İlk dəfə “sən hər şeysən,səni heç bir şeyə dəyişmərəm” dediyin zaman əslində mən bilirdim gedəcəyini… Eşq budur,deyəsən?! Getmə deyə bilmədiyim kimi, gəlmə də deyə bilmədim… Deyə bilməzdim…Bir az da olsa mənim olmağın, bir az da olsa məndə qalmağın bəs idi mənə bəlkə də… Heç mənim olmamağındansa… Bəlkə də bəs idi mənə yalan olduğunu bilərək verdiyin sözlərlə yaşamaq… Bir az da olsa eşqi səninlə dadmaq…
Bilmirəm…Bəlkə də bilirdim, ancaq imkansıza inanmışdım… Getməmə ehtimalına qapılmışdım… Bəlkə də getməyini istəmədiyim üçün idi… Bütün bildiklərimi, bütün inandıqlarımı unutmaq istədim və açdım qapılarımı bəlkə də… Kim bilir…
Yaşamadığım bir şeyi dadmaq istəmişdim bəlkə də səninlə…Bir günə bir ömür sığdırmaq istəmişdim… Heç beləsini yaşamamışdım… Bəlkə də onun üçün açdım qapılarımı bütün cəsarətimlə… Xoşbəxt sonla bitməyəcəyini bilə-bilə…
Sevdiyini bilirdim… Gedərkən belə, ürəyində olacağımı bilirdim… Bəlkə də əfsanə olmaq istəmişdim…Xatırlayırsanmı, hər dəfə sənə “əsl sevgilər qovuşmur, bax Leyli-Məcnun qovuşmadı” deyəndə, gülürdün mənə, “biz qovuşacağıq” deyirdin…İki nəfər sevəndə, qovuşmursa, bax o əfsanə olur…Biz də əfsanələrə qarışdıq, birdənəm…
Kim bilir, sonum ol istəmişəm bəlkə də…Sənsiz səni yaşamaqdansa…Səni heç bilmədən, səni heç dadmadan bir ömür yaşamaqdansa, sənli keçən qısa bir zamanın ardından son olmaq istəmişəm bəlkə də…
Sən uzaqlaşarkən, hər atdığın addımda yox olmaq istəmişəm bəlkə də…
Bəlkə də heç nə istəmirdim… İstədiyim bircə şey sadəcə sən idin…Sən də getdin…
Desəm ki, üzülürəm, desəm ki, peşimanam, inanma… Mən səndə özümü tapdım və elə səndə də itirdim… Bəlkə də mən sadəcə səndə yox olmaq istəyirdim…Kim bilir… Bəlkə də…

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR