
DOLÇALARI çoxlu sayda maraqlı layihə və təklif gözləyir. Bir əldə bir neçə qarpız tutmağa çalışmayın. Ən perspektivlisini seçməyə çalışın. Yaxınlarınıza qarşı diqqətli olun. Gələcəkdə onların dəstəyinə ehtiyacınız olacaqdır. Bu həftə sizdən kömək və məsləhət istəyəcəklər.
BALIQLAR bu həftə asudə nəfəs alacaqlar. Gərgin iş həftəsi görünmür. Rahat iş ritmi asudə vaxtınızı sevimli məşğuliyyətinizə həsr etməyə imkan verəcəkdir. Qohumların evinə qonaq gedəcək, qonaq qəbul edəcəksiniz. Ehtiyatlı olun. Onlar sizin planlarınıza müdaxilə edə bilərlər. Razılaşmağına razılaşmayacaqsınız, amma səbirli və anlayışlı olmağa çalışmalısınız.
QOÇLAR etibarlı işgüzar tərəfdaşlar tapacaq və onlarla bir sıra kommersiya əməliyyatları həyata keçirəcəklər. Maliyyə uğurlarınız canınıza yağ kimi yayılacaqdır. Yeni fəaliyyət növünə başlamaq, yaxud indiki işinizə bir balaca dəyişiklik etmək cəhdləriniz uğurla nəticələnəcəkdir. Şəxsi həyatınız da maraqlı hadisələrlə zəngin olacaqdır.
BUĞALAR işdə yeni perspektivlər və üfüqlər kəşf edəcəklər. İşlə bağlı çoxdankı ideyalarınızı həyata keçirməyiniz rəhbərliyin də diqqətini cəlb edəcəkdir. Bu, sizə maddi və mənəvi razılıq hissi bəxş edəcəkdir. Həftə sövdələşmələr imzalamaq və danışıqlar aparmaq baxımından çox əlverişlidir.
ƏKİZLƏR, yeni layihələrə başlamayın. İşin içindən qəmbərqulu çıxa bilər. Yaxşı olar, köhnə qayda ilə işləyəsiniz. Köhnə bazara təzə nırx qoymağınız uğursuzluqla nəticələnəcəkdir. Lakin ruhdan düşməyin. Axı, cücəni payızda sayarlar. Sadəcə vaxta ehtiyacınız var. Səbirli olmağınızın mükafatı isə müvəffəqiyyət, ətrafdakıların gözəl münasibəti, habelə qazandığınız təcrübə olacaqdır.
XƏRÇƏNGLƏR göylərdən yerə enib real şeylər barədə düşünməlidirlər. Xəyalplov yeməkdən əl çəkib praktiki məsələləri həll
etməlisiniz. Onsuz da həmin məsələlər gec-tez yaxanızdan yapışacaqdır. Gözlənilməz maneə ilə üzləşə bilərsiniz, lakin işlərinizi sakit və planlı şəkildə yerinə yetirməyə davam etsəniz, onların öhdəsindən asanlıqla gələcəksiniz.
Ailələrinin dəstəyinə arxalanan
ŞİRLƏRİN sabahkı günə inamı artacaqdır. Özünəinam hissi bütün çətinlikləri dəf etməyinizə kömək edəcəkdir. Bu həftə həm ictimai, həm də işgüzar həyatınızda müsbət dəyişiklər gözlənilir. Maddi durumunuz getdikcə lap da yaxşılaşır. Tezliklə ailənizə ürəyinizdən keçən, lakin indiyədək əlçatmaz olan hər şeyi ala biləcəksiniz.
QIZLAR maliyyə işlərində uğur qazanacaqlar. Maliyyə planlarınız uğurla nəticələnəcəkdir. Bu həftə cürbəcür sövdələşmələr və müqavilələr imzalamaq baxımından çox uğurludur. Etibarlı dostunuz yaxşı məsləhət verəcəkdir.
TƏRƏZİLƏR öz maraqlarını qətiyyətlə qorumalıdırlar. İşdəki vəziyyət bütövlükdə çox sakitdir. Bu həftə rahatlıqla sənədlərinizi qaydaya sala biləcəksiniz. Yeni insanlarla tanış olacaqsınız. Yeni tanışların təzə ideyaları məqsədə çatmağın açarı olacaqdır.
ƏQRƏBLƏR bu həftə müvəffəqiyyətə və hadisələrin uğurlu gedişatına bel bağlaya bilərlər. Ya maddi durumunuz yaxşılaşacaq, ya da vəzifəniz artırılacaqdır. Amma son qərarınızı verməmişdən əvvəl qulağınıza çatan bütün məlumatları səylə yoxlamalısınız.
OXATANLAR həmkarları ilə söhbətlərdən çox şey öyrənə bilərlər. Təcrübəli yoldaşlarınızdan yaxşı məsləhətlər eşidəcəksiniz. Rəhbərlik sizi tərifləyəcəkdir. Son günlər gərgin iş rejimində işlədiyiniz üçün sizi layiqli mükafat gözləyir. İşinizin səmərəliliyini artırmaqla bağlı yeni ideyalarınız hamı tərəfindən bəyəniləcək və dəstəklənəcəkdir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda koronavirusdan ölüm və yoluxma sayında yeni rekord
Atasına oxşayan qızların - 10 əsas xüsusiyyəti
Xəzinə ovçuları 3,5 kq saf qızıl tapdılar - FOTO
Səmadakı təhlükə: o, hər an yerə düşə bilər
Bakılı xanımın dərdi: "Əgər kimsə bilsə, biabır olaram"
Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Dünyanın ən nazik noutbuku təqdim edildi
Şokoladlı yağ (foto resept)
Türkmənistan prezidenti sürücülük məharətini göstərdi-VİDEO
Məşhur müğənni koronavirusa yoluxdu-FOTO
"Eurovision 2019"-da Böyük Britaniyanı o təmsil edəcək
Hava haqqında - 03.12.2013
Aktrisa ayrılıq xəbərlərindən danışdı
Yaşıl qəhvənin faydaları
Sevişmə sonrası qadın olmadım mən!
Disney gözəllərinin oxşarları
İbrahim Tatlısəs 8-ci dəfə ata olmağa hazırlaşır
Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU - VİDEO
İngilis dili - J (1)
“Afrika taunu”na görə Rusiyanın bəzi bölgələrində karantin elan edildi
Damla şokoladlı şirniyyat (foto resept)
Rəqəmlər (2)
Qafan ətrafındakı strateji əhəmiyyətli yüksəkliklər ordumuzun nəzarətinə keçdi - VİDEO
Üzən meşə
Koronavirus təkcə ağciyərləri deyil, beyni də sıradan çıxarır - Professor
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Uşaq bağçalarının əhəmiyyəti
HAVA necə olacaq?-6 oktyabr
Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib
Bu məşhurlar 2018-ci ildə VALİDEYN OLACAQ – SİYAHI
76 kq arıqlayıb hər kəsi təəccübləndirdi-FOTO
Beren Saat ilk dəfə AÇIQLAMA verdi
Fərqli üz cizgiləri necə yarandı?
4-cü lider dəyişmir
Tarkanın məzar daşı hazırlandı-FOTO
3166 sahibkara 229,7 milyon manat güzəştli kredit verilib
Millimiz növbəti mərhələdə
Bibərli çörək (foto resept)
Toğrul Qurbanovun "beauty-fotosessiya"sı
Azərbaycanda ümumvətəndaş pasportlarının alınmasında yenilik
Arıqlamağın ən asan yolu. Titrəmək.
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
Sensasiya: Həyatın olduğu planet tapıldı – Yerdən iki dəfə böyükdür
Göy rəngi sevənlər üçün paltarlar
Azərbaycan uşaqları internetin mənfi təsirindən qoruyacaq
Dəniz şiri uşağı suyun altına apardı
Məhəbbəti necə qoruyub saxlamaq olar?
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Həftənin ilk iş günü üçün hava necə olacaq














