Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində döyüş postunda şəhid olmuş leytenant Allahverdi Baxışlı bu gün Hacıqabul rayonunda dəfn edilib.ANS PRESS Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hacıqabul rayon İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən rayon ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər. Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş atası Əbülfəz Baxışlının adını daşıyan küçədə yerləşən mənzilin qarşısında, leytenant Allahverdi Baxışlının vida mərasimi təşkil edilib.Mərasimində Müdafiə Nazirliyi Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani gənc zabitin Vətənə xidmət peşəsinə həsr etdiyi qısa, lakin şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərindən danışıb. Sonra mərasimdə iştirak edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rayonun 90-dək şəhid verməsini xatırladıb. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ona minnətdarlıq ifadə edib. Mərasimdə çıxış edən Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov torpaqlarımızın müdafiəsi zamanı şəhid olanlarla qürur duyduğunu, onların daim xatirələrdə yaşayacağını, tezliklə şəhidlərimizin intiqamının alınacağını və dövlətimizin dəstəyilə işğal altında olan tarixi torpaqlarımızın azad ediləcəyinə əmin olduğunu bildirib.Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə Hacıqabul şəhərinin Şəhidlər Xiyabanına aparılıb.Şəhid Allahverdi Baxışlı əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hacıqabul rayon İcra Hakimiyyəti adından əklil və gül dəstələri qoyulub. Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün Şəhidin ailəsinə təqdim edilib.
Bayrağı qəbul edən şəhidin babası Baxış kişi ağır itki olmasına baxmayaraq, övladlarının - oğlunun və nəvəsinin, şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiklərini qeyd edərək, vida mərasimini yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına, Müdafiə Nazirliyinin və rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanlı polis qadın hər kəsi heyrətləndirdi -VİDEO
Obama ailəsi Ağ Evdən bura köçür - FOTO
Bakı bazarlarında yeni bahalaşma
Sezonun trendi: Yumşaq dəri
Dəblə geyinən xanımlara ziyafət çantaları
Simmetrik çevrələr
Əhaliyə xəbərdarlıq olundu - Güclü istilər...
Televizor uşaqların inkişafına mane olur
Parisdə Novruz bayramı qeyd olunub - FOTO
HAVA necə olacaq?- 12 fevral
"Yalançı" göz yaşları
Erməni təxribatı bitmək bilmir: mövqelərimiz atəşə tutuldu
Bu şəxslər kommunal xərclərdən azad edildi
Dünya şöhrətli fotoqrafın 28 illik arzusu çin oldu: “Azad Şuşada ilk çay...” -
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Saçların tez yağlanmasının səbəbləri
Xalq artisti İlham Əsgərov vəfat edib
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
Hava haqqında
Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə
Körpə ağlamağında gizlənən fayda
Məşhurlara məxsus bahalı üzüklər
Hamilə qadınlardan gözlənilməz hərəkət
Burada artıq 2020-ci ildir
Koronavirusun qulaqlara təhlükəli təsiri
BÜRCLƏR bizə nə vəd edir?-15 Avqust
11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticəsi elan olundu
Uşaq şeirləri
Emindən yeni KLİP-VİDEO
Kredit kartları cibimizə zərər, yoxsa fayda verir?
Ermənilər Şahbulağı da saxtalaşdırdı: Qalaya xaç işarəsi vuruldu - RƏSMİ + FOTO
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Dünya əhalisinin yarısı yox olsa, nə baş verər?
Müge Anlı onları geridə qoydu
Nəhəng qeyri-adi dəniz canlısı aşkarlandı-FOTO
Putin İlham Əliyevə məktub göndərdi
Hər kəs BU GÜNÜ GÖZLƏYİR: sabah başlayacaq və...
Qan vermək haqqında
Məşhur aktrisanın son halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Birinci qadın öləcək...
İran və Azərbaycan arasında altı ay ərzində ticarət mübadiləsi 285 milyon dollar təşkil edib
Zeynep Bastık toyunu növbəti dəfə təxirə saldı
BÜRCLƏR bizə nə vəd edir? -15 MAY
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
Yağış yağacaq
Prezident müğənni ilə bağlı sərəncam imzaladı
Obama azərbaycanlı tələbəni mükafatlandırdı
Zerrin Özer bir daha məhkəməyə müraciət etdi
Buxar maskasının faydaları















- ŞƏRHLƏR