İnsan davranışlarını qiymətləndirmək təcrübəylə birlikdə hiss də tələb edir. Görəsən, siz bu hisslərə sahibsinizmi? Bir baxışda insanların xasiyyətini anlayırsınızmı? Gəlin, bunu anlaya bilmək üçün kiçik bir test edək.
Cavablarınızı bir yerə qeyd edin və test bitdikdə balları toplayıb nəticəyə baxın.
1. Təyyarədə bir kişi ilə qadının arasında oturursunuz. Kreslonuzun bir qolunu qadınla, digər qolunu da kişi ilə paylaşmaq məcburiyyətindəsiniz. Qolu hansı tamamilə özünə götürər?
a. Qadın
b. Kişi
c. Heç biri
2. Bir insanın danışarkən əllərindən çox istifadə etməsinin mənası nədir?
a. Durduğu yerdə dayana bilmir.
b. Özünü ifadə etməkdə çətinlik çəkir.
c. Olduqca romantik birinə bənzəyir.
3. Bir-birlərini tanımayan bir kişi ilə bir qadın aeroportda yan-yana oturur. Aralarında söhbət başladığını fərz edək. Bu söhbəti ilk olaraq kim başlaya bilər?
a. Qadın
b. Kişi
c. Heç biri
4. Qarşınızdakı adam sizinlə danışarkən davamlı dodaqlarını yalayır. Bunun mənası nə ola bilər?
a. İzah etdiklərini beynində təsvir edir.
b. Sizi başdan çıxarmağa çalışır.
c. Söylədikləriniz onu başqa dünyaya aparır.
5. Çiyinləri çökmüş, yüngülcə önə doğru əyilən bir kişi gördünüz. Bədən forması haqqında nə düşünərsiniz?
a. Özünə heç inamı yoxdur.
b. Dünyanın öz oxu ətrafında döndüyünü düşünür.
c. Üzərində çox böyük məsuliyyət var.
a. Sizə qarşı simpatiyası var.
b. Sizə şirin görünmək üçün açıq-aşkar yalan danışır.
c. Sizin onun haqqında fikrinizi öyrənməyə çalışır.
7. Bir insanın qaşlarını qaldırıb alınını qırışdırması sizin üçün nə ifadə edir?
a. Üz əzələlərini işlədir.
b. Sizinlə lağ edir.
c. Problemlərin həllini axtarır.
8. Qarşınızdakı adam sizinlə danışarkən qollarını sinəsində qovuşdurub dimdik dayanır. Bu bədən forması hansı mənanı verir?
a. “Mən də səninlə eyni fikirdəyəm. Nə gözəl düşünmüsən”.
b. “Səni həyəcanla dinləyirəm. Bir müddət düşünməliyəm”.
c. “Sənin düşündüklərinə heç bir şəkildə qatılmıram. Mən tam tərsini düşünürəm”.
9. Danışdığınız adam gözlərini tez-tez sizdən qaçırır, hərdən baxıb başını yuxarı qaldırır. Bunun mənası nədir?
a. Sizi diqqətlə dinləyir. Danışdığınız mövzuyla əlaqədar bütün detalları xatırlamağa çalışır.
b. Fikri qarşı mağazanın vitrinində gördüyü ayaqqabıdadır.
c. Danışdığınız mövzu onun üçün maraqsızdır.
10. Yeni köçən qonşunuzun qapısının önündəki qutular bir həftədir ordadır. Ancaq bir neçə gün sonra zibilə atılır. Bu hərəkəti necə dəyərləndirərdiniz?
a. Narahat olan biri qutuları zibilə atacağını düşünür.
b. Qutuların sizi narahat etdiyini düşünmür.
c. Yeni qonşunuz yəqin düşüncəsiz, eqoist biridir.
*A *B *C
1. 5 0 1
2. 2 5 2
3. 5 2 0
4. 5 0 2
5. 2 2 5
6. 5 0 2
7. 0 5 3
8. 0 2 5
9. 5 0 3
10. 1 5 1
1-15 bal
İnsan sərrafı olmanız qeyri-mümkündür. Çünki insanların davranışlarının arxasındakı mesajları almaqda çətinlik çəkirsiniz. İnsanlar haqqında çox tez fikir sahibi olur, sonra da diqqətsizliyinizdən ümidsizliyə düşürsünüz. İnsanların mimikalarını oxumaq istəyirsinizsə, aynanın qarşısına keçib müxtəlif üz ifadələri ilə danışın və bunun müəyyən müddətdən sonra işə yaradığını görəcəksiniz.
16-30 bal
Bədən dili mövzusunda hissləriniz son dərəcə qüvvətlidir. Ancaq bəzən təxminlərinizin tutmadığını da etiraf edin. Əvvəlcə insanlar üzərindəki təsirinizdən əmin olmalısınız. Unutmayın ki, hər insan tapmacaya bənzəyər. Onu həll etmək üçün xeyli zaman və əmək sərf etməlisiniz.
31-50 bal
Təbriklər! Siz tam bir insan sərrafısınız. İnsanları çox yaxşı tanıyırsınız. Hissləriniz çox güclüdür, ya da qarşıdan gələn mesajı tez qəbul edirsiniz. Bu qədər geniş sosial ətrafınız olmasına təəccüblənmək lazım deyil. Ancaq bu qabiliyyətinizin təhlükəli hal almamasına diqqət yetirin.
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR