Azerbaijan Fashion Week 23-27 may tarixləri arasında Bakıda keçiriləcək beşinci yubiley Payız-Qış 2017/2018 mövsümünü elan etməkdə məmnunluq hissi duyur.
Bu mövsüm də tədbir paytaxtın ən orijinal məkanlarında baş tutacaq - Daş Salnamə Muzeyi və İçərişəhər tarixi qoruğu ərazisində.
Belə ki, Milli Dəb Həftəsi təşkilatçılarının məqsədi həm yerli əhali, həm də sözügedən tədbiri Bakıda ənənəvi şəkildə ziyarət edən çoxsaylı qonaqların ölkəmizin milli dəyərlərinə olan marağını artırmaqdır.
Onu da qeyd edək ki, ötən mövsümlərdə Dəb həftəsi VOGUE, Elle, Buro 24/7, L'Officiel, TheNewYorkPost və s. kimi beynəlxalq nəşrlər tərəfindən yüksək şəkildə dəyərləndirilmişdir.
Dəb həftəsinin hər bir günü azərbaycanlı, həmçinin Fransa, Qazaxstan, Rusiya, Belarus, Gürcüstan və Ukraynanın tanınmış nümayəndələrindən ibarət əcnəbi dizaynerlərin parlaq nümayişləri ilə yaddaşlarda iz buraxacaq.
Tədbir çərçivəsində dəb, gözəllik və fashion-retail sənayesinin xadimləri, həmçinin maliyyə sektoru nümayəndələri, potensiallı investorları, yüngül və emal sənayesi malları istehsalçılarını bir araya toplayacaq yeni AzerbaijanFashionCouncil təşkilatının təqdimatı da baş tutacaq. Sözügedən mühüm forumdan əlavə dəb sənayesinin nümayəndələri ilə bir sıra müzakirələr (public-talk) təşkil olunacaq.
Layihə çərçivəsində Dəb Həftəsinin daimi tərəfdaşı Collezione Italia Baku interyer əşyaları, tətbiqi incəsənət və s. dizaynerlərinin iştirak edəcəyi Dizayn Həftəsini təqdim edəcək.
Ənənəvi olaraq AFW zamanı şourum da fəaliyyət göstərəcək və qonaqlar həm nümayişdə göstəriləcək, həm də digər geyimləri dizaynerlərin özlərindən əldə edə biləcəklər. Fashion-retail biznesinin nümayəndələri dizaynerlərlə şəxsən tanış olmaq, sifariş və əməkdaşlıq haqda danışıqlar aparmaq imkanı qazanacaqlar.
Və ənənəyə sadiq qalaraq, Dəb Həftəsinin hər günü dizaynerlər, modellər, blogerlər və sadəcə olaraq dəb həvəskarlarının iştirak edəcəyi çılğın partilərlə yekunlaşacaq. Afterparty AFW VKLYBE.TV dəstəyi ilə Pasifico Lounge & Dining, Eleven, Floor Two, MAYA Mexican Restaurant & Bar, LaVida Tequila Bar kimi məkanlarda baş tutacaq.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər"Dövlət Tarixi-Memarlıq Qoruğu idarəsinin dəstəyi ilə keçirilir.
Azerbaijan Fashion Week tədbirində sponsor, dizayner və könüllü qismində iştirak etmək üçün müraciətlər [email protected] elektron ünvanı vasitəsi ilə qəbul olunur.
Pressanın akkreditasiyası üçün müraciət: [email protected]
Ümumi məlumat:
Azerbaijan Fashion Week ildə iki dəfə keçirilir: may və noyabr aylarında. İlk dörd mövsüm çərçivəsində Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Gürcüstan və Latviya olmaqla məşhur dizaynerlərin 60-dan çox dəb nümayişi baş tutmuşdur.
Azərbaycan Dəb Həftəsinin əsas məqsədi inkişaf etməkdə olan dəb sənayesinin Azərbyacanda tanınmasına və istedadlı dizaynerlərə əl işlərini nümayiş etdirmək üçün şəraitin yaradılmasına yönəlmişdir.
Tədbirdə dəb sənayesi üzrə beynəlxalq mütəxəssislər, həmçinin dəb pərəkəndə şəbəkəsi və mağazaları alıcıları (bayerləri), beynəlxalq və yerli parlaq jurnalların nümayəndələri iştirak edirlər.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu tələbələr təhsil haqqından azaddır!
Kral ailələri Azərbaycana istirahətə gəldi
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz
Ancelinaya bənzəməyə çalışan Səhər boynunu qırdı-FOTO
İstehsal tarixindəki səhvlər
Yağlı saçlarla necə mübarizə aparmalı?
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
İran kapitalı Azərbaycana gələrsə...
Günün qoroskopu - 12.01.2014
Milli Məclisin təcili iclası çağrıldı
Azad Rəhimovdan İbrahimoviç açıqlaması
Hava haqqında
Yeni ideya tortu (foro resept)
Facebook pulsuz antivirus paylayır
Quzu qabırğa qızartması (foto resept)
Azərbaycanda prezident seçkilərində 87 ölkədən müşahidəçilər iştirak edəcək
Yuxusuzluq ürəyin düşmənidir.
Müalicəsi olmayan bəla
Qızılın qiyməti ucuzlaşdı
Cəbhədə erməni təxribatının qarşısı alındı
Ana evdə olmayanda
Uşaqlarda yerini islatma
17 yaşlı müğənni 2 milyonluq reklama çəkildi - FOTO
Emin yeni klipini təqdim etdi-VİDEO
Ev şəraitində alma sirkəsinin hazırlanması
Qarın əridən qidalar
Bütün dünya təyyarəni axtarır
İvana Sert sevgilisi ilə tətildə
Messidən möhtəşəm dönüş
Azərbaycana turist axını olacaq
Dünya mətbəxi - Yunanıstan
Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
5:02 pəhrizi
Məşhurların ilk rol aldığı filmdən şəkillər
Monteneqro sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək
İt sahibinin cəsədini bir aydan çox qorudu
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Kim deyir ki, qadın zəif məxluqdur?
Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər - VİDEO
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Ortodonti müalicə müddəti qısalır
Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
Azərbaycanda xüsusi rejimə görə ərzaq mağazaları bağlanır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda həkimlər arasında daha çox cərrahların sayı artıb
Sərnişinlərə şad xəbər
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Müəllimləri sevindirəcək xəbəri NAZİR AÇIQLADI
Azərbaycanla AB arasında viza rejimi sadələşdiriləcək
İŞİD kürdləri bombalayır














