Londonda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirilib.Bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilən və bir neçə saat davam edən aksiyada Britaniyanın müxtəlif universitetlərindən olan azərbaycanlı və xarici tələbələrlə yanaşı, Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.Tədbir iştirakçıları Londonun mərkəzində yerləşən Trafalqar meydanından başlayaraq parlament binasının qarşısına qədər yürüş ediblər.
Aksiya iştirakçıları əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələrinin ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutub, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar ediblər. "Xocalıya ədalət!", "Rədd olsun erməni terrorizmi!", "Biz ədalət tələb edirik", "Biz sülh istəyirik", "Sarkisyan terrorçudur", "Qarabağ bizimdir, bizim olacaq", “Sarkisyan! sən əsgərləri öldürürsən” şüarlarını səsləndiriblər. Tədbir iştirakçıları üzərində “Xocalıya ədalət”, “Erməni təcavüzünə son” yazılmış böyük ölçülü plakatlar ilə meydandan keçən insanların diqqətini aksiyaya yönəldiblər.
Aksiya çərçivəsində soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsi ilə bağlı broşürlər paylanılıb.
Aksiyanın gənc fəalları fikirlərini KİV nümayəndələri ilə bölüşüblər. Ənənəvi olaraq hər il Londonda və dünyanın müxtəlif yerlərində keçirilən aksiyaların əhəmiyyəti vurğulanıb. Azərbaycanlı tələbələr bildiriblər ki, dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan həmvətənlərimiz, xüsusən də gənclər ölkəmizə qarşı edilən bu ədalətsizliyi tezliklə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.
Aksiya Azərbaycanın Dövlət himninin oxunması ilə başa çatıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar təşkil olunur, bu dəhşətli faciə haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı təbliğat işləri aparılır.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
Vətən borucu pulla ödənəcək
Dünya alimləri ŞOKda: Fermer dinozavr yumurtası tapdı - FOTO
Azərbaycanda iki dəfə ardıcıl zəlzələ oldu!
Türkiyə MN-dən Bakıda keçiriləcək Zəfər Paradı ilə bağlı paylaşım
İncə məxluq, yoxsa "zərbə, zərbə"?
Şirin toxuma corablar
Demet Akalının pullarını xərcləyən qızı Hira imiş
XXI əsrdə bizi qul edən nədir?
Uorlik Dağlıq Qarabağın statusundan danışdı
Adobe Photoshop (Dərs-17)
Koronavirusla bağlı SON STATİSTİKA
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Koronavirusla bağlı şayiə yayanlara müraciət
Koronavirusun yarasalardan insana necə keçdiyi açıqlandı
Günün qoroskopu: təmkinli və səbrli davranın
Sağlamlığımızı təhdid edən trendlər
Nikol Kidmanın qadınlara tövsiyəsi
Dahilərdən gözəl fikirlər (1-ci hissə)
Şahzadə üçün super avtomobil hazırlanıb
Ölümlə mübarizə aparan Şumaxerin 4 ildən sonra İLK FOTOSU YAYILDI
Kişilərin qaçdığı 5 qadın tipi
Kökəldikdən sonra həyatı inanılmaz dəyişdi - FOTO
Valideynlərə xəbərdarlıq
ÜST-dən valideynlərə XƏBƏRDARLIQ: Peyvəndi vaxtında vurdurun
Stresdən xilas olmağın yolu
2000 adam işıqsız qaldı - Səbəb pişik
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Nazirlikdən Çindən Bakıya gələn şəxslərlə bağlı açıqlama
Qabarıq ətək modelləri
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya yaradılıb
İdman edərkən nəyə diqqət etməli?
Qoşulmama hərəkatı Azərbaycanla həmrəy olduğunu açıqladı
Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
Cennifer Lopez son paylaşımı ilə Diqqət Çəkdi-FOTO
Günün ulduz falı
Qulaqlığın tarixi
Magistr olmaq istəyənlərin nəzərinə!
Şakira izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Xəbərdarlıq - Bir gün qaldı
Heyvanlar aləmində - FOTOSESSİYA
"Özünü kəşf et!" - 6
Makiyaj çantasının 5 əvəzedilməzi
Rusiya Duması miqrantlara qarşı yeni qanun qəbul edib
“Facebook” 3 xidmətini bağlayır
Vaxtında doğulsaydı 13 yaşında olacaqdı
Adi soyuqdəymə ilə qarışdırılan zəhlətökən xəstəlik - ƏLAMƏTLƏRİ
Uşaq otağı üçün xalçalar
Cem Yılmaz Serenayla bağlı suallara qəzəbləndi
Rihannadan yeni FOTOsessiya















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]