Qoç - ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil.
Səhhətinizi düşünün.
Buğa - yaşamınızın kommunikativ yönlərinə xüsusi diqqət yetirin. Diplomat olun, sərt məqamlarda qarşı tərəfin maraqlarını nəzərə alın. Dialoqun yüksək səviyyədə olmasına can atın. Belədə zəruri məsələlərdə güzəştə asanlıqla nail ola bilərsiniz.
Günün ikinci yarısında mübahisələri alovlandırmayın. Bundan sonrakı hərəkət və ya fəaliyyət istiqamətinizlə bağlı tərəddüdləriniz varsa, bir qədər nəfəs dərin. Düşünün, götür-qoy edin. Yaşananların məcrasını araşdırın.
Daxili səsinizi dinləyin. İntuisiyanız sizi aldatmayacaq.
Əkizlər - var gücünüzlə çalışmağa ehtiyac yoxdur. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz. Üstəlik, yanınızda olan insanlardan biri qayğı və işlərinizin hamısını olmasa da, əhəmiyyətli hissəsini boynuna götürməyə hazırdır.
Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox mürəkkəb və ağır təsir bağışlasa da, narahat olmayın.
Optimal çözüm yolunu seçə bilərsiniz.
Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişlidir.
Xərçəng - günün ilk yarısında yalnız öz qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz. Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq.
Günün ikinci yarısında romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni ideyalar əxz edə bilərsiniz. Yaxın gələcəklə bağlı ümumi planları təxirə salmayın.
Axşam saatlarında normal istirahət edin.
Şir - diqqətli və sayıq olun. Yaşanan olayları həssaslıqla izləyin. Parlayan hər şey qızıl deyil. Bununla belə, unutmayın ki, kölgədə qalan hər şey diqqətinizə dəyməz. Qəflətən nəzərinizə dəyən məsələləri araşdırın.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı peşəkar fəaliyyət müstəvisində tam reallaşdırın. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın.
Anlaşmalarda şərtlərlə diqqətlə tanış olun. Maliyyə və əmlak sənədlərində səhvlərə yol verməyin.
Qız - dostların yardımından, təcrübəli həmkarlarınızın məsləhətlərindən imtina etməyin. Hadisələrin axarından bixəbər qalmayın. Gərəkli informasiyanı, aradığınız məlumatı dostlardan ala bilərsiniz. İnternetin yaratdığı üstünlüklərdən istifadə edin.
Günün ikinci yarısında diqqətli, təmkinli davranın. Yeni layihənin reallaşdırılması üçün yaxşı imkanlar yaranır. Peşəkar məziyyətlərinizi gücləndirin.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - tərəfdaşlar və şəriklərlə əlaqələri intensivləşdirin. Görülən işlə bağlı vəzifə bölgüsünü dəqiqləşdirin. Ambisiyalarınız reallığı üstələməməlidir. Borcları qaytarın, bədxahların sevinməsinə imkan verməyin.
Günün ikinci yarısında pullarınızı sovurmayın. Maliyyə vəsaitinizin qədrini bilin. Borc verdiyiniz insanlara ödənişlərin vacibliyini xatırladın. Sizi maraqlandıran məsələlərdə inadkar olun. Güzəştlərə izafi meylli olmağınız zəiflik kimi dəyərləndirilə bilər.
Mühüm sənədlərin yenidən hazırlanması üçün əlverişli zamandır.
Əqrəb - yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda harmoniyaya nail olun. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Münasibətlərin sizə prinsipiallıqdan daha önəmli olduğunu qarşı tərəfə göstərin.
Gəlir şanslarından yararlanın.
Günün ikinci yarısında boşboğaz, intriqant, xudpəsənd insanlardan uzaq durun. Önəmli məsələni qulaqardına vuraraq ikinci dərəcəli problemlərin həllinə başlamayın. Müzakirələr və diskussiyalar üçün əlverişli zaman axşam saatlarıdır.
Oxatan - sentimental olmayın, hisslərin əsirinə çevrilməyin. Əhvalınız stabilliklə fərqlənmir. Cari situasiyaya uyğun addımlar atın. İşdə və evdə təmkinli olun. Ailə üzvlərinin müraciətlərini cavabsız qoymayın.
Günün ikinci yarısında çətin vəziyyətdən çıxış yolu mütləq var. Yalnız öz ehtiyaclarınızı düşünməyin. Doğmalara və dəyər verdiyiniz insanlara sözdə yox, əməldə yardımlar edin.
Təsərrüfat problemlərinin əhəmiyyətli qismini həll etmək olar. Dövlət qurumlarının mənsubları ilə təmaslarınızın effektiv olmasına can atın.
Sayıq davranın.
Oğlaq - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar görüş və informasiyalarla zəngindir. Mühüm məsələ ilə bağlı çıxış yolunu tapa bilərsiniz. Uzun müddətdən bəri təhtəlşüur səviyyəsində gözlədiyiniz olay yaşanacaq.
İndiyədək başlaya bilmədiyiniz, ağır sandığınız işə start verə bilərsiniz.
Günün ikinci yarısındakı olaylarda dostlar aktiv rol oynayacaqlar. Yeni ideyalar və təkliflər səslənəcək. Gözləntilərin bəzilərinin doğrulmaması problemlər yaradacaq. Hisslərinizin köləsi olmayın. Yeni məqsədə doğru irəliləyin. Stimul aramayın.
Dolça - süst və tənbəl olmayın. Qida rasionunuza fikir verin. Orqanizm üçün zərərli ərzaqlar və qidalar yeməyin. Daha çox hərəkət edin, aktiv olun. Başladığınız işləri yarımçıq qoymayın.
İmkanlarınızı və potensialınızı dəqiq qiymətləndirərək yeni layihəyə başlayın. Tələskənliyə yol verməyin. Yeni mebel almaq, kosmetik təmirə başlamaq olar.
Biznes, yaşam arealı, məişət problemlərinin həll yolları ilə bağlı yeni ideyaların yaranması istisna deyil.
Bədxərclik etməyin, maliyyə vəsaitinizin qədrini bilin.
Balıqlar - günün ilk yarısından etibarən qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə, iradə ilə irəliləyin. Nikbin olun, emosiyalara qapılmayın. Sizi nə isə narahat edirsə, bütün diqqəti işə yönəldin.
Günün ikinci yarısında gərgin situasiyada düşünülməmiş addımlar atmayın. İştahın artması, hissiyatın güclənməsi olacaq. Önəmli məsələlərdə bütün detalları hesablayın, təfərrüatlara fikir verin
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hamı öz pensiyasını hesablaya biləcək - VİDEO
ANAMA ləğv edildi
"Rus turistlərin Türkiyəyə səfəri bərpa oluna bilər"
Bakı polisi vətəndaşlara çağırış edib
Ukraynada ölüm sayı: 3543
Bu şəxslərə pul veriləcək - Baş nazir qərarı təsdiqlədi
Azərbaycanın Xocavənd rayonunun işğalından 27 il ötür
Maddələr mübadiləsi üzrə tipiniz
Azərbaycanlı şagird dünya çempionu oldu
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlandı
Heyva cemi ilə tez hazırlanan piroq (foto resept)
Az süd əmməyin zərərləri
Bakıdakı telefon şirkətlərinin müştərilərə yeni pul tələsi
3 il sizlərlə - Yeniliklər...
HAVA necə olacaq?- 17 fevral
Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başladı - VİDEO
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
Məktəbə yeni başlayan uşaqlar üçün valideynlərə tövsiyələr
"Vetnamka" tortu (foto resept)
Avtomobil kreditləşməsi bərpa edildi
13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Notr-Damın yanma SƏBƏBİ
Putindən Serjə yeni qadağa
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Hava qovuracaq
Leyla Əliyeva milyonuncu ağacı əkdi
Mütəxəssislərdən sağlam bədənin sirləri
Suya borcu olanlar yandı
Oyuncaqları kim yığışdırsın?
60 yaşlı cavan
Evliliyi gücləndirən 5 vərdiş
Telefonunuz zəlzələ barədə sizi XƏBƏRDAR EDƏCƏK - “Google” yeni şəbəkə qurur
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4268 yeni yoluxma
Bütün kalorilər yansın!
Ev şəraitində bilərzik hazırlayaq
Günün qoroskopu: Bədxərclik etməyin!
Evlənmədən əvvəl bunları nəzərə alın
Toxunma əl işləri
Rusiyada koronavirusun müalicəsinin yeni üsulu tapıldı
Saat modelləri
Melaniya Trampın yeni imici bəyənilmədi - FOTO
Ronaldu bir qolla iki yeni rekorda imza atdı
Nazirlikdən Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANAT
BQXK girovlarla görüşüb
“Növbəti 3-4 ildə Azərbaycanda təmirsiz kənd yolu qalmayacaq”
Fransa polisindən biabırçılıq: 10 yaşlı dörd türk uşağı həbs etdilər
Neçə milyon olduq?
Bürclər hansı xüsusiyyətləri ilə FƏXR ETMƏYƏ LAYİQDİR?
Bakı yaxınlığında yeni şəhərcik salınacaq














