Qaçış bantı üzərində və idman salonunda saatlarla tər axıtdıqdan sonra bir də baxırsınız ki, dəli kimi acmısınız; hətta aclıqdan ölmək dərəcəsindəsiniz. Ağılınıza ilk gələn şey böyük bir hamburger olur?
Narahat olmayın bunu yaşayan yalnız siz deyilsiniz. Bu təbiətin mərhəmətsiz bir həqiqətidir. Bədəninizin xərclədiyi kalorilər yeni kalorilərə can atır. Bədəniniz təbii olaraq bu əskikliyi fərqinə varır və aclıq siqnallarını göndərməyə başlaryır.
Bu vəziyyətin həlli əlbəttə, məşq etməkdən imtina etmək deyil, məşq sonrasında baş qaldıran aclıq böhranlarını nəzarət etməyi öyrənməkdir. Beləcə kilo vermək heçdə çətin olmayacaq.
Məşq sonrasında nə qədər ac olacağınızın qəti bir ölçüsü yoxdur. Bu vəziyyət adamdan adama dəyişik olur. Hətta bəziləri üçün məşq iştahı belə bağlayır. Tərdən islaq olmaq və yorğunluq kimiləri üçün aclığın qabağına keçər və aclıq hissini basdırar. Kimiləri isə tam tərsi yandırdıqları kalorilərə qarşılıq sərhədsiz olaraq yemək yeyə biləcəyini düşünər və özlərini yeməklə mükafatlandırmaq istəyər.
Çox təəssüf ki, bir məşqdə yandırdığınız kalori miqdarını yediklərinizə diqqət etmədikcə geri ala bilərsiniz.
Bu vəziyyətdən qaçmağın ən yaxşı yolu xərclədiyiniz və aldığınız kaloriləri izləməkdir. İtirdiyiniz kalorilərin aldığınız kalorilərdən çox olduğuna əmin olun, bu şəkildə kilo verməyinizə maneə törədəcək heç bir şey ola bilməz.
Məşq əvvəli nə yeməliyik?
Qısa çəkən məşq edəcəksinizsə, məşq əvvəli bir şey yeyib yemədiyinizin çox da əhəmiyyəti yoxdur. Çünki əzələlərinizdə o məşq boyunca sizə çatacaq kafi miqdarda glikogen formasında yanacaq var.

Daha uzun və davamlı məşqlərin əvvəlində məşqə başlamadan yarım saat əvvəl meyvə və ya çox sadə şəkərsiz içki için. Bu məşq boyu ehtiyac duyduğunuz enerjini təmin etməyə çatacaq.
Əgər tez-tez və uzun çəkən məşq planlayırsınızsa, məşqinizdən 1 saat-45 dəqiqə əvvəl kiçik pay yemək yeyə bilərsiniz. Çox yeməməyə diqqət etməlisiniz, çünki məşq əvvəli çox yemək köp hissinə və mədənizin sıxılmasına səbəb olacaq.
Bəzi məşq əvvəli pay təklifləri:
Bir ovuc fındıq (təxminən 10 ədəd),
10 ədəd kişmiş və 4 quru ərik
Az yağlı qatıq
1 çay qaşığı şəkərsiz fıstıq əzməsi və bir alma
Bir kasa qarğıdalı yarması, yulaf, az yağlı süd ilə
Kalori hesabında səhv etməmək üçün məşq əvvəli aldığınız payı tutduğunuz qidalanma dəftərinə qeyd etməyi unutmayın.
Məşq sonrası nə yeməli?
Məşq sonrasında tam taxıllı karbohidratlarla əzələlərinizin glikogen anbarlarını doldurun və yağsız zülal ilə köhnələn əzələlərinizi təmir edin və yeni əzələ kütləsi əlavə edin.
Məşq sonrası payınızı məşqin bitməsindən sonrakı ilk 1 saat ərzində qidalanın. Əks halda aclıq dözülməz ölçülərdə hiss edilə bilər və sizi bəslənmə proqramınızın xaricinə çıxaracaq dərəcəyə çata bilər.
Məşq sonrası payınızı da mütləq qidalanma cədvəlinizə qeyd edin.
Susuz qalmayın
Bədənin susuz qalması məşqin keyfiyyətinə mənfi təsir edir.
Məşq əvvəli və sonrasında kafi miqdarda su içdiyinizdən əmin olun. 2 % nisbətində susuz qalmaq belə məşq keyfiyyətini aşağı sala bilər.
Nizamlı və kafi miqdarda su içmək aclıq böhranları ilə də mübarizə aparmağa kömək olar, çünki xüsusilə ciddi ölçüdə susuz qaldığımız vəziyyətlərdə aclıq hissi və sususzluk hissi bir-biri ilə qarışdırıla bilər.
Aclıqla mübarizə
Məşq sonrasında kalorisi aşağı olan, zülal və karbohidrat ehtiyacınızı qarşılayacaq qidalar seçilməlidir. Bundan başqa şəkərsiz saqqız çeynəmək ilk anda baş qaldıran aclıq hissini yatırır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xərçəngin düşməni olan quru meyvələr
Ən xoşbəxt olduğumuz yaş bilindi
Oğrular yeni sərdabə tapdılar-FOTO
Kafe və restoran sahiblərinə ŞAD XƏBƏR - QƏRAR
"Kinoya marağın artırılması üçün yeni kinoteatrların yaradılması zəruridir"
Dünya nəhəngləri Rusiyasız toplandılar
Süfrə bəzəyi
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Seriallar intihara səbəb ola bilər
Günün ulduz falı
Əcnəbi jurnalistlər Xankəndidən çıxırlar
Saçlarımızı özümüz düzəldək
Yataq örtükləri
Damağınız qanayırsa...
Koronavirusla bağlı son STATİSTİKA
İşin, yoxsa mənəviyyatın?
Bakı Metropoliteni sərnişinlərin istifadəsinə nə vaxt açılacaq?
Və qəflətən Azərbaycana qış gəldi...
Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar
Nənə 20-ci uşağını DÜNYAYA GƏTİRDİ
Yumurta hər yaşda faydalıdır
Məşhur cütlük BOŞANDI-FOTO
Çiçəklənməni kim başladır?
“McDonaldКјs” işçisi- 1600 dollar ziyan vurub
Menstruasiya dövrü üçün yoqa hərəkətləri
"Survivor"da gecə saatlarında - Yer silkələndi-VİDEO
Turşu suyunun faydaları
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Cem Yılmaz xəstəxanalıq oldu - SƏBƏB/VİDEO
İstehsal tarixindəki səhvlər
Qidalandırıcı saç maskası
Kıvançın 800 minlik avtomobili diqqət çəkdi- FOTO
Kıraç azərbaycanlı müğənnini məhkəməyə verdi
Məktəblər qeyri-adekvatlar yetişdirir?
"Yuvamdakı düşman "serialı reytinq qurbanı oldu
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda nazir oğulları orduya çağırılır
Bakı metrosunda yenilik
Avtobuslar 24 saat işləyə bilər
"Kainat Gözəli"nin əməliyyatdan əvvəlki FOTOsu
Həftənin ulduz falı
Ancelina Coli ərə gedir
İnanılmaz makiyajlar
Qoca xanımlar: "Ən çevik qızlarıq"
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Almalı, armudlu piroq (foto resept)
Tramp kritik əhəmiyyətə malik ştatda qələbə qazandığını açıqladı
Virusa yoluxanların sayı artdı - 21 mindən çox şəxs...
İkinci nəsil Nissan Qashqai















- ŞƏRHLƏR