
Yuxusuzluq gecə yuxusunun qısalması, gec yuxuya getmək, tez oyanmaq, gecə ərzində yuxudan tez-tez oyanma ilə özünü biruzə verir
Milli.Az modern.az-a istinadən xəbər verir ki, yuxusuzluq zamanı yuxu həm də keyfiyyət baxımından pozulur, daha səthi olur, dərin yuxunun müddəti azalır.
Yuxusuzluqla əsasən nevrozlar, bəzi ürək-damar və ruhi xəstəlikləri, neyroinfeksiyalar, o cümlədən yuxu ilə oyaqlıq arasındakı düzgün əvəzlənməni nizama salan beyin törəmələrinin zədələnmələri zamanı rastlaşırıq. Sağlam insanlarda yuxusuzluq fiziki və əqli gərginlikdən, yorğunluqdan, güclü həyəcandan sonra yarana bilər.
Yuxunun pozulması və yuxusuzluq xəstəliklərin simptomlarından xəbər verir. Havası təmiz olmayan otaqlar, yoluxucu xəstəliklər, uzunmüddətli ağrı hissləri, ailədə və ya işdə gərginlik vəziyyətləri kimi səbəblər yuxunun pozulmasına və yuxusuzluğa gətirib çıxarır. Mükəmməl yuxunun olmaması əhvalın gələcəkdə pisləşməsinə, orqanizmin müqavimət qabiliyyətinin azalmasına və buna görə də yeni xəstəliklərin yaranmasına səbəb olur. Bundan əlavə, yuxusuzluq olduqda diqqət də yayınır, əsəbilik, nevrotik hallar ailədə, dostlarla və işdə münasıbətlərə mənfi təsir göstərən simptomlar yaradır.
Yuxusuzluğu şikayətlər əsasında və xəstənin xarici görünüşünə, göz altında şişlərə, qırmızı gözlərə, quru dodaqlara, süstlüyə, ruh düşkünlüynə görə asanlıqla müəyyən etmək olar.
Bəs yuxusuzluğa necə qalib gəlmək olar? Uzun, sağlam yuxunun sirri nədədir? Yuxusuzluqla mübarizə aparmaq üçün bir çox tibbi və xalq təbabəti üsulları mövcuddur.
Ən asan üsul orqanizmi oksigenlə zənginləşdirməkdən ibarətdir. Yəqin ki, çoxlarınız müşahidə etmisiniz ki, açıq havada daha rahat yuxuya getmək olur. Buna görə də yatmazdan qabaq açıq havada gəzmək və yataq otağının havasını dəyişmək lazımdır.
Sağlam və uzun yuxu üçün aşağıdakı qida məhsullarından istifadə etmək məsləhətdir. Bu qida məhsulları əzələ yorğunluğunu götürür, beyinin gərginliyini azaldır və yuxu hormonlarının yüksək miqdarına görə sadəcə sakitləşdirir.
Banan
Bu meyvə demək olar ki, yuxu dərmanıdır. Yatmazdan qabaq banan yeməklə siz rahat yuxunuzu təmin etmiş olarsınız. Melatonin və seratonindən başqa onun tərkibində maqnezium da var.
Çobanyastığı çayı
Çobanyastığı əla sakitləşdirici təsirə malikdir. Bu daima gərgin olan insanlar üçün ən yaxşı vasitədir. Məhz buna görə çobanyastığı yuxu qabağı çayın əsas inqredient olmalıdır.
İlıq süd
Südün tərkibində sakitləşdirici təsirə malik amin turşusu-triptofan və beyinə triptofanı mənimsəməyə kömək edən kalsium var.
Kartof
Siz bir bişmiş kartofla doymasanız da, onun köməyi ilə tirptofanın yaranmasına mane olan turşulardan azad olacaqsınız. Ən yaxşı effekti əldə etmək üçün onun üstündən ilıq süd için.
Yulaf
Yulaf yuxu mənbəyi-melatoninlə zəngindir, yulaf yarmasından hazırlanmış yulaf sıyığı yuxu üçün olduqca faydalıdır.
Badam
Bir ovuc badam triptofan və maqnezium sayəsində yalnız yuxu gətirməyə deyil, ürəyi möhkəmləndirməyə də qadirdir.
Yatmazdan qabaq isti vanna rahat yuxuya müsbət təsir göstərir. Əgər suya aromatik yağlar əlavə olunarsa daha da effektli olar.
Bir məsələyə diqqət yetirmək lazımdır ki, yatmazdan qabaq gərgin zehni işlə məşğul olma sağlam yuxuya mənfi təsir göstərir.
Yuxu dərmanlarına əl uzatmaqdan əvvəl bu sadə qaydalara riayət etməklə siz yuxunuzu normallaşdıra bilərsiniz.
XƏBƏR LENTİ
Məşhur modelin ayaqları yandı
Qatilin polis əmisi oğlu da saxlanıldı?-RƏSMİ AÇIQLAMA
Qarğıdalı çörəyi (foto-resept)
Marketlərdəki kassalarda koronavirusa yoluxmaq riski yüksəkdir -VIDEO
Azərbaycana yay havası gəlir
Bir-birimizə xoş söz deməyin əhəmiyyəti nədir?
Sən və o - aranızdakı fərq
2014-cü ilin dəbli gəlinlikləri
"Miss Brazil-2019" seçildi-FOTO
Ajda Pekkan uzun illərdən sonra ilk dəfə
Bakının nəhəng prospekti dəyişdirilir
Gözəl xasiyyət, xoşrəftar, ədəb və mərifət...
Amerikalı psixoloqdan küskün insanlara maraqlı təklif
Məşhur aktyor öldü
Məna verilməyən çətinliklər
Coronavirusa qarşı bu dərmanlar tövsiyə edilir - Nazirlik AÇIQLADI
Gözəllik ondur, doqquzu dondur
Ordumuz işğaldan azad etdiyi ərazilərdə möhkəmlənir
Twitter SnappyTV-ni alır
Ramazanın səkkizinci gününün duası
9 möcüzəli ağac şəkli
Yaraları sarınarkən “Can Qarabağ, ana yurdum” oxuyan əsgərimiz - VİDEO
Türklər Məkkəyə metro çəkəcək
Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
Düşmənin hərbi avtomobil korteji məhv edilib - VİDEO
Dəniz suyunun ekosistemə təsiri
Nazirlikdən xəbərdarlıq: Yeni təhlükəli mobil virus yayıldı
Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
Kəndli qadın 16 il sonra saçına qayçı vurdu - FOTO
Almalı-qozlu rulet (foto resept)
Bakının ən uzun tuneli açılmaq üzrədir
Koronavirus xəstəliyinin qeyri-adi nəticəsi və bundan xilas olma yolları
Alpinizm yaşa baxmır
Tarif Şurası qəbul imtahanlarının qiymətini açıqladı
Azərbaycanın da Nobel mükafatçısı ola bilər
Kimlər uzun saçlardan istifadə etməlidir?
Azərbaycan dili - XIV dərs
Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin
Ən “təhlükəli” qan qrupu açıqlanıb
Kərə yağlı paratha (foto resept)
"Qız xəstəliyi" - bu nədir?
Bu gün 12 dərəcə şaxta gözlənilir
2019-cu ilin ən varlı adamları - Siyahı
Oktyabrın son günləri üçün hava proqnozu
"Bizim hikaye" erkən FİNAL edir-SƏBƏB
Körpələrlə necə vaxt keçirməli?
Eynəyin şüşəsi buxarlanırsa...
Summativ qiymətləndirmələr dərs vaxtında keçirilməyəcək-YENİLİK
"Taxt oyunları"nın hər bölümü üçün 500 min alırmış-FOTO
Dünyanın ən təhlükəsiz şəhərləri















- ŞƏRHLƏR