ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndə heyəti rəhbərləri Qarabağla bağlı bəyanat veriblər.
Qadin.Net “Report”-a istinadən xəbər verir ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının ilk gününün yekununa görə yayılmış bəyanatda Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, ABŞ dövlət katibinin müavini Steven Biqan Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin, Rusiya prezidentinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatına uyğun olaraq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların başa çatmasını alqışlayıblar.
Həmçinin hərbi əsirləri və həlak olanların meytlərini qarşılıqlı təhvil vermək barədə beynəlxalq humanitar hüququ müddəalarını tərəflərin yerinə yetirməsinin vacibliyi də qeyd olunur.
“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi dövründə, o cümlədən son hərbi əməliyyatlar zamanı didərgin düşmüş insanların könüllü və təhlükəsiz şəkildə geri qayıtması üçün müvafiq şərait yaradılmasının zəruri olduğunu, Dağlıq Qarabağda və ətraf ərazilərdə tarixi, dini mirasın mühafizəsinin əhəmiyyətini də vurğulayıblar”, - deyə açıqlamada göstərilir.
Bəyanat müəllifləri həmsədrlərin himayəsilə uzunmüddətli sülh razılaşmasına nail olmaq üçün Azərbaycan və Ermənistanı hazırkı atəşkəsdən yararlanmağa da çağırırlar: “Bu baxımdan həmsədr ölkələr ilk fürsətdə həmsədrləri regionda qəbul edərək razılaşdırılmış cədvələ uyğun olaraq bütün həll olunmamış məsələlərə dair konkret danışıqlara başlamağa israrla çağırırlar”.

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək
