Qadınlar istər hamilə olsunlar, istər körpə böyütsünlər, istər hamiləliyə hazırlaşsınlar və ya həyatlarının daha sonrakı dövrlərində bəzi qidaları xüsusilə istifadə etmələri lazımdır. Bu qidalar enerji vermədə, xəstəlikləri qarşısını almaqda, daha gənc görünmə və yaxşı hiss etmədə qadınlar üçün olduqca faydalıdır. Aşağıdakı qidaları yeyərkən həyatının boyu özünüzü daha enerjili, gənc, sağlam və gözəl hiss edə bilərsiniz.
Süd
Hər gün 1 stəkan az yağlı və qaymaqsız süd içməyiniz gündəlik kalsium ehtiyacınızın 1/3-i ödəyir. Bu səbəbdən süd dişlərinizin və sümüklərinizin güclənməsinə köməkçi olar. Kalsium yüksək təzyiq, döş xərçəngi, aybaşıdan öncə ağrı riskinizi azaldar. Süd bundan başqa D vitamini, A vitamini, riboflavin, niasin, B12 vitamini baxımından da qiymətli bir qidadır.
Banan
Banan B6 və C vitaminləri baxımından zəngin bir qidadır. Yaxşı bir lif qaynağıdır. Kalium baxımından da zəngindir. Kalium qan təzyiqinizi və əzələ funksiyanlarınızı tənzimləməyə yarayan bir mineraldır. Gündə bir dənə yeməyə çalışın. Xüsusilə idmandan sonra yeyə bilərsiniz.
Ürək və damar sağlamlığını qoruyur. Ürək damarlarının daralması və tıxanmasının qarşısını alır. Tərkibinə Lif, K vitamini, C vitamini və B vitaminləri daxildir. Ürək sağlamlığını artırır və xərçəng riskini azaldır.
Gül kələmi
A və C vitamini, beta-karoten, fol turşusu və lif cəhətdən zəngin bir qidadır. Ürək və müxtəlif xərçəng xəstəlikləri riskinizi azaldır. Gündəlik C vitamini ehtiyacınızı çox ödəyir. Kalsium və dəmir üçün yaxşı bir mənbədir. Bundna əlavə, bir boşqab gül kələmi yalnız 30 kaloridir.
Yumurta
Yumurta zülal baxımından zəngin bir qidadır. Yorğun əzələlərin bərpasında faydalıdır. D vitamini baxımından qiymətlidir. Bu səbbədən kalsiumun bədəndə daha yaxşı mənimsənilməsində də köməkçi olar. Lakin yumurtanı orta səviyyədə istehlak etməkdə fayda vardır. Həddindən artıq yemək yüksək xolesterol riski meydana gətirir.
Qatıq
Qatıq kalsium baxımından yaxşı bir qida olub, sümükləri gücləndirir. Hər gün bir kasa qatıq əhəmiyyətli bir kalsiumla sizi təmin edər. Qatıq az yağlı və ya yağsız seçməlidir. Bu səbədən qatıq əhəmiyyətli bir zülal və kalium qaynağıdır. Sümükləriniz və əhvalınız üçün bir nömrəli qidalardan biridir. Həm də həzm sistemini tənzimləməyə köməkçi olur.
Kök
İnfarkt və iflic riskini azaldır. Bədəndəki zərərli maddələri uzaqlaşdırmağa köməkçi olaraq qanı təmizləyır. Dəriyə təravət və canlılıq verər. Dəri xəstəliklərinə qarşı faydalıdır. Revmatizm xəstəliyinə kömək edir. Diş ətlərini gücləndirər. Antioksidantdır, xərçənglə mübarizə aparır və göz sağlamlığınıza yaxşı təsir edir.
İspanaq
Bədənin dayanıqlılığını artırır və bədənə qüvvət verir. Yorğunluğu aradan qaldırır. Zehni qüvvətləndirir. Qocalıqla bağlı nəyisə öyrənməkdə yaranan çətinlikləri aradan qaldırır. İspanaq qan azlığına yaxşı təsir edir, həm də xərçəng, ürək və damar xəstəlikləri ilə yanaşı soyuqlama, ağız, boğaz və sinə xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə görmə problemlərinin qarşısını alır.
Yumurtalıqda meydana gələ biləcək xəstəliklərin qarşısının alınmasında faydalıdır. Ayrıca sümük sağlamlığınızı dəstəkləyir.
Acı (tünd) şokolad
Gündə 43 qram acı şokolad yemək stressdən qoruyur. Buna görə 200 kaloriyə bərabər olan acı şokolad stressə gətirib çıxaran kotrizol hormonunun ifraz olunmasının qarşısını alaraq depressiya, infarkt kimi xəstəliklərdən bizi uzaqlaşdırır.
Pendir
Zülal və kalsium baxımından zəngindir. B12 vitamini və fosfor qaynağıdır. Pendir də süd kimi yaxşı bir kalsium mənbəyidir. Süd sevməyənlər üçün pendir kalsium baxımından yaxşı bir qidadır. Az yağlı pendirlər çəki itirməyin, xərçəngin, osteoporozu qarşısının alınması və migren simptomlarının azaldılmasında gözəl asitədir.
XƏBƏR LENTİ
2020-ci ilin sağlamlıq QOROSKOPU - Hansı bürcü nə gözləyir?
Əhvalınıza görə necə qidalanmalısınız?
4 kameralı Huawei smartfonu təqdim olundu
Gəlin?Qaynana?
Prezidentdən qanuna dəyişiklik - Məzuniyyətə çıxanlar bir aylıq əlavə müavinət alacaq
Girovlar necə qaytarıldı?
Orucu neçə yaşından tutmaq vacibdir?
Göyçayda 46 sahibkara 613 min manat güzəştli kredit verilib
Taksi dayanacaqları ləğv ediləcək
Pişik sahibəsinin xərçəng xəstəliyini belə aşkarladı
Qərb ölkələrini bürüyən qəribə yeni ənənə
Balıq yağı həqiqətən faydalıdırmı?
70 il sonra gəlinlik geyindi-FOTO
Atdığı iki qutu ziblə görə 100min funt cərimə olunub-FOTO
Tərəvəzli dolma (foto resept)
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Rusiya matəmə qərq oldu
Ermənilərə daha bir zərbə
ÜST rəhbəri: "Koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biri..."
Britni Spirs ETİRAF ETDİ-FOTO
Əl işlərim
Ağıllı corablar satılır
Qarındakı yağlar üçün pomidor suyu
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatır
Baralgin həbləri satışdan niyə yığışdırıldı?
Kəsmikli kətə (foto resept)
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub
Günün ulduz falı
Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub
Hava haqqında
Cavidin "İblis" pyesi İstanbulda
Gecə-gündüz tortu (foto resept)
Gözəl ayaqlara sahib olaq
Müəllimlərin DİQQƏTİNƏ - Sabahdan başlayır
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır
Yağış yağacaq
Louis Vuitton kimdir?
Nəsli kəsilməkdə olan heyvanlar
Ebola bitmədi
Ermənilər cəbhəyə yerləşdirmək üçün kamera düzəltdilər
Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısı bu yolla alınacaq
Kraliçanın ailəsi bağlı məlumatlar
Günün qoroskopu: Düşərli gündür!
Burun qanaması zamanı nə etməli?
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Milli parklar təhlükədə
Gözəl görünüşlü boyunbağılar
Sızanaq yaranmasının qarşısını necə almaq olar?
Şəkillərin arxa planı
Çempionlar Liqası canlı yayımda
- ŞƏRHLƏR