O, bir insandır əslində, kənardan hər kəs onu heykəl bilir, kimin üçün isə sadəcə büstdür, sinədən yuxarıya baxır hər kəs ona, bir də kişilərin bəzisi üçün arzulanan qadındır, “dır-dır etmir”, susur, danışmır… Hiss və həyəcanları, fikirləri içindədir, onun dilini kimsə anlamır, səsini kimsə eşitmir…
O, içində ağlayır, bəzən yağış yağanda bəxtiu gətirir, üstü su olduğundan, kimsə anlamır ki, o, ağlayır, hər kəs onun simasındakı suyun yağışın suyu zənn edir…
O, bir qadındır… Cəmiyyətdə öz sözünü demiş, seçilmiş qadın… Kimin üçün isə dostdur, kimisi onunla fəxr edir, kimisi anlamayıb təhqir edir, söyür, heykəllərimizi də ələ salan, təhqir edənlər, söyənlər, anlamayanlar var, az deyil onların sayları axı…
O, həm Şeytana lazımdır, həm də Allaha… O, Allaha öz bildiyi kimi dua edir, qəlbinin səsini eşidə bilir, tənhalığa o qədər öyrəşmişdir ki, evində belə dəyişiklik etmişdir, mebellərin yerini təkbaşına dəyişmişdir, tənha adamın evinə bənzəyir indi evi…
Allah ona nə vermişdir, bilmir, amma Şeytana çox lazımdır ona verilən… Şeytan bir gün yuxusuna girir, digər bir gün xeyir mələkləri girir, bir gün qaranlıqda olur yuxusunda, bir gün aydınlıqda… O, insanları kitab kimi oxuyur, tanıyır, müşahidə edir, təhlil edir, susur… O, insanları anlayır, dinləyir, dəstək olur, əvəzini gözləmədən… Onda gizli nəsə var, tam anlaşılmayan, açılmamış, gizlilikdən çıxmayan… Özü də anlamır nədir… Allahdandırmı, Şeytandandırmı? Şeytan niyə belə ciddi cəhdlə onun qəlbini əlindən almaq istəyir? Şeytanla da az olmayıb üsniyyəti yuxularında, aldatmaq istəyib o, Şeytanı düz 3 dəfə… Sonda verməyib qəlbini, məğlub olmayıb, itkiləri çox olsa da…
O, dindən üz döndərib, tanıdığı bircə varlıq Allahdır, qorxmur Allahdan, sevir…
Cənnətə və cəhənnəmə inanmır… Çəkə biləcəyi dərdi, yükü çəkir, şikayət də etmir… Razıdır həyatından… Ona həsəd aparanlar, paxıllıq edənlər də, az deyildir… Atırlar daşı, ləkələyirlər, üstünü cızırlar, nəsə yazırlar, heykələ etdikləri kimi, bircə soyundura bilmirlər, nə ruhunu görürlər, nə də iç dünyasını… Soyuqdur, biganədir kənardan baxan üçün… Əslində, içində nələr baş verir, özü bilir…
O, yazır, yazdıqca, sanki rahatlıq tapır, heykəl kimi quru, emosiyasız görünə bilər, selfi çəkmək istəyə bilərlər onunla, tanısalar da, tanımasalar da…
Heykəl kimi zahiri görkəmi çəkir insanları özünə… İçi kimisə maraqlandırmır… O, hər kəs üçün heykəldir, özü üçün isə sağ insan… Yaşamaq istəyən insan…
O, bir insandır, yanlışları da var, doğruları kimi… Özünü mükəmməl saymır, mükəmməl olmağa da can atmır… Nə varsa, onundur…
Onun içində tükənməz enerji vardır… Qapandıqca, qapanır, ictimai sima olsa da, son vaxtlar… O, susur, gözləyir… Həyatı davam edir… Eyni yerdə, məkanda, eyni simada, zaman ötür, o isə həminkidir, dəyişmir yerini, möqeyini… Köçürtməsələr, təmirə aparmasalar, yeri kiməsə lazım olmasa, yerindən məmnundur…
Heykəl kimidir, daşı atırlar, hər kəs onu sınmaz, möhkəm, güclü bilir, heykəl kimi… Ağrımır dəyən daşların yeri, yaralamır onu… Süni materialdandır sanki, nə yağış onu paslayır, nə qar, nə külək, çovğun ona maneədir, təhlükəlidir, nə də ki, günəş…
Atılan palçıq, çamır, üzərində qalan ləkələri də vecinə almır artıq… Çünki o, əslində əlçatmazdır, toxunsalar da, əl vursalar da… İç dünyası toxunulmazdır…
Cəmiyyət çoxluqdur, fərdlərdən ibarətdir əslində, hər bir fərd isə özünə görə fərdidir, amma kiməsə qarşı lazım olanda, elə birləşir ki, elə həmrəy olur ki, sözlə deyiləsi deyildir…
Cəmiyyətə maraqlıdır bu heykəlin keçmişi, gələcəyi, indiki dövrü… Niyə o, heykəldir?! Cansız Heykəl, Ruhsuz Heykəldir hər kəs digər bir kəs üçün anlamadığı zaman…
O, əslində bir insandır, kiminsə qızı, bacısı, anası, xanımı, sevgilisi, nəvəsi…
Günel Fərhadqızı
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Koronavirusa təkrar yoluxmadan dünyada ilk ölüm qeydə alınıb
İş görüşməsi üçün necə geyinməli?
Bu ölkə də Aİ-ni tərk edir?
Ən Çox qazanan ulduzlar-SİYAHI
Dünya modasında ilk dəfə - çantaları dronlar göstərdilər
Roma papası Harli Devidson motosikletini satır
Portağallı peçenye (foto resept)
Şimali Koreyada bu gün qurultay keçiriləcək
200 manat almaq üçün sənədlər
Mənim arıqlama sirrim
Yeriş qaçışdan yorucudur
Bu şəkli çəkən azərbaycanlıdır.
Koronavirusla bağlı ŞOK NÜANS: bu xüsusiyyəti 10 qat artıb
Koronavirusla bağlı son STATİSTİKA
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Şahzadə Harri Meqan Markla 1 milyon dollar xərclədi-FOTO
Sabahın HAVAsı
Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
Putinin çatışmayan cəhəti
Burak Özçivit serialından 1,3 milyon alacaq
İnsanların ömür müddəti altı il uzanıb
“Arsenal”ın ulduzu İngiltərə kubokunu sındırdı - VİDEO
Qaxda qeyri-adi hadisə olub
Azərbaycan tarixindən yüz şəxsiyyət-83
Televizor, planşet uşaqları lal edə bilər - HƏKİMLƏRDƏN HƏYƏCAN TƏBİLİ
"Uşaq pulu" bərpa edilir? - Nazirlik RƏSMƏN AÇIQLADI
Pomidor souslu kotlet (foto resept)
Dəyişən moda qaydaları
Məşhur aparıcının FOTOsu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Ayrılmağı Serenay istəyib
Bakı 15 gəzməli şəhərdən biridir
Ağcaqanaddan tamamilə qoruyan geyim hazırlandı
Hava haqqında
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Ani Lorak paylaşdığı FOTO ilə HEYRƏTLƏNDİRDİ
Özünü disney qəhrəmanlarına bənzədən qız
Yeni il qabağı Bakıda ucuz kənd təsərrüfatı məhsullarını haradan almaq olar? - SİYAHI
Sağlam yuxu üçün nə etməli?
Qırmızı kürülü suşi (foto resept)
Prezident məktəbdə oldu
Qəbul Müsahibələri apreldən başlanacaq
Bu günün hava proqnozu
Məktəbəhazırlığı Azərbaycan bölməsində oxuyanlar digər dildə təhsil ala bilər?
Əzilmiş maşınları sənət nümunəsinə çevirənlər
Yapon əzgilinin faydaları
Mesut Özil azərbaycanlılara səsləndi:"Qardaşlarım...."
Sentyabradək 6 yaşı tamam olmayan uşaqlar I sinfə götürüləcəklərmi?
Azərbaycanda müəmmalı hadisə: Evdəki əşyalar öz-özünə yanır, azan oxunanda sönür - VİDEO
Sızanaq izlərini yox edən maskalar
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi yardım göstərəcək?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]