Bu sözləri çox eşitmişik - “Kişilər ağıllı qadınları sevmir.” Nəsə boşluq var, düzdür? Bu cümlənin qarşısına “axmaq” və ya “uğursuz” (ing. “loser”) əlavə etdikdə, cümlə canlanır, məna qazanır, elə deyilmi..?! Məsələn, mən desəm ki, “Axmaq kişilər ağıllı qadınları sevmir” – bu cümlədə heç bir boşluq olmaz. Axı həqiqətən də ağıllı qadını sevməyən, axmaq qadınları, başıboşları üstün tutanlar özləri ən böyük axmaqdırlar. Və hörmətli axmaq kişilərin sırasında olanlar, sizə bir sirr açım: həqiqətən ağıllı olan qadın da “axmaq qadın ovunda olan” sizləri heç bir zaman özünə həyat yoldaşı və ya sevgili və hətta dost görməz. Yəni, qısası siz bu düşüncə ilə ancaq elə başıboşlara da layiqsiniz. Çox sərt oldu? Eybi yox, sizə bu da azdır. Həqiqətən ağıllı olan xanım, yanında güvənə biləcəyi, arxalana biləcəyi, qeybətdən uzaq, alçaqlıqlardan və boşboğazlıqdan uzaq əsl kişi görmək istəyir və gec və ya tez istədiyi insanı yanında tapır. Düzü bəzən ümid itirib, axmaqlarda “çarə” tapanlar da olur təəssüf ki.
Yaxşı, gəlin bir az xırdalayım. Niyə ağıllı qadın sevməyən kişilərə qarşı belə sərtəm, niyə onlar axmaqdırlar?! Hər şeyi bir kənara qoyub, fikirləşmirlər ki, bu xanımlar ana olacaqlar, əgər xanımım başıboşdursa, qul xasiyyətlidirsə və mən onun ağasıyamsa, sabah uşaqlarımda, cahil, bədbəxt və başıboş olacaqlar. Necə bir yapon atalar sözündə deyilir: “Kölə ana kölə övlad böyüdər” .. Düşünmür ki, sabah mənim ailə dəyərələrim olmayacaq, mən xanımımın ağzını açmasından qorxacağam, məclislərdə onunla fəxr etməyəcəyəm.
Axmaq axı belə dərin fikirləşə bilməz... Axmaq kişi qadını ilə fəxr etmək istəməz, bundan qorxar, çünki qadını ilə fəxr elədikcə, özü kiçiləcək, özü kiçikdir, mikroskopikdir, görünmür, qorxur. Axmaq kişi, ağıllı qadının istəklərindən qorxar, qadının öz dəyərini bilməyindən, haqqlı tələblərindən qorxar, axı o luzerdir, həyatı ancaq şikayətlə keçir, axı o bacarıqsızdır. O bir şeyi dərk edir ki, axmaq qadını ələ almaq, onu süründürmək, kölə, itaətkar qul etmək asandır və belə etməklə, o özü eqosundakı boşluqları doldura bilər. Bədbəxt varlıqlarsınız – axmaq qadın və kişilər…
Xülasə, çox sizi yormayım.. Nəticə ondan ibarətdir ki, ancaq axmaq və luzerlər özləri kimilərini cəlb edirlər və özləri kimilər tərəfindən cəlb edilirlər. Bütün kişilərin adına bunu yazmayın. Ağıllı, özünəgüvənən kişilər ağıllı qadınları sevir. Çünki, ən azından ağılsızları özlərinə layiq bilmirlər. Sevəndə də keyfiyyətli sevin, dəyərinizə dəyər qatan insanlarla sağlam ailə qurun.. Sağlam gələcəyimiz naminə.
Ülviyyə...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR