Türkiyə mediası Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə yazır. Materiallarda qeyd olunur ki, 2015-ci il 12-28 iyun tarixlərində təşkil olunacaq oyunlarda 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq: “Avropada yeni bir həyəcan yaradacaq və hər dörd ildən bir keçiriləcək oyunlar həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində idmançılara özlərini sınamaq fürsəti yaradacaq, bəzi idman növlərində seçmə mərhələ funksiyasını daşıyacaq”. Türkiyə KİV-i yazır ki, 2002-ci ildən bəri taekvondodan gimnastikaya, voleyboldan futbola qədər fərqli sahələrdə 36 beynəlxalq yarışa ev sahibliyi etmiş Azərbaycanda ən son 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik müstəqilliyi dövründə yay və qış olimpiya oyunlarında 200-dən artıq atletlə təmsil olunmuş ölkə bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.
Materiallarda Azərbaycandakı Birinci Avropa Oyunlarının 21 məkanda keçiriləcəyi vurğulanır. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud məkanlar isə yenilənərək oyunlara hazır vəziyyətə gətirilir: “2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi etmiş Bakı Kristal Zalında 2015-ci il Avropa Oyunlarında həndbol və digər qapalı məkan idman növlərində yarışlar keçiriləcək. Bunlarla yanaşı, Bakıda 7300 nəfərlik tutumu olan Olimpiya şəhərciyi də tikilir.
Açılış mərasimi hazırda inşaatı davam edən 65 000 nəfərlik Bakı Olimpiya Stadionunda keçiriləcək. Stadionun təməlqoyma mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, FİFA və UEFA rəhbərləri Sepp Blatter və Mişel Platini iştirak etmişdilər”.
Avropa Oyunları 2012-ci il dekabrın 9-da Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis olunub və Avropa Olimpiya komitələrinin yekdil qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında oyunlara ev sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.Türkiyə mətbuatında yer almış materiallarda Heydər Əliyev Fondu tərəfindən bu günədək bir neçə ölkədə Bakı-2015 Birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbirlərin keçirildiyi qeyd edilir, bu sırada Kann, Afina və Berlinin adı çəkilir.
Mənbə: ANS PRESS

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR