Pendir insan sağlamlığı üçün gərəkli olan bir çox faydalı elementləri özündə çəmləmişdir. Həkim-dietoloqlar hər bir insanın əsasən də hərəkətli həyat tərzi keçirənlərin günlük qida menyusuna pendir daxil etməyi məsləhət görürlər.
Pendir zülal və minerallarla zəngindir. Buna görə də daha çox uşaqlar, hamilə qadınlar və süd verən analar üçün çox faydalıdır. Pendir vərəm xəstələri və sınıqlar üçün də faydalıdır. Amma, pendiri bütün xəstəliklərdə istifadə etmək məsləhət görülmür. Pendir təzyiqi aşağı olanlar üçün də xeyirlidir. Onlar səhər yeməyinə yağ və pendir yesələr bütün günü özlərini gümrah və yaxşı hiss edəcəklər.
İlk dəfə pendir 7500 min il əvvəl İngiltərədə hazırlanmışdır.
Pendirin 3 növü var: yumuşaq pendir, sərt pendir və kiçik sərt pendir.
Yumuşaq pendir adından da göründüyü kimi yumuşaqlığı ilə fərqlənir. Bu növ pendiri yaxmaq da olur. Amma, bu tək fərq deyil: Məsələn: Rokfor pendiri içi kifli olur və kəskin dadı, xüsusi qoxusu ilə fərqlənir. Bu pendirin tarixi bir neçə yüz il əvvələ Fransaya gedir.
Rokfor kifi 2/3-si buğda unu, 1/3 isə covdar unu olan xəmirdən hazırlanır. Bütün ərzaqlar 2-3 ay qalır. Yaxşı bir Rokfor pendirinin üstü açıq narıncı rəngli pərdə ilə örtülür, içi isə ağ və kif dəlikli olur. Bu pendiri digər pendirlərə nisbətən uzun müddət saxlamaq olur. Kəskin dadı sayəsində iştah oyadır. Buna görə də naharda və şam yeməyindən əvvəl istifadə etmək daha yaxşıdır.
Sərt pendir incə ətrə və şirintəhər tama malikdir. Bu növü səhər yeməyində, naharda və şam yeməyində istifadə etmək olar. Hətta 1,5 yaş uşaqlarada vermək olar. Ən məşhur növü İsveç pendiridir. İsveç pendirinin təxminən 450 növü vardır.
Əksəriyyəti inək südündən hazırlanr. Keçi və qoyun südündən nadir hallarda istifadə olunur. Bu pendirlər istehsal edildiyi yerin adına malik olurlar. İsveç pendiri XIX əsrdə Şərqi Purusiyanın Tilzit şəhərciyində istehsal olunmağa başlanmışıdr. Amma, istehsal İsvecrəli mühacirə aiddir.
Holland, Kostroma və başqa belə pendirlər sərt xırda pendirlərə aiddir. Onların fərqləndirici xüsusiyyəti yumuru, yaxud oval olması, dəlikləri, dadı və ətridir. Bu pendirlər yalnız səhər yeməyi üçündür və 2 yaşa kimi uşaqlara verilməsi məsləhət görülmür.
Pendir hamı üçün faydalı deyil. Dietoloqlar mədə xəstəlikləri zamanı kəskin dada malik olan pendirləri istifadə etməyi məsləhət görmürlər. Amma, pendirin faydaları daha çoxdur. Müntəzəm olaraq istifadə dəriyə, maddələr mübadiləsinə, boy artımına təsiri edir.
Pendirdən hazırlanan bir çox maskalarda var, hansı ki, dərini canlandırır və cavanlaşdırır. Bu maskalar hər növ dəriyə uyğundur. Maskalarda kəskin dadlı pendirlərdən istifadə olunmur.
Pendirdən hazırlanmış çox sadə bir maska. Bu maska dərini cavanlaşdırır və qırışlara qarşı efektlidir.
1. pendir.
2. qaymaq, yaxud xama
Pendiri sürtgəcin xırda gözündən keçirib xamaya yaxud qaymağa qatırıq. Maskanı üzə sürtməzdən əvvəl üzü isti su ilə yumaq lazmdır. 10-25 dəqiqə üzdə qaldıqdan sonra üzü isti su ilə yuyulub, salfetlə silinir və nəmləndirici krem çəkilir. Bunu axşam etmək daha yaxşıdır ki, dəri gecə isitrahət etsin.
Pendirdən hazırlanmış maskalar yanıqlar üçün də efektlidir.
1. 50 q sürtgəcdən keçirilmiş pendir
2. 1 x.q bal
3. 1 x.q limon suyu
4. 2 x.q sürtgəcdən keçirilmiş yemiş
5. 1 st. su
Hamısı qarışdırılır, üzə (və ya yanıq yerə) yaxılır və 30 dəq sonra ilq süd ilə isladılmış pambıqla silirik və su ilə yuyuruq.
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR