Qadin.NET / Həftənin ulduz falı

Həftənin ulduz falı

 

OĞLAQLAR bu həftə başqalarının təsiri altına düşməməlidirlər. Taleyinizi başqalarının həll etməsinə imkan verməyin, amma öz problemlərinizi də yaxınlarınızın çiyinlərinə yükləməyin. Öz işinizi özünüz görməyə çalışın. Bu günlər ağlasığmaz hadisələr bir-birini əvəzləyəcəkdir. İndi fırtına qabağı sakitlikdir. Gələcək üçün güc və enerji toplamalısınız.

DOLÇALARI çoxlu sayda maraqlı layihə və təklif gözləyir. Bir əldə bir neçə qarpız tutmağa çalışmayın. Ən perspektivlisini seçməyə çalışın. Yaxınlarınıza qarşı diqqətli olun. Gələcəkdə onların dəstəyinə ehtiyacınız olacaqdır. Bu həftə sizdən kömək və məsləhət istəyəcəklər.
BALIQLAR bu həftə asudə nəfəs alacaqlar. Gərgin iş həftəsi görünmür. Rahat iş ritmi asudə vaxtınızı sevimli məşğuliyyətinizə həsr etməyə imkan verəcəkdir. Qohumların evinə qonaq gedəcək, qonaq qəbul edəcəksiniz. Ehtiyatlı olun. Onlar sizin planlarınıza müdaxilə edə bilərlər. Razılaşmağına razılaşmayacaqsınız, amma səbirli və anlayışlı olmağa çalışmalısınız.
QOÇLAR etibarlı işgüzar tərəfdaşlar tapacaq və onlarla bir sıra kommersiya əməliyyatları həyata keçirəcəklər. Maliyyə uğurlarınız canınıza yağ kimi yayılacaqdır. Yeni fəaliyyət növünə başlamaq, yaxud indiki işinizə bir balaca dəyişiklik etmək cəhdləriniz uğurla nəticələnəcəkdir. Şəxsi həyatınız da maraqlı hadisələrlə zəngin olacaqdır.
BUĞALAR işdə yeni perspektivlər və üfüqlər kəşf edəcəklər. İşlə bağlı çoxdankı ideyalarınızı həyata keçirməyiniz rəhbərliyin də diqqətini cəlb edəcəkdir. Bu, sizə maddi və mənəvi razılıq hissi bəxş edəcəkdir. Həftə sövdələşmələr imzalamaq və danışıqlar aparmaq baxımından çox əlverişlidir.
ƏKİZLƏR, yeni layihələrə başlamayın. İşin içindən qəmbərqulu çıxa bilər. Yaxşı olar, köhnə qayda ilə işləyəsiniz. Köhnə bazara təzə nırx qoymağınız uğursuzluqla nəticələnəcəkdir. Lakin ruhdan düşməyin. Axı, cücəni payızda sayarlar. Sadəcə vaxta ehtiyacınız var. Səbirli olmağınızın mükafatı isə müvəffəqiyyət, ətrafdakıların gözəl münasibəti, habelə qazandığınız təcrübə olacaqdır.
XƏRÇƏNGLƏR göylərdən yerə enib real şeylər barədə düşünməlidirlər. Xəyalplov yeməkdən əl çəkib praktiki məsələləri həll

etməlisiniz. Onsuz da həmin məsələlər gec-tez yaxanızdan yapışacaqdır. Gözlənilməz maneə ilə üzləşə bilərsiniz, lakin işlərinizi sakit və planlı şəkildə yerinə yetirməyə davam etsəniz, onların öhdəsindən asanlıqla gələcəksiniz.
Ailələrinin dəstəyinə arxalanan

ŞİRLƏRİN sabahkı günə inamı artacaqdır. Özünəinam hissi bütün çətinlikləri dəf etməyinizə kömək edəcəkdir. Bu həftə həm ictimai, həm də işgüzar həyatınızda müsbət dəyişiklər gözlənilir. Maddi durumunuz getdikcə lap da yaxşılaşır. Tezliklə ailənizə ürəyinizdən keçən, lakin indiyədək əlçatmaz olan hər şeyi ala biləcəksiniz.
QIZLAR maliyyə işlərində uğur qazanacaqlar. Maliyyə planlarınız uğurla nəticələnəcəkdir. Bu həftə cürbəcür sövdələşmələr və müqavilələr imzalamaq baxımından çox uğurludur. Etibarlı dostunuz yaxşı məsləhət verəcəkdir.
TƏRƏZİLƏR öz maraqlarını qətiyyətlə qorumalıdırlar. İşdəki vəziyyət bütövlükdə çox sakitdir. Bu həftə rahatlıqla sənədlərinizi qaydaya sala biləcəksiniz. Yeni insanlarla tanış olacaqsınız. Yeni tanışların təzə ideyaları məqsədə çatmağın açarı olacaqdır.
ƏQRƏBLƏR bu həftə müvəffəqiyyətə və hadisələrin uğurlu gedişatına bel bağlaya bilərlər. Ya maddi durumunuz yaxşılaşacaq, ya da vəzifəniz artırılacaqdır. Amma son qərarınızı verməmişdən əvvəl qulağınıza çatan bütün məlumatları səylə yoxlamalısınız.
OXATANLAR həmkarları ilə söhbətlərdən çox şey öyrənə bilərlər. Təcrübəli yoldaşlarınızdan yaxşı məsləhətlər eşidəcəksiniz. Rəhbərlik sizi tərifləyəcəkdir. Son günlər gərgin iş rejimində işlədiyiniz üçün sizi layiqli mükafat gözləyir. İşinizin səmərəliliyini artırmaqla bağlı yeni ideyalarınız hamı tərəfindən bəyəniləcək və dəstəklənəcəkdir.

Mənbə: Milli.Az

25 fevral 2014
GO BACK