
Uzun və xoşbəxt sürən evliliyin sirri varmı? Varsa, nədir? Və günümüzdə bir çox evliliklərin tez dağılmasının səbəbi nədir? Mütəxəssislərin fikrincə, evliliyin uzunmüddətli olması üçün əsas qayda hörmətdir. Tərəflər aralarında nə olursa-olsun, arada yaşanan mübahisə və müzakirələrin böyüklüyünə baxmayaraq bir-birinə hörmət etməlidirlər. Hörmət dedikdə, tərəflər bir-birini təhqir etməməli, bir-birinə qarşı zorakılıq tətbiq etməməlidirlər. SosioloqNəzakət Əhmədovanın sözlərinə görə, tərəflər keçmişdə yaşanan xoş olmayan vəziyyətlər qarşı tərəfi təhqir etmək məqsədilə gündəmə gətirilməməli, fərdlər həyat yoldaşlarına dəyər verərək danışmalıdırlar. "Mühabisə zamanı tərəflər səs tonuna, vurğulara diqqət yetirməli, "mən sevgimi göstərə bilmirəm" cümləsini lüğətlərindən çıxarmalıdırlar. Həyat yoldaşınızın sevgi dilinə uyğun davranmağa çalışmaq ailəni uzunömürlü etməyə çalışmaqdır. Bəzən kiçik bir gül dəstəsi və ya sevgi dolu sözlər insanların bir-birinə olan hisslərini artırır, ailəni möhkəmləndirir".
Uzun eviliyin sirlərindən biri də zaman ayırmaqdır. Son zamanlar televiziya, ictimai mühit və bu kimi səbəblərlə həyat yoldaşları bir-birinə zaman ayıra bilmirlər. Halbuki birlikdə söhbət etmək, gəzmək, yemək yemək kimi əhəmiyyətli ünsürlər evliliyin ömrünü uzadır.
Mütəxəssislər hesab edirlər ki, uzunömürlü evliliyə sahib olmaq üçün həm də fədakar olmaq lazımdır. Cütlüklərin bir-birinə qarşı fədakar olmaları evliliklərinin davamlılığı üçün lazımdır. "Ailəyə dəyər verilməsi də çox önəmlidir. Bəzən insanlar "dəyər" sözünü maddiyyatla əlaqələndirir, halbuki burada söhbət mənəvi dəyərdən - hörmət, sevgi, qayğı, nəvazişdən - gedir. Mənim fikrimcə, ailəni uzunömürlü edən amillərdən bir də nizamlı cinsi həyatdır. Bu sahədə problem olduğu təqdirdə ailədə soyuqluq yaranır. "Əvvəl həyat yoldaşı, sonra uşaq" fəlsəfəsi mənimsənilməlidir. Həyat yoldaşına laqeydliklə yanaşılmamalıdır. Çünki o da körpə uşaq kimi qayğıya ehtiyac duyur, sevilmək, dəyəri olduğunu hiss etmək istəyir".
Günümüzdə bir çox gənc "sınayaq, davam etdiyi qədər", "olmazsa boşanarıq" düşüncəsi ilə ailə qurur. Belə evliliklər kiçik bir problem olduğu zaman davam gətirmir, dağılır. Müsahibimiz hesab edir ki, ailə quran zaman ilk və əhəmiyyətli şərt niyyətdir. Sevgiylə uzun müddət davam edə biləcək ailə arzusu ilə baş tutan evliliklər daha sonra da davam edir. Uzun müddət davam edən evliliklərin sirlərindən biri də məqsədəuyğun həyat yoldaşı seçimidir. Evlənəcək adam əvvəlcə özü yaxşı həyat yoldaşı olmalı, daha sonra isə yaxşı həyat yoldaşı seçiminə başlamalıdır. İnsan özü yaxşı həyat yoldaşı olacağını düşünmürsə, qarşısındakı nə qədər yaxşı olsa da, o ailə uzun müddət davam edə bilməz. "Unutmamaq lazımdır ki, həyatda hər şey qarşılıqlıdır. Əgər evliliyinizin uzunömürlü olmasını istəyirsinisə, ilk əvvəl özünüzə və ona hörmət edin. Həyat yoldaşınızın ailəsi haqqında pis düşüncələriniz ola bilər. Amma çalışın ki, heç bir zaman onun ailəsini tənqid etməyin. Unutmayın ki, nə qədər sevməsə də, heç kim qan bağı olan insanların təhqir olunmasıyla barışmır".
Cəmiyyət arasında mübahisə, özünə baxmamaq, onu dəyişdirməyə çalışmaq ailəni dağıdan səbəblərdir. Çəkinizə və görünüşünüzə fikir verməmək sizin sağlamlığınıza zərər verməklə yanaşı, əlaqələrinizdə də problemlər yarada bilər. Özünüzə baxmağı buraxdığınız zaman həyat yoldaşınız ona baxmaqdan da imtina etdiyinizi və əlaqənizə daha əhəmiyyət vermədiyinizi düşünəcək.
N.Əhmədovanın fikrincə, evliliyi yıxan səbəblərdən biri də yalan danışmaqdır. Əgər qarşısınızdakı insana hörmət edirsinizsə, ağ yalan olsa belə danışmamalısınız. Acı olsun, düz olsun. "Ailədə problemlər yaradan sözlərdən biri də "niyə" sözüdür. "Niyə mənə zəng etmədin? Niyə yadına düşməmişəm?" fikirləri qarşı tərəfi çox bezdirir.
Psixoloq Elnur Bayramovun fikrincə isə ailə qurmaq məsələlərində tərəflər uzun müddət düşünəndən sonra bu addımı atmalıdırlar. "Son dövrlərdə baş verən boşanmaların səbəbləri bir çox hallarda tərəflərin bir-birlərinə sevgi və təmiz hisslərlə deyil, maddi obyekt kimi baxmasındadır. Dözümlülüyün az olması, qarşılıqlı münasibətlərdə güzəştin olmaması gənc ailənin boşanmasına gətirib çıxarır".
Psixoloq hesab edir ki, ən çox boşanma halları evliliyin ilk 5 ilinə təsadüf edir. Bu faktı səbrlə keçən ailədə uzunömürlülük və firavanlıq başlaya bilir.
Müsahibimizə görə, ailə quran şəxslər arasında maddi bərabərliyin mövcudluğu da ailə həyatının ömrünü uzadır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ərzaq bazarında yeni təhlükə
Günün qoroskopu: dəyər verdiyiniz insanla...
Ən ağıllı heyvanlar hansılardır?
Barmaq boyda çantalar təqdim olundu-FOTO
Azərbaycan bu siyahıda liderdir
Ömrünüz uzansın deyə...
Karantindən sonra restoranlar bu cür işləyəcək
Tibbdə inqilabi kəşf
Xəstəlik aktyoru tanınmaz hala saldı
Meryem Uzerli və Bred Pitt eyni filmdə
"Ebola" virusundan 3 gün ərzində 70 nəfər öldü
Evdə bəzənə biləcək tort formaları
İnternetin haqqımızda bildikləri
"Ləzzətli yuvalar" (foto resept)
"Skype" Rusiyada qadağan edilir
Məşhur cütlüyün 1 milyonu nəyə xərcləyəcəyi bilindi
Günün qoroskopu: güclü yenilənmə potensialı var
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO
Kəlbəcərin Zülfüqarlı kəndinin görüntüləri - VİDEO
Gilas souslu ördək (foto resept)
Azərbaycanda aviabiletlərin qiymətində dəyişiklik var
"Bəyaz gecələr" salatı (foto resept)
Bu ölkədə pulu arabayla daşıyırlar
Badımcan kotleti (foto-resept)
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Türkiyə MN-dan Azərbaycana bayram təbriki: “Sizinlə fəxr edirik”
Zeytun yarpağı ilə arıqlayın
Gömrükdə daha bir QADAДћA
Stil ikonum - Hadisə
Balqabaq pəhrizi
Balakəndə körpələr evinin açılışı olub
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Günün ulduz falı
Hava necə olacaq?
Avtomobillərin icbari siğortasının əhəmiyyəti
Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ
"Elektron siqaret" də ziyanlı imiş
Paraşütçülər Bakı səmasında
Həyat yoldaşınızla gözəl vaxt keçirmək üçün tövsiyələr
Altı ildə maşın sayı 2 dəfə artıb
Körpənin ilk anları
Kriştianu Ronaldunun son durumu
Cəlal İsayevdən HƏYƏCAN TƏBİLİ: “Yoluxan şagirdlər cəmiyyətdə virusu yayırlar”
Qaymaqlı tort (foto resept)
Demet Akalının boşanma səbəbi bəlli oldu - FOTO
Bijuteriya boyunbaqlar
Bu gün Azərbaycanda Od çərşənbəsidir
Nazirlik: "Məktəb bufetlərində qidaların saxlanması öz həllini tapmalıdır"
Günün ulduz falı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]