Siz əriyin qeyri-adi dadı və ətrini hiss etmisinizmi? Məncə, onu xoşlamayan çətin ki olsun. Bu sehirli meyvənin tərkibində üzvi turşular, efir yağları və mineral duzlarla bərabər, pektin və aşı maddələri, şəkər, kalsium, kalium və dəmir də vardır. Tərkibindəki maqnezium sayəsində orqanizm stresə qarşı çıxır. A vitamini dəri xəstəliyini önləyir, bədəndən toksinlərin atılmasına kömək edir.
Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, görmə qabiliyyətini normada saxlayan, yaddaşı gücləndirən, bağırsaqları yumşaldan və dərini gözəlləşdirən ərik, süfrələrimizin ləzzətli və ideal təamlarından biridir.
Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyətinə müsbət təsir göstərir. Ana olmağa hazırlaşan və anemiyadan əziyyət çəkən xanımlar mütəmadi olaraq ərik yeməlidirlər.
Xalq təbabətində ərikdən sinə yumşaldıcı, bəlğəmgətirici və qurdqovucu vasitə kimi istifadə olunur. Qaynadılmış ərik yarpaqlarından mədə-bağırsaq xəstəliyində və revmatizmdə istifadə edilir. Bu dəmləmənin xaricdən istifadəsi dəri ekzemasında çox yararlıdır.
Faydalı əriyin toxumlarından "ərik südü" hazırlayıb bronxit, bronxların selikli qişasının iltihabını da sağaltmaq mümkündür.
Zəifləmiş və taqətdən düşmüş xəstələrə hər gün 2 stəkan ərik şirəsi içmək mütləqdir.
Əziz oxucular, yay mövsümündə meyvəsindən dəyərlənin, qış aylarında isə ərik qurusundan - qaysıdan istifadə edin və nəticəsini mütləq görəcəksiniz. Qaysı seçimində ehtiyatlı olun, hamar və yaraşıqlı qaysını almayın, çünki bu qaysı kükürdlə emal edilmişdir. Eybi yoxdur, quru və büzüşmüş qaysı olsun, amma əmin olun ki, bu qaysı zərərsizdir.
Bu dadlı meyvə kulinariyada da geniş yer alıb. Ərikdən ətirli kompotlar, marmeladlar, mürəbbələr, cem, piroq və içkilər hazırlanır. Qurudulmuş qaysı ilə quzu ətinin qovurmasının necə dadlı olduğunu hamı bilir, xörəklərin şahı plovun baş tacıdır.
Başqa bir qəlyanaltı: toyuq flesini xırda doğrayıb və zeytun yağında qovurun. Üzərinə duz, istiot vurub ikiyə bölünmüş əriyin içinə doldurun, cəfəri ilə bəzəyin.
Kosmetologların fikirincə, ərik cavanlıq mənbəyidir. Ərik yağının ev şəraitində maskaların tərkibində istifadəsi cildi təravətləndirir, dəridəki qırışları açır. Bu yağın özəlliyi də ondadır ki, o, dəridəki hüceyrələri hər zaman nəmli saxlayıb, ölmüş hüceyrələri bərpa edir.
Ümid edirəm ki, gözəllik meyvəsindən hazırlanan maskalar hər bir xanımın ürəyincə olacaq, istifadə edin, cildinizdəki dəyişiklik 1 həftəyə gözə çarpacaq.
1-ci maska: 5 ədəd ərik götürülür, şirəsi çıxarılıb 50 qram südlə qarışdırılır. Göz və burun üçün dəliklər açılmış tənzif məhlula batırılır, ancaq tənzifi çox sıxmayın. Üz dərinizə 20 dəqiqə yapışdırılır, daha sonra cild ilıq su ilə yuyulur və üstündən nəmləndirici krem çəkilir. Əgər sizin maska hazırlamağa vaxtınız ya da həvəsiniz yoxdusa, iki hissəyə bölünmüş əriyi üzünüzə sürtün.
Yağlı dərisi olan xanımlar üçün: 3 ədəd tumu çıxarılmış və doğranılmış əriyin üzərinə 2 çay qaşığı nişasta əlavə edib blenderdən keçırin və 15 dəqiqə üz və boyun hissəsinə yaxıb daha sonra ilıq su ilə yuyun.
Sevimli xanımlar, bu maskalar yay mövsümündə baxımlı olmağınız üçündür. Əminəm ki, cildiniz ərik kimi parıltılı və hamar olacaq. Narahat olmayın, ərik kimi tüklü dəriniz olmayacaq.
Bunları bilmək maraqlı olar:
Qədimdə Misir xanımları əriyin tumundan hazırlanmış və boyanmış amuletlər gəzdirirdilər. Onların fikrincə, bu amulet onları pis gözdən, uğursuz sevgidən qoruyur.
ABŞ-da yeməli olmayan ətirli və çiçəkləri olan dekorativ ərik yetişdirilib. Yeməli olmayandan sonra nəyə lazım...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR