1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanıninzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilir. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olunur. Həmin vaxt ermənilərXankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirlər. İrəvandakı doqquz cümə məscidindən qalmış sonuncu məscid - şəhərin bəzəyi olan Göy məscid də yandırılıb dağıdılır. Fevralın 21-də Sovet İttifaqı KP MK-nın Siyasi Bürosunda Stepanakertdən göndərilən məsələnin müzakirəsinə başlanılır. SSRİ-nin ilk və sonuncu prezidenti olan Mixail Qorbaçov ali və yerli qanunvericiliyin tələblərinə, xüsusilə SSRİ-nin imzaladığı beynəlxalq sənədlərə məhəl qoymadan regionda sülh və sabitliyin bərpasına, müttəfiq respublikaların ərazi bütövlüyünün təminatına yönəldilməli olan tədbirlər görmək, separatçıların qərarına sərt reaksiya vermək əvəzinə, əksinə, onların üzlərinə güldü.Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Hadisələrin şahidi, o vaxt Xankəndi televiziyasında çalışan Hidayət Vəliyev danışır ki, ermənilər hədlərini aşırdılar, hər gün bizi təhqir edir, dalaşır, mitinq keçirir, Qarabağın Ermənistana birləşməsini tələb edən şüarlar səsləndirirdilər: “Hərəkətverici qüvvələri kilsə rəhbərləri idi, hər pisliyin altından din xadimləri çıxırdı. Azərbaycanlılar işə gedib-gələ bilmirdilər, çörək almaq üçün dükana gedəndə də təzyiqlərlə üzləşirdilər. Bir neçə gənc çətinliklə də olsa Ağdama gəldik, qarşı tərəfə etiraz olaraq mitinq planı hazırladıq. Fevralın 21-də həmin mənfur qərar SSRİ Ali Sovetində müzakirə olunmalı idi. Bakıdan da xəbərlər gəlirdi ki, orada da mitinqlər başlayıb. Fevralın 21-i səhər saatlarında Ağdamın mərkəzində minlərlə insan toplaşmışdı. Qonşu rayonlardan, hətta Qazaxdan, Tovuzdan da gələnlər vardı. Havanın şaxtalı olmasına baxmayaraq, kütlə, xüsusən cavanlar bir-birinin ardınca Əsgərana doğru hərəkət etdi. Təbii ki, silahsız-sursatsız. Əli və Bəxtiyar kimi yüzlərlə gənc Qarqar çayı boyu Əsgərana yürüş etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi