Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsi tərəfindən Braziliya ilə əlaqələrin möhkəmləndirilməsinə təkan verən Embraer təyyarələrinin alınması münasibətilə Azərbaycanı təbrik etməsinə, eyni zamanda, Azərbaycan və Ermənistan respublikalarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılması çağırışına dair müraciət qəbul olunub Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan hökumətinə ünvanlanmış bu müraciət Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsinin üzvü və sədri Rodriqo Mayanın 11 dekabr tarixli təklifi əsasında həmin komitə tərəfindən qəbul olunub. Müraciətdə Braziliya ilə əlaqələrin möhkəmləndirilməsini təşviq edən və iki ölkə arasında məhsuldar işgüzar əməkdaşlığa təkan verən AZAL tərəfindən Embraer təyyarələrinin alınması ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür ifadə edilib. Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bildirilib: “Eyni zamanda, biz ATƏT-in Minsk Qrupunu, Ermənistan və Azərbaycanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq və ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət edilməsi əsasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılmasına çağırırıq”. XİN-in mətbuat xidmətindən o da bildirilib ki, Azərbaycanın yürütdüyü fəal siyasət nəticəsində son dövrlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi dünya ölkələrinin parlamentlərinin və yerli qanunverici orqanlarının gündəliyinə çıxarılıb.Bu xüsusda, dünya ölkələrinin qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib, Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayət soyqırımı kimi tanınıb və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağıran bəyanatlar verilib. Bu sırada Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya parlamentləri və Texas, Yeni Meksika, Arkansas, Oklahoma, Pensilvaniya, Konnektikut, Qərbi Virciniya, Nyu Cersi, Tenessi və sair kimi ABŞ-ın 18 ştatının yerli qanunverici orqanları qeyd oluna bilər. Bu ilin 6-7 fevral tarixində Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İƏT zirvə toplantısında qəbul edilmiş Qahirə yekun kommunikesində İƏT üzv ölkələrinin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və insanlığa qarşı cinayət olan bu soyqırımı əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilib. 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində İslam əməkdaşlıq təşkilatının (İƏT) Xarici işlər nazirləri şurası tərəfindən qəbul olunan qətnamədə isə “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd əksini tapıb. Həmin bəndə əsasən İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanıb, üzv dövlətlər bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılıb.
Mənbə: Lent.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda ağır avtobus qəzası: yaralılar reanimasiyada
Kartoflu qaraciyər
"Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"
Özcan Deniin paylaşımı Diqqət Çəkdi-FOTO
2018/2019 kitab rəfi modelləri
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
Ananaslı salat (foto resept)
Kristina Aqilera BAKIDA konsert verəcək
Nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri necə qorunmalıdır?
Gülşən Londandan ev almaq üçün ...
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
"Miss Turizm" seçildi-FOTO
Qarşılıqlı münasibət qurmağın sirləri
QAT ermənilərin qatıldığı konfransı dağıtmağa cəhd etdi
Evlənəcəyiniz insandan bunları soruşun
Xəz kolleksiyası
Mübariz Qurbanlı: "Beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaranıb"
Pensiya ilə bağlı ŞAD XƏBƏR - Yaxın 1 ay ərzində...
Mətbəxinizdə bu qidalar olsa, xəstələnməzsiniz
Qaydalar avtobus sürücüləri üçün deyil?
İçi hava ilə dolu konsert
Qəlbinizin aynası
WhatsApp-da daha bir yenilik
Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər
İllərlə sürən düşmən işğalından sonra Cəbrayılın Decal kəndi - VİDEO
Günün ulduz falı - 04.02.2014
Ən böyük onlayn şirkət vergidən yayınır
Ərəb Dövlətləri Liqası Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Qarabağda fəlakət gətirən müharibə xəbərdarlığı
Atmosferin həyat üçün uyğunluğu
Qadın beyin əməliyyatı zamanı dolma hazırladı - VİDEO
31 dekabr Yeni il gecəsi Bakıda Hed Kandi White Party keçiriləcək
Günün ulduz falı
Beynin daha bir sirri açıldı: Niyə bizdə inkişaf edib, meymunlarda yox?
Qubadlı rayonundan görüntülər - VİDEO
Çində koronavirusa yoluxmuş şəxslərə robotlar qulluq edir
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Məşhur cütlük barışdı
Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb
Bərdəyə raket hücumu nəticəsində həlak olanların sayı bilindi - RƏSMİ+Yeniləndi
Çox pul xərcləmədən gözəl görünməyin yolları
İldırım 47 nəfəri vurdu
Fırça və süngərin təmizlənməsi
Fahriye və Burak cütlüyün oğlu Karan-FOTO
Oğruların, quldurların qənimi: onlar haqda nə bilirik?
Bənzərsiz Azərbaycan kəndindən
Hava dəyişiklikləri hansı xəstəliklərə yol açır?
OPEK-in Azərbaycan nefti ilə bağlı PROQNOZU
Zədələnmiş saçları bərpa etməyin yolu
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər















- ŞƏRHLƏR