Nədir?
İnsanın nəzarətində olmayan xoruldama cəmiyyətin % 45-də görülür. Yaşla birlikdə artan xoruldama problemi ən çox kök insanlarda görülür. İnsan xoruldamaya görə yuxuda kifayət qədər dincələ bilməz. Dincəlmədən keçirilən gecənin gündüzü yuxulu, yorğun və səmərəsiz keçir. Xüsusilə, yuxu zamanı nəfəssiz qalan adamlar daha diqqətli olmalı və mütləq bir həkimə müraciət etməlidirlər. Xoruldamağın, ölçüsü və xoruldayan insanın sağlamlığını müəyyənləşdirmək üçün yuxu laboratoriyasında lazımi tədqiqlər aparılmalıdır.
Xoruldamağın ən ağır forması tıxayıcı tipdə olanı, yəni “Yuxu apnesi” deyilən formasıdır. Bu şiddətli xoruldama nəfəssiz qalan bir dövrlə kəsilir və bu zaman tənəffüs tam olaraq dayanır. 10 saniyənin üzərindəki nəfəssiz qalma növbələri bir saat içində 7-dən çox görülsə həyat ciddi şəkildə təhlükə altında deməkdir. Apneli (nəfəsin kəsilməsi) xəstələrdə yuxuda qan oksigen səviyyəsi hədsiz dərəcədə azalır.
Oksigenin düşdüyü bu dövrdə ürək qanı daha çox vurmaq məcburiyyətində qalır bir müddət sonra ürək ritmi pozularkən, illər ərzində yüksək təzyiq və ürək böyüməsi inkişaf edir.
Xoruldamağın Səbəbi Nədir?
Ağız və burun arxasındakı hava yolunda darlıq olduğu zaman ortaya çıxan gurultulu səsə xoruldama adı verilir. Dilin arxası, yumşaq damaq və kiçik dilin olduğu hissənin gənizlə birləşdiyi bölgədə avtomatik daralan bir regiondur. Bunlar bir biriləri üst-üstə düşdüyü zaman nəfəslə birlikdə titrəyir və xoruldama meydana gəlir.
Xoruldayan kəs aşağıdakı problemlərdən ən azı birinə malikdir.
-Dil və boğaz əzələlərinin gərginliyi azalmışdır.Fleksibl əzələlər kürək üstü yatanda dilin boğaz arxasına doğru sürüşməsinə mane ola bilməz. Bu hadisə spirt yada dərman alaraq zəifləmiş birinin yuxuda əzələ kotrolunun itirməsi ilə ortaya çıxır. Bəzi insanlarda yuxunun dərin mərhələsində zəifləməyə bağlı olaraq yenə xoruldama görülür.
-Boğazdakı toxumaların həddən artıq böyük olması. Böyük badamcıq vəzisi və gəniz əti uşaqlarda ən çox rast gəlinən xoruldama səbəbidir. Kök insanlarda yoğun boyun toxuması səbəb kimi göstərilir. Kist və şişlərdə nadir olaraq bu yolla xoruldama olmaqdadır.
Yumşaq damaq və kiçik dilin həddindən artıq sallanmış və uzun olması boğaza doğru hava yolunu azaldır. Hava yoluna söykəndiyi üçün bir valv kimi xoruldamağa səbəb olur.
Burun tıxanıqlığı olan şəxs hava almaq üçün gənizdə hədsiz vakum yaradır. Bu vakum boğazda kollabe olan toxumaları hava yoluna doğru çəkir. Beləliklə, burun açıq ikən xoruldamayan insanlarda xoruldama görülməyə başlayır. Buna görə bəzi insanların yalnız allergik dövrlərdə və ya qrip, sinusit olduğu zamanlarda xoruldayır.
Burun deformasiyaları bu tip burun tıxanıqlıq vəziyyəti səbəbləri kimi tanınır. Deviasyon burun orta hissəsinin yan tərəflərə çıxması olaraq tanınır. Burun içi deformasiyaları içində ən çox rastlanılanıdır.
Xoruldama Müalicə Edilə Bilərmi?
Xoruldamanın bir çox tipini müalicə etmək olar. Xoruldayan yeniyetmələr;
İdmançı həyat tərzi seçilməli,
Xoruldayan insanlar yuxu dərmanları, sakitləşdirici və antigistamin deyilən allergik dərmanlarını yuxudan əvvəl qəbul etməli,
Həddindən artıq yorğunluqdan, yuxudan 4 saat əvvəl spirtli içki qəbul etmədən 3 saat əvvəl də ağır yeməkdən çəkinilməli,
Yuxuda kürək üstü yatmaq əvəzinə yana yatmağa üstünlük verilməlidir.
Çarpayınızın baş tərəfi daha yuxarıda olacaq şəkildə bütün yatağınızı təxminən 10 sm bir tərəfə doğru yönəldin.
Xoruldama uvulopalatofarengoplastika əməliyyatı (UPPP) ilə və ya laser-assisted uvulopalatoplastika (LAUP) (lokal anesteziya ilə keçirilə bilər) üsulları ilə aparılır. Cərrahiyyənin çox riskli və ya xəstə tərəfindən bəyənilmədiyi hallarda boğaza təzyiqli hava verən maska taxaraq (CPAP) xəstə yata bilər. Xroniki olaraq xoruldayan hər uşaq KBB eksperti tərəfindən ətraflı müayinə edilməli, badamcıq vəzisi və gəniz əti cərrahiyyə əməliyyatının zəruri olduğu hallarda cərrahi müdaxilə xəstənin sağlamlığına və inkişafına çox mühüm faydaları olacaqdır.
Fuad Nəzərov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bölgələrimizin mətbəxi - Naxçıvan MR
Ançelotti: "Hədəfimiz 3 kubokdur"
Martın 31-dən YENİ QAYDA
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb
"Qoyun dağı" adası
Rusiyanın “Eurovision” təmsilçisi ölkəsindən mühacirət etdi
Kakaolu ürək tortu (foto-resept)
Facebook istifadəçiləri – ehtiyatlı olun
Pensiyalarla bağlı yenilik
Hava haqqında
Masaj texnikaları (II hissə)
Bu telefonlarda Vatsap sabahdan işləməyəcək
Devalvasiya Qafqazın ən böyük bazarını məhv etdi
Teylor Svift Castin Biberi idman zalından qovdurdu-SƏBƏB
AZAL-dan siqaret qadağası
Şakira karantindən sonra ilk dəfə-FOTO
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Yanvar ayının birindən WhatsApp bu telefonlarda işləməyəcək - FOTO
MTRŞ-dən televiziyalarda siqaret və spirtli içkilərin nümayişinə MÜNASİBƏT
Badambura (foto resept)
Şaftalı
ÜST nümayəndəsi kollektiv immunitetlə bağlı şübhələrini bölüşdü
Glorianın rəsmləri
Fəxrəddin Manafov xanımı ilə - mediada ilk
Azərbaycanda qədim Quran tapıldı
Aleyna Tilkinin geyimi ələ salındı-FOTO
19 yaşlı oğlan təkbaşına bütün dünyanın üstündən uçdu
Azərbaycan Ebolaya qarşı hərəkətə keçdi
Çox yaşamaq istəyirsinizsə...
Polis olmaq istəyənlər oxusun
HAVA necə olacaq?-30 Oktyabr
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
Fərqlilik axtaranlar üçün qeyri-adi aksesuarlar
WhatsApp-da yeni üsul var
Dubayda dünyada ən iri günəş elektrik stansiyası tikilir
Azərbaycanda sürücülərin diqqətinə: bal sistemi ləğv olunur
2019 trend toy rəngləri
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?
Pepe "Real"dan qovuldu
Xoşbəxtlik gətirən qidalar
Mobil nömrələrlə bağlı yenilik
Qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ
Saç ustası koronavirusdan belə qorunur-VİDEO
Van Dammın Bodrum tətili-FOTO
Hamilə qadını dörd metrlik kobradan belə xilas etdilər – VİDEO
Qara maskalar virusdan qoruyur? - Professordan AÇIQLAMA
Günün ulduz falı - 19.12.2013
Ermənistanda qaça-qaçdır
Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]