Bu fonda lizinqlə avtomobil satışına diqqət və maraq artmaqdadır. Belə ki, bankların avtomobil kreditlərinin şərtlərini sərtləşdirməsi nəticəsində satışları azalmış avtomobil mərkəzləri çıxış yolunu lizinqdə tapıb. Artıq Azərbaycanda “Mazda”, “Honda” “Subaru” və “Mitsubishi” avtomobillərinin rəsmi satış mərkəzləri yeni lizinq şərtləri ilə kampaniyaya başlayıblar. “Honda” avtomobil mərkəzindən mətbuata bildirilib ki, avtomobillərin lizinq ilə satışına yerli lizinq şirkətlərindən biri ilə əməkdaşlıq əsasında başlanılıb. İndi bütün “Mazda”, “Honda” “Subaru” və “Mitsubishi” modellərini cəmi 20% ilkin ödəniş etməklə, illik 14-16 faizlə, 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. Avtomobilin dəyərinin 50%-ni əvvəlcədən ödəyənlər isə qalan hissəni 14%-lə lizinqə götürə bilərlər. Bu halda avtomobil lizinq şirkətinin adına rəsmiləşdirilir və lizinq üzrə borc ödənildikdən sonra şəxsin adına keçirilir. Həmin müddətdə avtomobil lizinq şirkətinin verdiyi etibarnamə əsasında idarə olunur.“Honda” mərkəzindən, həmçinin bildirilib ki, avtomobillərin bank krediti ilə yeni şərtlər əsasında satışı da həyata keçirilir. Bu halda ilkin ödəniş 50%, kredit faizi 14%, müddəti isə 5 ilə qədər təşkil edir. Aydın görünür ki, lizinqlə satış və alış artıq daha sərfəlidir və maşın bazarının özündə belə, artıq bu təcrübədən istifadə edənlərin sayının artması gözlənilir. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrin əksəriyyətində insanlar avtomobili lizinq yolu ilə əldə etməyə üstünlük verirlər. Məsələn, Almaniyada avtomobili lizinq yolu ilə əldə etmək daha populyardır. İsraildə isə il ərzində satılan bütün avtomobillərin 70%-i lizinq yolu ilə satılır.
Lizinq kreditlə müqayisədə daha uzunmüddətli və illik faiz dərəcəsi aşağıdır.Artıq avtomobil satış mərkəzlərində məhz bu amillərə üstünlük verilməsinə başlanır. Üstılik, liznqdə girov tələb olunmur, elə avtomobilin özü girov rolunda çıxış edir. Bu da lizinqlə satışın daha da stimullaşmasına təkan verir.
Amma bu üstünlükləri ilə yanaşı, lizinqin mənfi cəhətləri də var. Belə ki, lizinqlə avtomobili alan zaman avtomaşının mülkiyyət hüququ lizinq şirkətinə məxsus olur. Lizinqlə aşağı qiymətli və işlənmiş avtomobillərin alınmasında bəzi məhdudiyyətlər var. Başqa bir məsələ odur ki, lizinq sənədləşməsi 3 gündən 10 günə qədər çəkə bilər. Kreditdə isə bu müddət yarım saat çəkir. Avtomobil satıcıları sənədləşməni yerində edə bildiklərindən, daha çox alıcılarına krediti məsləhət görürlər.
Açıqlanan rəqəmlərə görə, avtomobil kreditləri məhdudlaşdırılandan sonra lizinqlə satış təxminən 15 faiz civarında artıb. Çox az bir müddət bundan əvvəl avtomobil krediti bazarındakı sıxlığı nəzərə alsaq, 15 faizlik artım heç də adekvat hesab olunmamalıdır. İnsanların lizinqə marağının azlığı isə həm məlumatsızlıqdan, həm də etimadsızlıqdan irəli gəlir. Yuxarıda da qeyd etdiyimiz kimi, lizinqlə satılan əmlaka mülkiyyət hüququ lizinq müddətinin sonuna kimi satıcıda qalır. Bu isə alıcılarda bir qədər inamsızlığa səbəb olur. Digər tərəfdən, lizinq indiyədək avtomobil satışında o qədər də populyar üsul olmadığı üçün hələlik bir çoxları onun şərtlərindən xəbərsizdir. Üstəlik, lizinq zamanı daha çox üstünlük verilən yeni avtomobillər baha olduğundan alıcıların heç də hamısı bundan yararlana bilmir.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun fikrincə, lizinq şərtlərinin yumşaldılması avtomobillərin bu yolla alınmasına marağı artıracaq: “Avtomobil kreditlərinə tətbiq edilən məhdudiyyətlər həm avtomobilin kredit, həm də lizinq yolu ilə satışını bir qədər məhdudlaşdırır. Bu, aradan qaldırılsa, təbii ki, avtomobillərin satışı yüksələcək. Bir şeyi nəzərə almaq lazımdır ki, lizinqlə avtomobillərin satışında əvvəllər də arayış tətbiq edilirdi. Yəni gəlirləri təsdiq edən sənəd tələb olunurdu. Bütün hallarda, lizinqlə satılan avtomobillərə tələbatın artacağı gözlənilir. Ona görə ki, əvvəllər digər ölkələrdən fərqli olaraq bizdə lizinqlə kredit arasında elə bir fərq yox idi. Ancaq mövcud lizinq şərtləri bir qədər yumşaldılsa, avtomobillərin lizinqlə satışı daha da artacaq”.
Mənbə: Kaspi.Az
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi