
Manqurtlarla bağlı əhvalat romanda ayrıca yer tutduğuna və özgün məna yükünə malik olduğuna görə bu hissə rejissorların diqqətini daha çox cəlb etməkdədir. Sayğılı həmkəndlilərini dəfn etməyə toplaşmış kənd camaatının Ana Beyit məzarlığının (Ana məskəni) yerində kosmodrom peyda olduğunu aşkar etmələri, buradan raket buraxılması, başqa sözlə, “Halqa” əməliyyatının həyata keçirilməsi nəticəsində Yer üzünün əbədi pərdə altında qalması kimi mübhəm və vahiməli perspektiv fonunda Sarı Özək çölünün övladlarının juanjuanların əsarətinin ən dəhşətli silahı olan zifin köməyilə ən ağlasığmaz, tükürpədici işgəncə - əsirlərin, xüsusən də cavan kişi əhalisinin yaddaşını silib onları manqurtlaşdırmaq, Ana Beyit qəbristanlığının tarixçəsi olan Nayman Ananın acı taleyi barəsində çox qədim hekayətin ovqatı ilə üz-üzə qalmaları – bütün bunlar dünən premyerası baş tutan “Manqurt” səhnə əsərində yeni çalarlarla çatdırıldı. Teatrın baş rejissoru Bəxtiyar Xanızadə: “Bu tamaşa ilə bir neçə il əvvəl birinci dəfə çıxış edəndə əsərin yalnız şəklini çəkmişdik, bu dəfə isə əsərin halını görəcəksiniz”.
Pantomimçilərin “Manqurt”unun birinci versiyasını da izləmiş tamaşaçılardan biri kimi deyə bilərəm ki, hər iki quruluşun teatrın tarixində ayrıca önəmli yeri var, biri o birinə uduzmur. İki “Manqurt” iki ayrı-ayrı səhnə əsərləridir.
İdeya müəllifi B.Xanızadə, quruluşçu rejissoru Ceyhun Dadaşov (o, həm də juanjuanların ümumiləşmiş obrazında çıxış edirdi) olan “Manqurt” tamaşasında teatrın beş aktrisası və altı aktyoru iştirak edir. İlk dəqiqələrdən nəzərə çarpan əsas və ümdə cəhətlərdən biri kimi aktyorların hamısının ümumi, kollektiv işlə məşğul olduqlarını (həm də əsərin ideyası bunu şərtləndirir) unutmamaları, eyni hədəfə vurduqlarını qeyd etmək olar. Və bu yekdillik sona qədər davam etdi.
Pantomimçilərin yeni “Manqurt” səhnə əsəri, demək olar ki, bütünlüklə (yalnız ara-sıra kollektiv şəkildə, ya da tək-tək azəri türkcəsi də daxil olmaqla qarışıq dillərdə müxtəlif nidalar, replikalar səslənirdi) hərəkət və mimikalardan ibarət olduğu üçün onu balet-tamaşa da adlandırmaq mümkündür. Tamaşanın ən emosional məqamı isə əsirlərin başına zif keçirilməsinin və bunun fəsadlarının ifadəsi oldu - bu səhnədə işgəncənin həm fiziki ağrısı, həm də mənəvi acısı dəqiq və qədərində tapılmış boyalarla təqdim olundu. Tamaşanın bəzi məqamlarında pantomimçilərin yeni nəslinin iş üslubunda müşahidə olunan bir səhnə əsərində bütün ifadə vasitələrindən birdən istifadə etmək xüsusiyyəti bu cür uğurlu səhnələrin sayəsində yorucu təsirdən sığortalanır. Bu isə son nəticədə Aytmatov qələminin halının təzahürünü vermək missiyasına yeni töhfə oldu.
Samirə Behbudqızı
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Nur izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Klubumuz planetin ən güclü kollektivləri ilə mübarizə aparacaq
Saç detoksu
Facebook ala bilmədi, rəqib oldu
Günün qoroskopu: bu gün nədənsə imtina etməli olacaq
Abel Məhərrəmov narazı tələbələrlə görüşdü
Uşaq bir yerdə oturmazsa...
Winamp tarixə qovuşur
Rusiya KİV: “Şuşa üç tərəfdən mühasirəyə alınıb, güclü hücum hazırlığı görülür” - FOTO
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Kömürlə gözəlləşin
Tükənmişlik sindromu nədir? - Əlamətlər
Cəlilabad rayonu
Hande Erçel Muraddan ayrılmasının SƏBƏBİNİ AÇDI
Alişan ikinci dəfə nişanlandı - FOTO
Dünyanın ən uzun qadını
Gicitkən haqqında bilmədiklərimiz
Meqan Markl ABŞ prezidenti olmağa hazırlaşır
Ana bətnində körpənin hərəkəti
Aybaşının gecikməsi nə zaman ciddi qəbul edilməlidir?
Düşmənin ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb - RƏSMİ
Dodaq yemə vərdişi
Ən dəbli 10 qadın
Beş gün iş olmayacaq!-SƏBƏB
Sevgi yaşa baxmır, bəs ailə?
Qan şəkərini nizamlayan idman hərəkətləri
Arnold Şvartsenegger koronavirusdan belə qorunur – VİDEO
Yeniyetmələr necə qidalanmalıdır?
"Azərbaycanda narkotik istifadəçilərinin ümumi sayı 27 000 nəfərdən çoxdur"
Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
Azərbaycan qadını 100 ildə necə dəyişdi? - VİDEO - FOTO
Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir
Zəncəfilin faydaları
Toyuq buğlama (foto resept)
Yaponiyada güclü zəlzələ olub
Elnur yenidən "Eurovision"a qatılacaq?
Bürclərin pul ilə əlaqələri (1)
AiseL yeni klipini təqdim etdi-VİDEO
Daha bir şəhidmizin adı bilindi
Noutbuk satışları artacaq
Saça qulluq prosedurları
Körpə dərisi və şirin yuxu
"Leyli və Məcnun"
İçməli kitab hazırlandı
Yeraltı məscid tikildi (FOTO)
Şeyma Subaşını paylaşdığı FOTO ələ verdi
Maykl Ceyksonun ölümü haqqında inanılmaz FAKT
Koronavirusla bağlı SON STATİSTİKA
Göbələkli tərəvəz yeməyi (foto-resept)
"Neftçi", “Bakı” və "Sumqayıt" qalib gəldi















- ŞƏRHLƏR