Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin davamı kimi, Gürcüstanın Abxaziya ərazisində yaşayan bir qrup şəxsin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Araşdırmalarla Gürcüstanın Abxaziya ərazisində yaşayan Seyran Kocamanyan, Qalust Trapizonyan və qeyrilərinin çağırışı və rəhbərliyi altında 20-dən çox şəxsin 2020-ci ilin oktyabr ayında qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək, Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.
Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcək.
XƏBƏR LENTİ
Şərab qırmızısı-Payızın ən gözəl rəngi
Koronavirusa yoluxanların müalicəsi dövlət hesabına aparılır - RƏSMİ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
Demət Akalın: "Ailəmiz böyüyəcək" -FOTO
"Son zəng"in tarixi açıqlandı
Bu qidaları soyuducuya qoymaq olmaz!
İnternetdə necə qorunaq?
Ədviyyatlı toyuq (foto resept)
Leyla Əliyeva YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi ilə tanış olub
17 dərəcə isti olacaq
Meqan Markl atasından danışdı-FOTO
Onlar 200 kiloqram arıqladılar - FOTO
Kiberhücumlar getdikcə kütləviləşir
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Beynəlxalq qadınlar günü dünyada...
İbrahimoviçin şərəfinə axtarış sistemi yaradıldı
Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
Hamilələrə tibbi genetik məsləhətlər
Ebola məğlub olur
Rio-2016: Ramil Boltu geridə qoydu - FOTO
Alt paltarının ömrü necə uzadılır?
Səfir: "İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir"
Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib - RƏSMİ
Köhnə geyimdən corab hazırlayaq
DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
Pekin yeni koronavirusla bağlı iyul proqnozunu verdi
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Xərçəngin qırmızı dərmanı
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Dünyada koronavirusdan daha böyük təhlükə
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
Kartof salatı (foto-resept)
Azərbaycanda daha iki şəxsdə COVID-19-a yoluxma faktı qeydə alınıb
Mükəmməl qaşlar üçün 8 qızıl qayda
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi - FOTO
Obama məşhurları Ağ evə dəvət etdi
Milli Məclis dövlət büdcəsini müzakirə edəcək
Volkswagen XL1 110 min avroya satılacaq
Qışda şalı belə bağlayın - FOTO
Aldığı əraziyə baxış keçirərkən içərisində insan qalıqları olan 300 çuval aşkarladı - FOTO
Xəyanəti aşkarlamaq üçün...
Azərbaycanla bağlı yubileylər qeyd ediləcək
"Bakı-2015"in açılış və bağlanış mərasimi ilə bağlı yeni vəd
Uşaqlar üçün şirniyyatlı dondurma (foto-resept)
Cəlilabadda qədim yaşayış məskəni aşkarlandı
Pendirli çubuqlar
Göydən od ələnəcək














