Bir çoxlarımız əsəb sistemimizlə bağlı şikayətçi olsaq da, çox az insan tapılar ki, bununla bağlı həkimə müraciət etsin. Müalicə olunmadıqda isə böyük fəsadlarla üzləşirik. Buna görə də bu gün əsəblərimizi ev şəraitində necə müalicə edəcəyimizin müxtəlif üsullarını öyrənək. Əsəbi olmaq yalnız stressdə olmaq, ağlamaq, hər zaman gərgin olmaq deyil. Belə bir söz var ki, "bütün xəstəliklər əsəbdən yaranır". Bu sözlər heç də əsassız deyil. Əslində, daimi əsəbi sarsıntı və gərginlik orqanizmin tükənməsinə gətirib çıxarır. İnsan tez-tez əsəb keçirir və gərgin olursa, bu digər orqanlara da təsir edir. Həblər olmadan ev şəraitində əsəblərimizi müalicə etməyi, stressdən azad olmağı öyrənməliyik. Əgər siz tez-tez stress yaşayır, stressli işdə işləyir və ya ailədə problemləriniz varsa, ilk növbədə qidalanmağımıza nəzarət etməklə sinir sisteminin vəziyyətini yaxşılaşdırmaq olar. Belə ki, əsasən daha çox B vitamini olan qidalara üstünlük verməliyik. Buna dəniz məhsulları, qırmızı və qara ciyər, bal, yumurta, kərə yağı, paxla və süd məhsulları daxildir. Bundan başqa yediyimiz qidaları günlərə bölməli eyni zamanda eyni qidanı yeməliyik. Məsələn: həftənin 1-ci günü dəniz məhsullarıyla qidalanmışıqsa, 2-ci gün süd məhsulları və ya başqa qidalara müraciət etməliyik.
Yaxşı yuxu və istirahət orqanizmimizin sağlamlığı üçün vacib amillərdəndir. Gün ərzində ən az 8 saat yatılmaq lazımdır. Əsəbləri sakitləşdirmək üçün səhər gəzintisi, bəzən qaçmaq, təbiət qoynunda istirahət etmək xeyirlidir. Bir çox insanlar bunun üçün balıq ovu və göbələk yığımını da seçirlər. Bu zaman insan stressdən azad olur.
Bəs əsəbləri xalq təbabətinin köməyi ilə necə sakitləşdirmək, müalicə etmək olar?
Apteklərdə valerian adlı həb tapmaq çox asandır. Bu vasitə də gərgin əsəblərə çox xeyirdir. Sinir sisteminə təsir göstərir, həyəcan və qıcıqlanmanı azaldır, üstəlik də baş ağrılarından və yuxusuzluqdan azad edir.
Sakitləşdirici vannalar. Stress zamanı duş qəbul etmək, əsasən də ətirli yağlarl qarışdırılmış suda 30-40 dəqiqə vaxt keçirmək xeyirli və faydalıdır. Daxil olacağınız vannaya bir neçə damcı ətirli yağlar və ya özünüzün evdə hazırladığınız dəmləmələr əlavə edin. Çobanyastığı, yemişan, qaxotu və s. otlardan dəmləmələr edə bilərsiniz. Belə ki, 1 çay qaşığı ota 1 stəkan qaynar su əlavə edib dəmləyin. Sonra süzüb qəbul edəcəyiniz vannaya əlavə edin. Gözəl nəticə əldə edəcəksiniz. Lakin hər gün bu vannaları qəbul etməlisiniz. Lavanda və cökə dəmləməsi sizi təəccübləndirəcək. Ətri xoş olduğu kimi effekti də güclüdür.
Bundan başqa çuğundur şirəsi də əsəbləri sakitləşdirmək üçün çox vacibdir. Əgər çuğunduru tək içə bilmirsinizsə, buna alma və kök şirəsi də əlavə edib içə bilərsiniz. Bu qarışım eyni zamanda mədə-bağırsaq sisteminə yaxşı təsir edir və qəbzliyi aradan götürür. Həzmi yaxşılaşdırır. Yatmazdan əvvəl 1 stəkan keçi südünün isə heç nə əvəz eləmir. Yuxu pozğunluğu müşahidə olunursa, sizə keçi südü faydalı olacaq. Əgər keçi südü əldə etmək çətindirsə, bu zaman inək südünə qara çörək otu əlavə edib içə bilərsiniz.
Aromaterapiyanın da rolu əvəzedilməzdir. Yuxusuzluqdan əziyyət çəkirsinizsə, sitrus meyvələrinin yağları, nanə və qızıl gül ətirli yağlarla masaj etdirməlisiniz. Bənövşə, berqamotu, çay ağacı ləçəklərinin də yağları əsəb sakitləşdiricidir. İlk əvvəl özünüzə inanın və həkimə müraciət etməzdən qabaq ev şəraitində özünüzə qulluq etməyi öyrənin.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR