1988 - ci ilin bu günü Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.
Bundan əvvəl 1984-cü ildə İrəvanda Z.Balayanın "Ocaq" kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı. Bu əhvali-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq və yenidənqurma" şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu.Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verildiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq işə keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdrıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi.1991-ci il avqustun 30-da Azərbaycan SSRİ Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu.1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində bu bölgədə baş verən etnik qarşıdurmalar və Ermənistanın DQMV-ni özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olur. Ermənistan ordusu DQMV-ni və ona qonşu 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edir. 1994-cü ildə Bişkəkdə atəşkəs sazişi imzalanır. Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik elan edir. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Müasirliyi sevən xanımlar üçün qol saatları
Azərbaycanda 1 kiloqramlıq UŞAQ DOДћULDU
Dekabra manat bahalaşa bilər
Dopamin çatışmazlığı halsızlığa səbəb olur
Çiyələkli tort (foto resept)
Günün ulduz falı
Koronaviruslu şəxslə kontaktda olan hər kəs karantindədir
Filtre makiyaj necə olur?
Yanvar ayının qalibləri!
İcbari tibbi sığortadan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
Professor İlham Rəhimovun kitabı təqdim olunub
Dondurucu soyuq şəkillərdə
BÜRCLƏR bizə nə vəd edir? -26 İyun
Bakıda adrenalin artıran məkandan fotoreportaj
Komendant saatında saxlanılan şəxsləri nə gözləyir? - VİDEO
Manat qiymətdən düşür: krediti olanların qazancı nədir?
Snoudendən şok iddia
Qadın öz dəfn mərasimində ayıldı-FOTO
İlham Əliyev yaralı əsgərlərlə görüşdü
Vətəndaşlar pulsuz müayinədən keçdi
Bakı Olimpiya Stadionunda toy
Vətən həsrəti dediyim…
Qırxayağın neçə ayağı var? – CAHİLLİKLƏR KİTABI
Balqabaqlı kürəciklər (foto resept)
Deadpool 2 filminin yeni traileri-VİDEO
Məşhur aktrisa səfir oldu
At quyruğu modelləri
Müəllimlər İnstitutunun 4 filialına tələbə qəbulu dayandırılır
Atatürk Bakıda anıldı
Yay meyvələrinin bilinməyən faydaları
Bunlar səhvən icad olunub
Daşaltı əməliyyatında şəhid olanlar yad edildi
Mikayıl Cabbarovdan rektorlara sərt xəbərdarlıq
Hər kəs bu körpədən danışır-FOTO
Hava haqqında
Rəngarəng divar rəsmləri
Azərbaycanlı həkimlər unikal əməliyyat həyata keçiriblər
Məşhur cütlük Sevgililər günündə nişanlandı-FOTO
HAVA necə olacaq?
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
Ancelina Coli necə arıqlayır? - Siz də yoxlayın...
Orta internet sürətlənir
Həyatını dağıdan insan: bu kitabı oxuyubsunuz?
Valehedici tortlar
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Bergüzar və Halit doğulacaq körpədən danışdılar
Bu gün ixtisas seçimi başa çatır
Modelin yaşını bilənlər-TƏƏCCÜBLƏNİR-FOTO
“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər
Parlaq dərinin sirri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]