
Günümüzdə evlilik və sevgi münasibətlərində qadın və kişi arasında olan yaş fərqinə böyük diqqət verilir. "Yaşa deyil, sevgiyə önəm veririk", "Əsas olan sevgidir", "Sevdikdən sonra yaş fərqi problem yaratmır", "Yaşın nə fərqi var ki?" deyib özlərindən yaşca çox kiçik və çox böyük insanlarla münasibətə girənlər kifayət qədərdir. Bəziləri isə yaş fərqini önəmli hesab edir, eşqin bir neçə ildən sonra bitdiyini və insanların yaş fərqinə görə uyğunsuzluq içərisində ailə kimi çox yaşaya bilmədiklərini düşünürlər.
Çox zaman insanlar münasibətə girərkən fərdlər arasındakı yaş fərqinin bir-birinə yaxın olmasına çalışırlar. Belə hesab edilir ki, fərdlər əvvəlcə münasibətə girdikləri zamanı gözlərini sevgi "kor" etdiyi üçün gələcəkdə yaşanıla biləcək problemləri nəzərə almırlar. Lakin zamanla o həyəcan keçdiyi və problemlər özünü göstərdiyi üçün münasibətlər soyumağa başalyır
29 yaşlı Azərin İbrahimova 10 il əvvəl özündən 16 yaş böyük olan biri ilə ailə həyatı qurub. İlk illər özünü xoşbəxt hiss etsə də, sonradan ailədə problemlər yaranmağa başlayıb. "Mənə deyirdilər "ay qız, şükür elə, qocaya gedən quyruq yeyər", mən də bu deyimə inanırdım. Yoldaşım uzun illər Rusiyada çalışmış biri idi, yaxşı imkanı var idi. Nə istəsəm, edirdi. Amma 3 il sonra hər şey mənasızlaşdı. Bir oğlumla mən az qala çörəyə möhtac idik. Mən vəziyyəti ailəmə danışdım, onun bizə baxmadığını dedim. Söz-söhbət böyüdü. Məni döyüb "yəqin, başqasını tapmısan" dedi".
Münasibətləri uzun illərdir belə davam edən Azərin deyir ki, həyat yoldaşı onu ayrılmağa da qoymur. "Deyir ki, sən bu evdən kəfənlə çıxacaqsan".
Müsahibimiz hesab edir ki, gənclər ailə həyatı qurarkən hər şeydən çox, yaşa diqqət yetirməlidirlər. Çünki yaşlı insanlar həyatı görüb gəldiyi üçün onlara hər şey adi gəlir və tərəf müqabillərinin düşüncələrini nəzərə almırlar.
Psixoloq İkram Rüstəmovun sözlərinə görə, aralarında yaş fərqi çox olan cütlüklər zaman keçdikcə bir çox problemlər yaşayırlar: "Əgər həyat yoldaşınızdan yaşlısınızsa, ona qarşı səbrsiz ola bilərsiniz. Çünki sizin nə vaxtsa etdiyiniz səhvləri onun təkrar-təkrar etməsi sizə xoş gəlməyəcək. Siz isə bunu müşahidə etdikcə səbirsizləşəcəksiniz. Və bu vəziyyət uzun müddət davam etdiyi üçün aranızda mübahisələr yaranacaq, münasibətləriniz bitmək dərəcəsinə çatacaq. Aranızda yaş fərqi çox olduğu zaman siz ona, ana və ya ata kimi və ya övlad kimi baxa bilərsiniz. Bu da münasibətinizin sonu deməkdir".
Müsahibimiz bildirir ki, yaş fərqi olan zaman bir müddət sonra cinsi münasibətlərdə problemlər özünü göstərir. Zamanla cinsi münasibətlər zamanı hissiyyatsızlıq, istəksizlik baş qaldırır.
İ.Rüstəmovun dediyinə görə, qadınlar çox zaman özlərindən kiçik şəxslərlə münasibətə girmirlər. Onları nə zamansa tərk ediləcəkləri qorxusu bu addımı atmaqdan saxlayır. Kişilərdə isə bu qorxu olmur, onlar cinsi yetərsizlik yaşamaqdan qorxurlar. Amma buna baxmayaraq, daha gənc xanımlarla münasibətə "yox" deyə bilmirlər.
Mütəxəssislərə görə, qadın və kişi arasında yaş fərqi ən az 5, ən çox 10 yaş olmalıdır. Aralarında 15-20 yaş olan insanlar ayrı dövrlərdə, ayrı mədəniyyətlərdə yaşadıqları, həyat tərzləri fərqli olduğu üçün ailədə övlad doğulduqdan sonra problemlər yaşanılmağa başlanılır. Çünki hər kəs uşağı öz tərbiyəsi ilə böyütməyə çalışır. "Düşüncə fərqləri olur. Məsələn, 70 yaşlı bir kişi ölüm haqqında düşünməyə başladığı halda 55 yaşlı qadın hələ özünü cavan hiss edir. Və ya 50 yaşında bir kişi evində sakit bir həyat arzulayarkən 35 yaşlı qadın əylənmək, gəzmək barədə düşünür".
Bundan əlavə, qadınından daha yaşlı kişilərdə qısqanclıq hissi daha güclü olur ki, bu da ailəyə zərər verir. Həmsöhbətimizə görə, özündən kiçik bir kişi ilə münasibət yaşayan qadınlar gəncliyində cəmiyyətin qınağını düşünən qadınlar olur. Bu qınaq yaşadıqları münasibətdə də davam edir. Qadının fikirləri qarışır və "görəsən, bir gün məndən ayrılarmı", "məni həqiqətən sevirmi", "mənimlə evlənəcəkmi" fikirləri onu rahat buraxmır.
İ.Rütəmov deyir ki, ümumiyyətlə, münasibətlərdə kişinin daha böyük olması məsləhət görülür. "Çünki kişilər daha gec yetişir və qadınlardan 2-3 il gec həyatı başa düşməyə başlayırlar. Yaşlı qadınlarda isə gənc sevgililəri üzərində sahiblənmə hissi daha çox olduğu üçün münasibətlər uzun müddət davam etmir".
Psixoloq hesab edir ki, hər kəs özünə uyğun biri ilə münasibət qurmalıdır. Onun fikrincə, arada 5-10 yaş olması normaldır. "Amma bu 5-10 yaş qadının kişidən kiçik olması anlamına gəlir. Qadınlar, ümumiyyətlə, özlərindən böyük kişilərlə münasibət qurmalıdır".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
50 milyon dollarlıq brilyant müəmmalı şəkildə yoxa çıxdı
Bu gecə dünyanın ən güclü komandaları üz-üzə gəlir, baş hakim türk olacaq
Hamiləliyin əlamətləri
Bakıda sosial mənzillər tikiləcək - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Manatın məzənnəsi
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Qadın ölümündən 55 gün sonra ana oldu
Azərbaycanda yumurta döyüşdürənlər: qiyməti kimlər qaldırır?
Almanın faydaları
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Xərçəngin boyun uzun olması ilə əlaqəsı varmı?
Həyat dərsi
Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar...”
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Cinsi həyatın düşmənləri
LG yeni smartfonu təqdim etdi
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən Qarabağa dair birgə BƏYANAT
Alimlərdən yeni rekord
Ingilis dili- XXX dərs
Noxudun faydaları
37 hərfdən ibarət, şeir kimi soyadı
Azərbaycanda zəlzələ oldu
Məşhur prodüseri öldürmək istədilər-FOTO
"Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır" - YENİLƏNİB
Evdəki mənfi enerjini necə təmizləməli?
Qaynananızı tanıyın
Kırmızıgül anasının 2 milyonundan danışdı
Rəngarəng koftalar
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü qeyd olunur
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Bayram günü HAVA necə olacaq?
Dünyada ən çox qazanan aktyor kimdir?
Hörmə kofta modelləri
Görkəmli bəstəkar Qara Qarayevin ad günüdür
Yumurtalıq kistasının partlaması
Azərbaycan qış rejiminə vaxtından əvvəl keçəcək?
İşğal olunmuş 7 rayon qaytarılacaqmı?
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO
Qarpızlı yay salatı (foto resept)
Azərbaycana qar yağacaq
Karbon pilinqi
Bu gerçəkdir, model deyil
Türkiyədə məktəb və bağçalarda tətil elan edildi
Gənc xanımlar üçün gündəlik geyim təklifləri
Azərbaycanda 45 yaşdan sonra evlənənlərin STATİSTİKASI
Böyüməmiş ana olan qızlar
Bu təqaüdçülər pensiyalarını artıra biləcəklər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]