
Media kapitanları ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı öz mövqelərini ortaya qoyublar.
Publika.az-ın məlumatına görə, “Azərbaycan” qəzetinin baş redaktoruBəxtiyar Sadıqov oyunların ölkəmizdə keçirilməsinin qürurverici olduğunu deyib:
“Müstəqil dövlət olaraq Azərbaycan çox gəncdir. 24 illik müstəqilliyin 12 ili quruculuğa həsr edilib, qalanı xaos, anarxiya burulğanında keçib. Son 12 ildə Azərbaycan iqtisadi, siyasi, beynəlxalq nüfuzunun artması, dünyada xüsusi imicinin formalaşması baxımdan inkişaf edib. Bu imicin nəticəsi olaraq Azərbaycana bu cür etimad göstərildi. Buna qədər Azərbaycan yol infrasturukturunun yaradılması, həm idman qurğularının tikilməsi, həm də beynəlxalq yarışların keçirilməsində təcrübə toplanması baxımdan uğurlara imza atıb. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Birinci Avropa Oyunları ilə əlaqədar bütün hazırlıq işləri yüksək səviyyədə icra edilib. Belə hesab edirəm ki, Azərbaycan oyunlardan maddi gəlir əldə etməyi nəzərdə tutmur. Biz idman dövlətiyik, idmançılarımız illər ərzində olimpiya oyunları, dünya çempionatında, Avropa oyunlarında iştirak edib, yüksək yer qazanıblar. Bundan başqa, il ərzində neçə-neçə beynəlxalq yarışlara ev sahibliyi etmişik. İdman dostluq, sülh, insanlar arasında mehriban münasibət deməkdir. Azərbaycan dünyaya bu imiclə çıxır. Birinci Avropa Oyunları ölkəmizin bu imicini daha da möhkəmləndirəcək.
Ölkəmizdə minlərlə idmançı, turist, qonaqlar, jurnalistər qonaqpərvərliyimizi, inkişafımızı görəcək”.
B.Sadıqovun sözlərinə görə, Azərbaycanın Avropa Oyunları keçirməsi onun Avropanın bir parçası olduğunu göstərir.“Amma bəzən bizi müsəlman ölkəsi olaraq ərəb ölkələrinə bənzədir, geridəqalmış hesab edirlər. Amma onlar gəlib bizim qadın və qızlarımızın necə müasir, ictimai həyatda fəal olduqlarını görəcəklər. Bu da onların təsəvvürlərini dəyişəcək. Hesab edirəm ki, bu yarışlar ölkəmiz üçün bir sınaqdır. Ölkəmizə qarşı kampaniya aparan qüvvələr var. Bunlar antiazərbaycançı şəbəkə, ermənilər, adını "beşinci kolon" qoyub ölkəyə qarşı işlər həyata keçirən insanlardır. Onlar nə qədər çalışsalar da, istəklərinə nail olmayacaqlar. İnsanlar gəlib Azərbaycanın inkişafını görəndə o yazılanlara inanmayacaqlar”.
Birinci Avropa Oyunlarının ölkəmizə böyük dividend gətirəcəyini deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə onun nüfuzunun beynəlxalq aləmdə artmasına xidmət edəcəyini bildirib.
“Oyunların Azərbaycanda keçirilməsi Avropanın ölkəmizə olan inamının göstəricisidir. Bu oyunlar ilk dəfə keçirilməsi ilə də ölkəmizin nüfuzuna xidmət edir. Bundan sonra Avropa Oyunlarının keçiriləcəyi bütün ölkələrdə Azərbaycan adı xatırlanacaq. Azərbaycan Avropa Oyunları tarixinin möhtəşəm səhifəsini yazır. Hesab edirəm ki, oyunlar ölkəmizə həm siyasi, həm də iqtisadi baxımdan uğur gətirəcək. Bu həm də Azərbaycanın iqtisadi gücünün və siyasi nüfuzunun dünya birliyində olan göstəricisidir”.V.Rəhimzadə hesab edir ki, istər sosial, istərsə də çap mediasında bu oyunlarla bağlı görülən işlərin işıqlandırılmasına xüsusi önəm verilməlidir. Çünki bu işlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu vacibdir.
“Bu istiqamətdə müəyyən işlər var, hesab edirəm ki, daha da gücləndirilməlidir. Yalnız Avropa Oyunları ərəfəsində deyil, sonrakı dövrdə də bununla bağlı işlər həyata keçirilməlidir. Xüsusən də, sərhədsiz hesab olunan elektron medianın, sosial şəbəkənin üzərinə düşən yük daha ağırdır. Onların fəallığı daha da yüksəldilməlidir”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın
Məşhur modelin ölüm səbəbi açıqlandı
Putin süni intellektin prezident olmayacağına ümid edir
Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO
Azərbaycan qatarlarında maraqlı dəyişiklik
İlham Əliyevin veteranlar bağlı Fərman imzaladı
Qaçqın ailələri üçün problem: necə etməli?
Uşağı tanımadan uşaq tərbiyəsi olmaz!
Fahriye bu tarixdə ana olacaq - FOTO
Stalinin “ölüm maskası” rekord qiymətə satıldı - FOTO
Dünyanın ən gözəl qadın pilotu
İTV-dən Elnur Hüseynovla bağlı açıqlama
Kişilərə bəd xəbər: qadınlar sizdən mükəmməldir
Günün qoroskopu: Ağlınızı işlədin!
Culiya Roberts Havay adalarında dincəlir-FOTO
Flora Kərimova yeni imicdə - FOTO/VİDEO
17 kq-lıq pişiyə yiyə duran yoxdur
Yay istisində rahat yuxunun sirləri
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ
Prezident maaşları artırdı
Bananlı keks (foto-resept)
"Ermənistan-Türkiyə əlaqələrinin normallaşması..."
Roma imperiyası dövrünə aid yaşayış məskəni tapıldı
Amine Gülşe vida partisi verdi-FOTO
Sibir borşu (foto resept)
“Anam məni tərk etdi, bu günahdırmı?”
AiseL yeni klipini təqdim etdi-VİDEO
23 il sonra Lələtəpədə Quran səsi eşidildi
Ən qədim əşyaların yaşı
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət planının hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edəcək"
Yulaflı səhər yeməyi (foto resept)
Bəzi süd məhsulları və yumurta ucuzlaşıb
Almanlar Türkiyədən üzr istəyəcəklər
"Qumlu" keks (foto resept)
"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"
Çanta modelləri
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(1)
Məşhur cütlük AYRILDI
Ən varlı televiziya aktrisası məlum oldu-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İvana Set sevgilisindən Ayrıldı-FOTO
Ləziz salat (foto resept)
Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı artır
Bakıda çoxlu avtomobil dayanacaqları tikiləcək
Dünya mədəniyyətinin ilkləri
18 dərəcə isti olacaq
Filmlərdə tanış olub, bir-birinə aşiq olan məşhur cütlüklər
Bürclərə görə toy
Böyrəkləri təmizləyən içki
Alimlər iki yeni qan qrupu kəşf etdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]