
Milli.Az Anspress-ə istinadən bildirir ki, həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın MilliQəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
"Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:
Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.
Bundan başqa Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu ilin adamı” elan edib.
Keçən ilin mart ayında Türkiyənin ictimai kanalı TRT-də nümayiş olunan və “Sakarya Fırat” serialında Milli qəhrəmanımız şücaətindən bəhs edilmişdi.
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Günün ulduz falı
Divar şəkilləri
11 aylıq uşağın bədənində 16 iynə tapıldı - FOTO
Merve yeni serial və reklam təkliflərindən danışdı
“Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına qoşulacaq
2014-cü ilin ən dəbli çantaları
Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü: 521 yeni yoluxma - RƏSMİ
Bunlar səhvən icad olunub
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Qanda şəkərin toplanmasına beyinin nəzarət etdiyi sübut olunub
Bədənizin səsini eşidin
Hava xəbərdarlığı
İzləyicilərin narazılığına səbəb olan FOTO paylaşdılar
HAVA necə olacaq?
Məşhur model qala gecədə - FOTO
Türkiyədə karantin yenidən SƏRTLƏŞDİRİLDİ
Yaşlı göstərən makiyaj xətaları
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Balaca qız uşaqları üçün ətəyin toxunması
Pulu hansı cibinizdə saxlayırsınız?
İdman etdikdən sonra əzələ ağrısı çəkməmək üçün...
Can sıxan çatlaqlara son
Qara uzun ətək, qara çəkmə, qara çanta - Colinin budəfəki obrazı
Gülməli heyvanlar (son)
Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağalıb - FOTO
Zirəddin Rzayevdən tükürpədici proqnoz
Bir rəsm əsərinin oxunuşu
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Mikroelementlər-1
Göydən meteor yağacaq
Pasport və şəxsiyyət vəsiqələrini itirənlər xərcə düşəcək - YENİ RÜSUMLAR
Uzun ömürün sirri açıldı
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Azərbaycanda bu gün 130 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, bir nəfər vəfat edib
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
II və III qrupların qəbul imtahanının TARİX AÇIQLANDI
Bir ildir Yaşarsızıq, unutmadıq
South beach pəhrizi ilə 12 kq arıqlayın!
Suqovuşan və Talışa gedən yolların bərpası ilə bağlı AÇIQLAMA
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Dünya çempionu neçə milyon dollar alacaq?
Sevgililər gününü sevməyənlərin 5 bəhanəsi
Çaylı keks (foto-resept)
Samsung xəstələrə kömək edəcək
Yay yeməyi (foto-resept)
Bu şəhərdə artıq avtomobil qəzaları olmayacaq
Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi
Unutqanlıq xəstəliyi - Amneziya















- ŞƏRHLƏR