
- Əslində, islama görə, dinin xüsusi bir rəngi yoxdur. Bütün rəngləri Allah yaradıb və onların hamısı gözəldir. Hər bir rəng öz yerində olduqda göz oxşayır. Bu mənada rənglər arasından xüsusi olaraq hər hansı birinin tərcih edilməsi doğru olmaz. İslam universal, cahanşümul dindir, onu hər hansı bir regionla, yaxud millətlə, irqlə, zaman və məkanla məhdudlaşdırmaq düzgün olmadığı kimi ayrıca bir rənglə də məhdudlaşdırmaq doğru deyil. Amma islam insanları mənəvi mənada, məcazi və simvolik olaraq bir rəngə boyanmağa çağırış edir. Bu rəng Allahın “rəngidir”. Allah “Quran”da buyurur: “(Ey iman gətirənlər, deyin: ) (Biz) Allahın rənginə boyandıq. Allahın rəngindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”. (Bəqərə surəsi, ayə 138). İlahi rəngə boyanmaq... Bu çağırışla Allah insanları ilahi-mənəvi dəyərlərə sarılmağa, mənəviyyatlı həyat sürməyə, saf iman və saleh əməl sahibi olmağa dəvət edir. Bax əslində islamın rəmzi elə bu mənada Allah rənginə boyanmaqdır. Bununla bərabər, tarixdən şahidi olduğumuz kimi, islam dininin ardıcılları islam üçün rəmzi olaraq yaşıl rəngi tərcih etmişlər. Bu bilavasitə dinin özü ilə, ilahi buyruqla bağlı deyil, sadəcə əsrlərdən bəri islam mədəniyyətinin tərkib hissəsinə çevrilmiş bir ənənədir. Yəni qaynağı ilahi deyil, insanidir. Müsəlmanların rənglər arasından məhz yaşıl rəngi seçməsinin də səbəbləri var. Biz, misal olaraq, yaşıl rəngin islamın rəmzi kimi qəbul edilməsinin iki cəhətini göstərə bilərik. Bunlardan biri müsəlmanların dini prizmadan bu dünyaya olan baxışları, digəri isə axirət həyatına olan baxışlarıdır. Belə ki, yaşıl rəng bu dünyada sanki bir həyat rəmzidir. Özündə canlı təbiəti, təbiətin oyanmasını, həmişəyaşar olmasını, baharı təcəssüm edir. İslam dini də bir həyat dini olaraq bu rənglə təsvir olunur. Axirət həyatına gəldikdə, “Quran”da cənnətin təsviri sanki yaşıl rəng ilə səciyyələndirilir; ağaclar altından çaylar axan meşəliklər, bağ-bağça təsviri göz önündə yaşıl rəngi canlandırır. Hətta bir ayədə cənnət əhlinin geyindiyi libasın (Kəhf surəsi, ayə 31), başqa bir ayədə isə söykənəcəkləri balışın (Rəhman surəsi, ayə 76) yaşıl rəngdə olduğu qeyd edilir. Başqa bir ayədə də iki cənnət bağından söhbət düşdükdə barəsində belə deyilir: “Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar” (Rəhman surəsi, ayə 64).
Din də insanı gözəl iman və gözəl əməllər sahibi olub cənnətə - əbədi səadətə səsləyir. Bu mənada yaşıl rəng əbədi səadət rəmzinə çevrilir və dinin rəmzi kimi qəbul edilir.
Yeri gəlmişkən, “Quran”ın 9 ayəsində yaşıl rəngə rast gəlinir ki, onlardan bəzilərində bu dünya - təbiət aləmi, bəzilərində isə axirət həyatı - cənnət haqqında bəhs edilir.
Rəvayətlərdə Məhəmməd peyğəmbərin öz geyimində daha çox yaşıl rəngə üstünlük verdiyi, yaşıl rəngli libasları sevdiyi haqda məlumatlar var.
Bütün bu kimi subyektiv amillər, görünür, islam mədəniyyətində yaşıl rəngin dinin rəmzi kimi qəbul edilməsində təsirli rol oynayıb. Əsrlər boyunca yaşıl rəng islam dinini, müsəlman mədəniyyətini simvolizə edib və bu, ölkəmiz də daxil olmaqla bir çox müsəlman dövlətlərin bayrağında da öz əksini tapıb. Amma bir daha qeyd edək ki, bu ənənə ilahi vəhydən qaynaqlanmır və tarixin axarında müsəlman mədəniyyətinin ərsəyə gətirdiyi bir hadisədir. Dinin tələbi, hökmü deyil, sadəcə bir ənənədir.
İslamın ilahi vəhydən qaynaqlanan rəmzi rəngi insanların ilahi rəngə boyanması, yəni Allah adamı olması, ilahi-mənəvi dəyərlər əsasında həyat sürməsidir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çəhrayi uggilər
Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ
Psixoloji xəstəliklər - 2
Məşhur Dr.Dukan arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ - MÜTLƏQ OXUYUN!
Bakıda Xəzərin ən böyük limanı tikilir
İŞİD "ürəyi"ndən vuruldu
Təqaüd almaq istəyənlərin nəzərinə!
Avtobuslarda kart sisteminin tətbiqinə başlandı
Ronaldu tarixin ən yaxşı futbolçusu oldu - FOTO
Makiyajın tarixi
Düyü pəhrizi
Kəlbəcərin Aşağı Ayrım kəndindən görüntülər - VİDEO
Nescafeli Muffin (foto-resept)
“Başıma çox kitab çırpıblar”
İrem Derici hər kəsi təəccübləndirdi
Güldürən heyvanlar
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Məsləhət istəyirəm
Duyğu Şənyürək
Burak Özçivit yeni foto paylaşdı-FOTO
Bakı-Biləcəri sahəsində dəmir yolunun təmiri başa çatır
Beyniniz onu istər
Parada hazırlıqla əlaqədar bu yollar bağlanacaq
Uşaq otağı üçün pərdə seçimi
Sevimli dibçəyim - beqoniya
Zəkanın zəfəri
Avropanın ən ucuz qış xizək kurortu məlum oldu - FOTO
Qadın.netlilərin tərcümeyi-halı 7
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 286 yeni yoluxma
Qara şalvar tərzi üçün tövsiyələr
Azərbaycanda regionlar üzrə koronavirusa yoluxma statistikası açıqlandı - RƏSMİ
Nemtsovun Əliyev etirafı
28 min azərbaycanlı geri döndü
Ondan imtina edən kəfənini hazırlasın
Azərbaycanda özəl bağçalar ucuzlaşır?
Əsgərliyə çağırış başlandı
Göz kreminin düzgün istifadəsi
Romantik filmlər
"Üç qəhrəman" tortu (foto-resept)
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
Mavi, bənövşəyi pudinq (foto resept)
Şirvandakı partlayışla bağlı yaralıların sayı AÇIQLANIR - YENİLƏNİB
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Deputatlara avtomobildən istifadə qadağan edildi
Meryem Üzerli tənqidlərə məruz qaldı-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-12 Sentyabr
TQDK abituriyentlərə müraciət etdi
Dəlisov ayaqqabılar
Bülent Ersoy sətəlcəm oldu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]