Qadin.NET / Qarabağda ilk şəhidləri verməyimizdən 28 il ötür

Qarabağda ilk şəhidləri verməyimizdən 28 il ötür

 

Qarabağda ilk şəhidləri verməyimizdən 28 il ötür

1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanıninzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilir. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olunur. Həmin vaxt ermənilərXankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirlər. İrəvandakı doqquz cümə məscidindən qalmış sonuncu məscid - şəhərin bəzəyi olan Göy məscid də yandırılıb dağıdılır. Fevralın 21-də Sovet İttifaqı KP MK-nın Siyasi Bürosunda Stepanakertdən göndərilən məsələnin müzakirəsinə başlanılır. SSRİ-nin ilk və sonuncu prezidenti olan Mixail Qorbaçov ali və yerli qanunvericiliyin tələblərinə, xüsusilə SSRİ-nin imzaladığı beynəlxalq sənədlərə məhəl qoymadan regionda sülh və sabitliyin bərpasına, müttəfiq respublikaların ərazi bütövlüyünün təminatına yönəldilməli olan tədbirlər görmək, separatçıların qərarına sərt reaksiya vermək əvəzinə, əksinə, onların üzlərinə güldü.Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Hadisələrin şahidi, o vaxt Xankəndi televiziyasında çalışan Hidayət Vəliyev danışır ki, ermənilər hədlərini aşırdılar, hər gün bizi təhqir edir, dalaşır, mitinq keçirir, Qarabağın Ermənistana birləşməsini tələb edən şüarlar səsləndirirdilər: “Hərəkətverici qüvvələri kilsə rəhbərləri idi, hər pisliyin altından din xadimləri çıxırdı. Azərbaycanlılar işə gedib-gələ bilmirdilər, çörək almaq üçün dükana gedəndə də təzyiqlərlə üzləşirdilər. Bir neçə gənc çətinliklə də olsa Ağdama gəldik, qarşı tərəfə etiraz olaraq mitinq planı hazırladıq. Fevralın 21-də həmin mənfur qərar SSRİ Ali Sovetində müzakirə olunmalı idi. Bakıdan da xəbərlər gəlirdi ki, orada da mitinqlər başlayıb. Fevralın 21-i səhər saatlarında Ağdamın mərkəzində minlərlə insan toplaşmışdı. Qonşu rayonlardan, hətta Qazaxdan, Tovuzdan da gələnlər vardı. Havanın şaxtalı olmasına baxmayaraq, kütlə, xüsusən cavanlar bir-birinin ardınca Əsgərana doğru hərəkət etdi. Təbii ki, silahsız-sursatsız. Əli və Bəxtiyar kimi yüzlərlə gənc Qarqar çayı boyu Əsgərana yürüş etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.

 

Mənbə: ANS PRESS

22 fevral 2016
GO BACK