
Bir gün əvvəl isə bayram axşamıdır. İslam qaydalarına görə, bayram axşamı müsəlman evindən fitrə pulu çıxarmalıdır.
Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşına fitrə pulunu 5 manat müəyyən edib. Fitrə pulunun qədəri necə müəyyən edilir?
"Media Form"saytının sualını cavablandıran ilahiyyatçı Elşən MustafaoğluRamazan ayının sona çatması münasibətilə verilən fitrə zəkatı haqda bunları deyib: “İslama görə, Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur. Bayram günündə imkanı çatan hər müsəlman özü və öhdəsində olan şəxslər üçün fitrə zəkatı verir, bununla bayram sevincini ehtiyaclı ailələrlə də paylaşmış olur. “Quran”ın 30 ayəsində zəkatdan söz açılır, bu ayələrdən bir neçəsində Allah zəkat verilməsini əmr buyurur. Məsələn, Nur surəsinin 56-cı, Müzzəmmil surəsinin 20-ci, Mücadələ surəsinin 13-cü ayələrini göstərmək olar. Bununla bərabər bir çox digər ayədə də sədəqə və infaq, yəni Allah yolunda malından-pulundan xərcləmə, ehtiyaclılara əl tutma, yardım etmə haqda buyurulur.
Fitrə zəkatının vacibliyini Məhəmməd peyğəmbər hicri 2-ci ildə, Ramazan ayı bitdikdə oxuduğu xütbə zamanı buyurub. Peyğəmbər və imamlardan nəql edilən rəvayətlərdə, hədis toplularında fitrə zəkatının önəmi qeyd edilib. Rəvayətlərdən birində İmam Cəfər Sadiq buyurur: “Namaz bitdikdə peyğəmbərə salam deyildiyi kimi, orucluq da sona çatdıqda fitrə zəkatı vermək lazımdır”. Başqa bir rəvayətdə deyilir: “Kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər”. Bu zaman imamdan soruşulur: “Yaxşı söz və yaxşı əməl hansıdır?” İmam cavabında buyurur: “Yaxşı söz kəlmeyi-şəhadət, yaxşı əməl isə fitrə verməkdir”.
Fitrə zəkatı Ramazan ayının son günündə, axşam azanından sonra ayrılır və səhərisi, yəni Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırılır”.
İlahiyyatçı bildirir ki, fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən ərzaq növlərindən – buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalıdan adambaşına 3 kiloqram olmaqla hesablanır: “Ailə başçısı bu miqdarda ərzağı və ya dəyərinə uyğun məbləği özü, öhdəsində olan şəxslər üçün fitrə zəkatı ayırıb ödəməlidir. Bu gün adambaşına düşən fitrə zəkatının minimal həddi təxminən 1 manat 50 qəpik hesab edilə bilər. Yəni 4 nəfərdən ibarət ailə cəmi 6 manat fitrə zəkatı verməlidir. Əlbəttə, imkanı olan şəxs istəyərsə, bundan daha artıq məbləğ də verə bilər. Fitrə ehtiyaclı şəxslərə verilməlidir. Maddi vəziyyəti pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddır”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Niyə qadınlardan peyğəmbər seçilməyib?
Özcan Dəniz ata olacaq!
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
Şahzadə Harrinin Cenniferə gizli sevgisi varmış-FOTO
"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"
Günün ulduz falı - 23.02.2014
İzləyicisi Alişanı özündən çıxardı-FOTO
Autizm əsrin bəlasıdır... Analar, diqqətli olun!
Qeyri-adi TOY -FOTO
Permanent makiyaj - Mövcud risklər
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Kişilər, 8 martda xanımlara bu gülləri almayın
Ölkədə mövsümi yarmarkaların fəaliyyəti dayandırıldı
Xəbərdarlıq: Nə içirsiniz?
Günün ulduz falı
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Günün ulduz falı
Abituriyentlərin nəzərinə: Qeydiyyat başlayır
Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB
Yağ yandıran düyü südü
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA
Qırmızı tuflilərdən qorxmayın!
Bordalonun 3D rəsmləri
Əlləri cavanlaşdıran 2 maska
Maaşlarla bağlı gözlənilən qərar verildi
Cəbhədə amansız atışma
1 həftəyə qarındakı yağları necə əritməli?
Türkiyədə koronavirusun üçüncü və dördüncü dalğası xəbərdarlığı
Bakıda hibrid avtomobillər üçün şarj avadanlıqları quraşdırılır
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Dünyanın ilk trilyonçusu Ceff Bezos olacaq
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Ruslar Şvartseneggerin paylaşımına reaksiya verdi - FOTO
Murat Boz böyük qalmaqala son qoydu
Bakıda 35 dərəcə isti olacaq
"Ləzzət" salatı (foto resept)
Londonda Xocalı aksiyası
Özbək plovu (foto resept)
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
Dünyanın ən müasir həbsxanası - FOTO
Mehriban Əliyevadan Cəbrayılın işğaldan azad edilməsi ilə bağlı paylaşım
Qadınlar sirri neçə gün saxlaya bilər?
Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi
Koronavirusdan sağalanlardan alınan qan plazmasının effektsizliyi müəyyən edildi
Neftin qiyməti nə vaxt qalxacaq?
Ətin xarab olduğunu göstərən əsas əlamətlər
Brokoli qızartması (foto-resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]