
Uşaqların şəkil çəkməsi, onları rəngləməsi təbii qəbul olunur. "Uşaqdır, çəkməlidir, əylənməlidir, bunda böyüdəcək heç nə yoxdur" deyən valideynlər əslində uşağın daxili dünyasını öyrənməkdən boyun qaçıranlardır. Bunun üçün vaxtı və səbri olmayan valideynlər uşaqların çəkdikləri rəsmləri də bəzən yığıb atırlar. Halbuki bir şəkil bəlkə də uşağın ruh dünyasında hansı fırtınaların qopmasını anlamaq üçün yardımçı olan ən gözəl yoldur.
Uşaqlar dilə gətirməyə çətinlik çəkdikləri duyğu və düşüncələri rəsmlərlə çox rahat ifadə edə bilirlər. Çəkilən şəkillər uşaqların daxilən nə hiss etdikləri, ətrafındakı insanlarla hansı münasibətdə olduğu, olan hadisələri dəyişərək necə etmək istədiyi haqqında məlumatlar ortaya qoyur.
Bir çox xarici ölkələrdə, eləcə də Rusiyada psixoloji travma almış, zorakılığa məruz qalmış, valideynləri tərəfindən imtina olunmuş, spirtli içki düşkünü olan valideynləri tərəfindən illərlə zülm edilmiş və bu kimi hadisələrlə üzləşmiş uşaqların daxili dünyasını anlamaq üçün onlara şəkillər çəkdirilir. Psixoloji dəstək, müalicə müddəti davam etdikcə mütəmadi olaraq bu üsul tətbiq olunur. Şəkillərdəki rənglərin, formaların zamanla dəyişilməsindən xəstədəki irəliləyiş qeydə alınır. Düzdür, şəkillərə baxaraq valideynlər övladlarının hansı problemləri ola biləcəyini psixoloqlar kimi başa düşə bilmir, amma ən azından kiçik detallarla da şəkildən nəticələr çıxarmaq mümkündür.
Psixoloq Gülnarə Vəliyevanın sözlərinə görə, cizgilərin böyüklüyü-kiçikliyi, eyni zamanda hansı bədən üzvlərinin çəkilib-çəkilməməsi, şəkillərin rəngləri uşaqların ruh dünyasından xəbər verir. Kiçik detalları bilməklə analar övladlarındakı hansı problemin olmasını rahatlıqla bilə bilərlər: "Səhifənin hamısını şəkillərlə tutmağa çalışan, bütün ağ boşluqları boyayan uşaqlarda daxili nəzarət zəif olur. Belə şəkillər təcavüzkar uşaqlar tərəfindən çəkilir. Hiperaktiv uşaqlar səhifənin hamısını doldurmağa çalışırlar. Nadir hallarda zəif və utancaq uşaqlar olur ki, onlar səhifənin hamısını rəngləməklə arzularını dilə gətirmiş olurlar. Çox kiçik şəkillər, hansı ki, bir neçə santimetrlə ölçülür, belə uşaqlar utancaq, susqun, zəif mənliyə sahib olurlar. Bədən üzvlərinə gəldikdə, normadan böyük, yaxud kiçik ölçülü baş çəkən uşaqlar özləri zehni baxımdan qeyri-kafi görənlərdir. Zehni qabiliyyəti normal olan uşaqlarda böyük baş çəkmək istəyi onların daha qabiliyyətli olmaq, seçilmək arzusundan irəli gəlir. Ağız, burun, qulaq, göz kimi nahiyələr isə o nahiyələrdən əziyyət çəkən uşaqlar tərəfindən daha qabarıq formada çəkilir".
Psixoloq bildirir ki, şəkillərdə əskik çəkilən detallar da bəzi önəmli nüansları ortaya qoyur. Uşaqlar çəkdikləri şəkillərdə hər bir detala xüsusi diqqət yetirirlər. Lakin laqeydlik edilib, bilərəkdən çəkilməyən ətraf bədən üzvləri o deməkdir ki, uşaq məhz həmin üzvdən narahatlıq keçirir: "Əlləri əskik çəkilən şəkillərin sahibləri ətraf mühitə uyğunlaşmağa çətinlik çəkən körpələrdir. Qolların əskik olması uşağın etibarsızlığını izah edir. Ayaqları olmayan şəkili çəkən uşaqlar özlərini dəstəksiz hiss edən, köməyə möhtac olan uşaqlardır".
Uşaqların ruh sağlamlığını araşdıran Amerika psixoloqları bu fikirdədirlər ki, uşaqlar rənglərin hamısını eyni dərəcədə sevməlidir. Ola bilər ki, hansısa rəng digər rənglərdən bir az üstün olsun, amma bu üstünlük bütün rəsmi bağlayacaq dərəcədə olmamalıdır. Şəkillərdə qəhvə rəngi, qara tonları həddindən artıq çoxdursa, bu, uşaqlarda daxili qorxu, pis düşüncələri, tünd-qırmızı çoxdursa, bu, uşağın şiddətə meylli olmasını, açıq çəhranı, narıncı, sarı rənglərin çoxluğu isə uşağın daxili dünyası ilə barışıq və daxilən xoşbəxt olduğunun göstəricisidir. Psixoloqlar bu qənaətdədir ki, uşaqlar bəzən dilə gətirə bilmədikləri, çəkindikləri istəklərini də şəkillərlə üzə çıxara bilirlər. Məsələn, ailədə ikinci uşaq istəməyən övlad bunu dilə gətirə bilmir. Bu səbəbdən çəkdiyi şəkillərdə ata, ana və özünü təsvir edir. Yaxud, evin daxilində ata, ana və özünü, qapıda isə kiçik qardaş, yaxud bacısını təsvir edir. Və ya iki uşaq şəkil çəkərkən birinin şəkli daha sərt cizgilər, daha tünd tonlar təşkil edirsə, bu, diqqət çəkməyin, öz şəklinin bəyənilmə istəyinin yüksək olduğunu göstərir.
G.Vəliyevanın dediyinə görə, çəkilən şəkilləri müzakirə edən zaman uşağın yaşını da nəzərə almaq lazımdır. Uşaq yaşı artdıqca onun çəkdiklərinin mənası bir o qədər aydınlaşır: "2-4 yaş aralığında olan uşaqların çəkdikləri adətən qaralama formasında olur. Bu yaşda olan uşaqlar qələmdən və onun iz salmasından kobud desək, zövq alır. 4 yaşından sonra uşaq gördüklərini bənzətməyə çalışır. Bu ərəfədə olan şəkillərə diqqət yetirmək daha doğru olar. 11-13 yaş aralığında artıq uşaqlar məntiqlə xəyal arasında qalır. Məntiqə üstünlük verənlərin çəkdikləri həqiqətəuyğun olduğu halda, xəyala üstünlük verənlər gördüklərini görmək istədikləri kimi çəkməyə başlayırlar. 13 yaşından yuxarı olan uşaqlar isə artıq daxili dünyalarını şəkillərlə çatdırmağa başlayırlar. Şəkillərdəki mesajı başa düşməyə çətinlik çəkən valideynlər bunu uşaqdan da soruşa bilərlər. Burda nə çəkilib, nə demək istənilib kimi suallarla şəkilə hansı mesaj yükləndiyini çox rahat bilmək mümkündür".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ledi Qaqa yenə hər kəsi heyrətləndirdi - FOTO
“Orta məktəblər ödənişli təhsilə keçir...”- Ekspert rəyləri
Engin Öztürk plastik əməliyyat etdirib?
Dünyanın ən yüksək yaşayış məskəni-FOTO
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
HAVA necə olacaq? 3 İyul
DİM abituriyentlərə müraciət etdi
Şəhid olan zabitimiz
Məmməd Əmin Rəsulzadə kimdir?
10 uşaq anası ideal bədən quruluşu ilə təəccübləndirdi-FOTO
Türk qırıcıları 400 hədəfi yerlə bir etdi
Uşaqların böyrəyini qorumaq üçün...
Kişi və qadın: yüz acını yeyərsən?
Fərqli səhər yeməyi (foto resept)
Niyə köhnə fotolarda heç kəs gülmür?
Filipp Kirkorovun 11 minlik paltarı oğurlandı
Bakıya 12 milyon doza gətirildi
Ermənilər hücuma keçdi
Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb - VİDEO
İlham Əliyevin veteranlar bağlı Fərman imzaladı
300 minədək toyuq məhv edildi - TƏHLÜKƏ
Koronavirus peyvəndi kimlərə vurulmalıdır?
Zəlzələ olduqda ayət namazı necə qılınmalıdır?
"Bakıda hazırkı temperatur normadan yüksəkdir" - Nazirlik
Ürək salatı
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaqda yenilik
2018-in trendləri
Geometrik dekorasiya
HAVA necə olacaq?- 17 MART
Ləl-cəvahirat seçimi necə olmalıdır?
Soyuğun faydaları
Qaşlarını yan dara, qız...
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
"Grammy": mərasim və qaliblər
Azərbaycanda zəlzələ olub
Vaxtilə xalqının imtina etdiyi gözəl
Dünyada ilk olan unikal əməliyyat Azərbaycanda baş tutdu
Yer kürəsinin temperaturu
Yeni ildə dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat
Tarkandan qızı üçün daha bir QƏRAR
Afinanın şah damarı kəsildi
Məşhur aktyor evlənir
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
Səni daha yaxşı edəcək 30 vərdiş
ETİRAFLAR-"Xoşbəxt olmaq istəyirik!"
Varlıların yeni dəbi
Azərbaycan böyük müharibəyə başlasa, nə baş verəcək?
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Beyni işləməyə necə məcbur etmək olar?(2)















- ŞƏRHLƏR