Çox vaxt insanları aşağıdakı suallar narahat edir:
1. Gələcək uşağın nə dərəcədə sağlam olacağını əvvəlcədən müəyyən etmək olarmı?
2. Uşağın sağlamlığına təsir edən patologiyalar hansılardır?
3. İrsiyyətin nəzəri cəhətdən təyin olunması nə qədər həqiqətə uyğundur?
Bütün bu suallara tam cavab almaq üçün tibbi-genetik məsləhətdən keçmək lazımdır. Bu məsləhətin məqsədi dünyaya yeni insan övladı gətirməyi planlaşdıran ailə üzvlərini əvvəlcədən gələcək körpənin nə dərəcədə sağlam və ya nə dərəcədə xəstə ola biləcəyini aydınlaşdırmaqdır.
Bir bənzətmə ilə aydınlaşdırmağa çalışaq. Məsələn, sizin elektrik qatarına gecikmə gümanınızın faizlə ifadəsi 5%-dir. Bu çox kiçik faizdir, həm də bu hadisənin əhəmiyyəti həyat üçün o qədər də böyük deyil. Deməli həm risk faizi, həm də onun qiyməti yüksək deyil. Lakin sizin uçacağınız təyyarənin qəzaya uğrama riski 5% olarsa, bu o qədər də kiçik rəqəm deyil, həmçinin, bu hadisənin həyat üçün təhlükəsi böyük olduğu üçün riskin qiyməti də yüksəlir. Eyni şəkildə genetik xəstəliklərin də yaranma riskinin və bu riskin qiymətinin nisbətini müəyyən etmək olar.
Yaxşı olardı ki, həkim-genetiklə görüşərkən sizin aşağıdakı məlumatlarınız olsun. Bu, məsləhətin daha məhsuldar keçməsinə kömək edə bilər:
Qan qohumlarınızın sayı: Valideynlərinizdən və nənə-babalarınızdan neçə nəfər bacı və qardaşlarının, dayı və xalalarının, dayı usaqları, xala uşaqlarının, əmiqızı və əmi oğlanlarının olmasını soruşun. Bu məlumat həm gələcək ananın, həm də gələcək atanın qohumları barədə olmalıdır. Nəsildə olan nə qədər çox qohum əhatə olunarsa, irsiyyətinizinin genetik qiymətləndirilməsi daha dəqiq olar.
Yuxarıda adları çəkilən qohumlardan hər hansında sonsuzluq, ölü uşağın doğulması, 3-dən artıq uşaq düşürmələr, uşaqlarda erkən ölüm, istənilən səbəbdən yaranan əlillik, ağıldan kəmlik, anadangəlmə eybəcərliklər, psixi xəstəliklər və s. olub-olmamasını öyrənin.
Tibbi sənədləriniz: Poliklinikada olan dispanser müşahidə kartı, xəstəxanada yatmısınızsa, xəstəlik tatixindən çıxarış, arayışlar, mütəxəssislərin verdiyi müayinə nəticələri və s. Bütün bunlar genetik məsləhətin daha obyektiv keçməsinə kömək edəcək.
Alkoqolun istifadə olunmasının zərəri siqaret çəkmə qədər müəyyən deyil, lakin bu maddənin hansı miqdarda qəbul oluna bilməsi də sual altındadır. Lakin alkoqolun qəbul olunmasının da nəticəsi hamiləliyin donması, düşük, dölün inkişafının zəifləməsi, anadangəlmə eybəcərliklər və uşaqda davranış pozulmaları ola bilər.
Dərman maddələrinin qəbulu da həmçinin, əks göstərişlər siyahısına daxildir. Bir neçə faktorun mənfi təsiri dəqiq olaraq müəyyənləşdirilmişdir, bunlara məxmərək xəstəliyi, dərman maddələrindən talomid və radioaktiv şüalanma aidir. Bütün digər faktor və maddələr də şübhə altındadır. Ona görə də mütləq müraciət etdiyiniz bütün həkimlərə hamilə olduğunuzu söyləməlisiniz. Əgər artıq hər hansı bir dərman maddəsini qəbul edirsinizsə, bu barədə də həkiminizə deməlisiniz, çünki bəzi maddələrin kombinasiyaları da mənfi təsir göstərə bilər.
Bir sıra maddələr var ki, onlar təhlükəli sayılmasalar da dölə təsir edə bilərlər. Bu maddələrin başında kofein durur. Gün ərzində qəbul etdiyiniz 8 və daha artıq fincan qəhvə və ya çay, "Coca-cola" düşük təhlükəsi və döldə normadan kənar halların yaranmasına səbəb ola bilər.
XƏBƏR LENTİ
Möhtəşəm ziyafət çantaları
Qış gəlinləri üçün xüsusi gül buketləri
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Bulvarda yeni atraksionlar
Meymun aparıcının üstünə cumdu-VİDEO
Rusiya alimləri mümkünsüzü mümkün etdilər
Ağıllı fincan hazırlanır
İncə bədənli xanımlar necə geyinməlidir
Təcrübəsiz sürücülərə məsləhətlər
Jennifer Lopez yeni klipini təqdim etdi
Türkiyədə evdən çıxmaq qadağan olundu
Çində robotlar arasında mübahisə düşdü - VİDEO
Oğlu İbrahim Tatlısəsi ifşa etdi - FOTO
Türkiyədə karantin yenidən SƏRTLƏŞDİRİLDİ
Sevdiyin yeməklərlə pəhriz saxla
Ermənistan Kürə zəhər axıdır
Həftənin ilk iş günü hava necə olacaq?
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
"Qalatasaray" Türkiyədə ilkə imza atdı
Yeni silahlar Qarabağa yerləşdirilir
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Ağızda əriyən limonlu tort (foto resept)
Apple Çində lider mövqedədir
Bu da internetlə bağlı statistika
Qızcığazlar və gəlinciklər
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Ayaqqabılar haqqımızda nə deyir?
Bakıda Avropa Olimpya komitəsinin 5-ci iclası keçırılıb
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
Məşhur futbolçu ebolaya yoluxub?
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Gənc xanımlar üçün donlar
Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”
Qeyri-adi sırğalar
Günün ulduz falı
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
Mehmet Ali Erbil 225 gündən sonra evə qayıdacaq
Məşhur aktrisa prokurorluqda -FOTO
Milli Şuradan istefalar gözlənilir
Məhəmməd Əlinin oğurlanmış əlcəyi tapıldı - FOTO
Yer üzünün ən gözəl qızları - FOTO
Sızanaqlar üçün 3 maska
Aclıq güc gələndə...
Azərbaycanın kino tarixində ilk
Tərəvəzli krep (foto-resept)
Saç düzümləri
- ŞƏRHLƏR