sübut edib, bütün vədlərinə əməl edib”.
R.Rzayevin sözlərinə görə, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul olunarkən bütün məsələlər hərtərəfli araşdırılıb və bu etimadı doğrulda biləcəyinə inam olduğu üçün Azərbaycan dövləti seçilib. Belə olan halda beynəlxalq QHT-lər başa düşməlidirlər ki, bu cür xoşməramlı məsələlərə xələl gətirmək əvəzinə dəstək olmaq, qara düşüncəli insanların məkrli fikirlərindən yan keçmək lazımdır.
Deputat hesab edir ki, bu çirkin kampaniyalara baxmayaraq, Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək və yenə də etibarlı tərəfdaş olduğunu sübut edəcək: “Bu, Azərbaycan dövlətinin, xalqının uğurudur və Azərbaycan dünyaya bir daha sübut edəcək ki, əleyhinə olan iyrənc kampaniyaların heç birinə əhəmiyyət vermir və irəli doğru addımlayır. Bunların “əziyyət”i boşa çıxacaq, çünki güclü Azərbaycana heç nə edə bilməyəcəklər. Sifarişli hərəkətlər edən təşkilat heç bir zaman uğur əldə etmir. Azərbaycan qüdrətli dövlətdir, əgər bu idman oyunlarını öz üzərinə götürübsə, onu layiqincə başlayacaq və sona çatdıracaq”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə deyir ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuz sahibidir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir və mühüm layihələr reallaşdırmaqla əməkdaşlıq məkanı kimi özünü dünyaya təqdim edir: “Bunu isə Azərbaycan özünün müstəqil siyasi iradəsi ilə reallaşdırır. Təbii ki, ölkəmizin bu xoşməramlı siyasətini dəstəkləyənlər çox olsa da, inkişafımızı istəməyən, müstəqil siyasət həyata keçirməyimizi həzm edə bilməyən xarici dairələr də var. Bu dairələrin başında isə erməni lobbisi dayanır. Ona görə də, Azərbaycanın uğurlarına və nüfuzuna kölgə salmaq məqsədilə bu cür cəhdlər edilir. 2012-ci ildə ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində də belə cəhdlər olmuşdu. Amma o zaman bütün dünya Azərbaycanın necə güclü, sivil dövlət olduğunu anladı”.
Böyük Britaniyanın www.insidethegames.biz saytının yaydığı uydurma məlumata gəlincə isə S.Fətəliyeva vurğuladı ki, adıçəkilən saytın xəbərini Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təkzib etməklə həmin qüvvələrə bir daha sarsıdıcı zərbə vurmuş oldu. “Patrik Hikki Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletlərinin cəlb olunacağını bildirdi. “Bakı-2015” I Avropa Oyunlarını böyük hadisə adlandıran P.Hikki dedi ki, Avropa Oyunları qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevriləcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq”.
Deputat hesab edir ki, məhz bu şayiələrə, iftiralara cavab olaraq Azərbaycan I Avropa Oyunları vasitəsilə özünü bütün dünyaya yüksək səviyyədə təqdim edəcək. Bu mötəbər tədbir ərəfəsində ölkəmiz haqda mənfi imic formalaşdırmağa çalışan bəzi dairələrin çirkin əməlləri, qeyri-obyektiv fikirləri puç olacaq: “I Avropa Oyunlarına hazırlıq işləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim şəxsi nəzarətindədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkilati işlər yüksək səviyyədə həyata keçirilir. Hesab edirəm ki, ölkəmizdə keçiriləcək I Avropa Oyunları tarixə qızıl hərflərlə yazılacaq. Bədxahlarımızın məkrli niyyətləri isə heç zaman reallaşmayacaq”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kağız "qarlar" (FOTO)
Halitlə Bergüzar dostlarına hədiyyə almağı qadağan etdi-SƏBƏB
"Canım qurtardı"
Tez ev tikmək üçün sadə konstruksiya
Quran öyrənib ölümdən qurtuldular
Xərçəngə qalib gəlib Türkiyə gözəli oldu!-FOTO
Şotlandiya müstəqilliyə "yox" dedi
Anomal, yoxsa normal hava?
Bakıya duman çöküb
Cerenin “güpür” qalmaqalı - FOTO
7 ildir gəmidə yaşayır
VB 6 Pəhrizi (Vegan Before 6)
Müsəlman uşağın xeyirxahlığı
Putinin Qarabağ planı işə düşür
Gələn həftə son 68 ilin ən nadir hadisəsi baş verəcək
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
Birinci sinfə qəbulda yenilik
Hacıqabul gölündəki flaminqolar...
İştah açan ayaqqabılar
EVlilik təklifi etdi HƏBS olundu-SƏBƏB-VİDEO
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Dünyanın ən məşhur muzeyləri
Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayı açıqlandı - RƏSMİ
"Bir ailə bir uşaq" siyasəti ləğv olunur
Ekler peçenyesi
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
"İlin qadını" o seçildi
Azərbaycanda İİV-in ən çox yayıldığı şəhər və rayonlar
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Mərci şorbası (foto resept)
Paytaxtda güclü külək olacaq
Pomidorun orqanizmə xeyri
Milli Qəhrəman Çingiz Qurbanov haqqında film
Kirpiklərin qənimi
Ən çox qazanc əldə edən film oldu
Gün işığı görməyənlərə
Murat Bozdan 1 MİLYONLUQ MÜQAVİLƏ
Manikür modelləri
İşdə sizə kömək olacaq oyuncaqlar
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi həyata keçirilib
İrina Şeykdən gözlənilməz FOTO
Aclıq hissinin aradan qaldırmağın yolları
“Eurovision-2014”ün yarımfinal və final mərhələsinə biletlər aprelin 4-dən satışda olacaq
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Girovlar qaytarılmalıdır
Bankok sakinləri havasız qaldı-FOTO
Qadın.Netlilərin körpələri - 5 (Son)
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Hipnoz















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]